Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənov Müsavat Partiyasını “vurdu”
A+   Yenilə  A-
Cəmil Həsənov Müsavat Partiyasını “vurdu”
Yazdı: Pərviz Sadayoğlu

Dağılmış “Milli şura”nın oyuncaq sədri qondarma qurumda dominantlıq savaşının getdiyini etiraf etdi
Müsavat Partiyasının bəyanat verərək “Milli şura”dan çıxması radikal müxalifət düşərgəsində uzun müddətdir ki, davam edən qarşıdurmanı daha da şiddətləndirib. Əslində, hadisələrin bu cür inkişafı gözlənilən idi. Çünki, ötən il keçirilən prezident seçkiləri öncəsi xarici anti-azərbaycançı dairələrin diqtəsi və maliyyəsi qarşılığında yaradılmış “Milli şura” Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı mövqe tutmaq üçün hazırlanmış layihə idi. Eyni zamanda, illərdir ki, bir-birinə qarşı patoloji nifrət bəsləyən radikal düşərgədəki partiya və təşkilatların həmin dövrdə zorən bu “birlik”də təmsil olunmaq öhdəliyi imzalaması göstərirdi ki, “Milli şura” yalnız və yalnız korporativ və maddi təminat üçün yaradılmış buqələmun qurumdur.
Seçkisonrası dövrdə “Milli şura” üzvlərinin qondarma qurumun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı açıqlamaları, o cümlədən, bu təşkilatda dominantlıq uğrunda apardıqları mübarizə onların bu birlikdə necə “səmimi” şəkildə birləşdiklərini göstərdi. Yəni, illərdir ki, düşərgədaxili savaşda biri-biriləri ilə mübarizə aparan AXCP və Müsavat Partiyası qondarma qurumda təmsil olunan partiyaları öz təsir dairəsinə almaq üçün bütün vasitələrə əl atsalar da, bu alınmadı. Həm AXCP-nin, həm də Müsavat Partiyasının radikal düşərgədə monopoliya yaratmaq istəyindən xəbərdar olan bir sıra partiyalar, o cümlədən, “El hərəkatı” “Milli şura”nı tərk etdi. Məhz bunun ardından AXCP ilə Müsavat Partiyası arasında gedən düşərgədaxili savaş açıq fazaya qədəm qoydu.
Maraqlıdır ki, Müsavat Partiyasının “Milli şura”dan uzaqlaşdırılması istiqamətində fəaliyyət aparan AXCP buna nail olduqdan sonra fərqli istiqamətdən keçmiş “müttəfiqinə” hücum etmək qərarına gəlib. Belə ki, keçmiş dostunu “xəyanətdə” günahlandıran AXCP təmsilçiləri iddia edirlər ki, “Müsavat” qarşısına “Milli şura”nı dağıtmaq missiyası qoyubmuş. İrəli sürülən ittihamlara cavab verən Müsavat Partiyası isə bununla bağlı yaydığı bəyanatda AXCP-dən ona qarşı apardığı kampaniyanı dayandırmağı tələb edib. Maraqlıdır ki, bəzi “müsavat”çılar hətta AXCP-nin 2000-ci ildə “Müsavat”a qarşı atdığı addımı xatırladaraq “xəyanətə” birinci onların başladıqlarını bildirirlər.
Lakin hər bir halda baş verənlər “Milli şura” adlanan satqınlar klubunun artıq tam şəkildə iflasa uğradığını deməyə əsas verir. Yeri gəlmişkən, bu əldəqayırma, xarici layihələrin nəticəsi olaraq meydana gələn “şura”nın sədri Cəmil Həsənov da mətbuata açıqlamasında yollarını onlarla ayıran Müsavat Partiyasını hədəfə alıb. C.Həsənov etiraf edib ki, “Müsavat”ın ardından “Milli şura”dan çıxmaq istəyən başqa qüvvələr də var. Bundan başqa, Müsavat Partiyasının “şura”ya qarşı irəli sürdüyü bütün bəhanələri həll etsələr də, bu partiyanı qurumda saxlaya bilmədiklərini bildirən C.Həsənov öz keçmiş “partiyadaşlarının” (AXCP-nin) tərəfindən çıxış edərək baş verənlərdə Müsavat Partiyasını günahlandırıb və bildirib ki, İ.Qəmbər üçün ən böyük problem Rüstəm İbrahimbəyov olub, amma bu problemlər həll edilib: “Müsavat Partiyasını seçkidən sonrakı dövrdə “Milli şura” ilə bağlı narahat edən bir sıra məsələlər var idi. Və biz o məsələlərin böyük bir hissəsini həll etdik. Bunlardan biri Rüstəm İbrahimbəyovla bağlı idi. O Rüstəm İbrahimbəyov ki, onun “Milli şura”nın sədri postuna, həmçinin prezidentliyə namizədliyini İsa Qəmbər təklif etmişdi”.
C.Həsənov “Müsavat” funksioneri Gülağa Aslanlının “biz müqavilə imzalamamışıq” fikrini də əsassız sayıb. O bildirib ki, “Milli şura” yarananda iki mühüm sənəd qəbul edilib: “Onlardan biri siyasi bəyannamə, digəri isə memorandumdur. Gülağa Aslanlı deyir ki, biz həmin sənədlərə imza atmamışıq. Nə fərqi var, qələm tutan əlinlə səs vermisən də”.
Bundan başqa, o, “Milli şura”nın effektiv idarəetmə mexanizminin olmamasını da etiraf edib. C.Həsənov qondarma qurumun iki partiyanın təsirində olduğunu, “Milli şura”nın idarəçiliyinin, daha doğrusu, düşərgədaxili dominantlığı qazanmaq uğrunda mübarizənin məhz bu iki partiya arasında getdiyini də qeyd edib: “Mən qəbul edirəm ki, “Milli şura”ya daxil olan bütün partiyalar eyni gücdə deyil. Amma mən partiyaların hamısına eyni dərəcədə hörmət edirəm”.
Bu arada Müsavat Partiyası da keçmiş “müttəfiqləri”nin bostanını daşsız qoymayıb. Məsələn, partiyanın funksioneri Arif Hacılı bildirib ki, “Milli şura”da təmsil olunan əsas siyasi qüvvələrə müttəfiqlik və əməkdaşlıq münasibətləri təklif edilib və bu görüşlərdə bəzi siyasi təşkilatların rəhbərləri müttəfiqlik münasibətləri, əməkdaşlıq sazişi bağlamaq barədə təklifə mənfi cavab veriblər. Təbii ki, burada hədəfin AXCP olduğu bəllidir və A.Hacılı bu faktı bir daha təkrarlamaqla iki partiya arasındakı düşmənçiliyin davamlı olmasını təsdiqləyir. O bildirib ki, hətta eyni qurumda təmsil olunduqları dövrdə belə AXCP ilə Müsavat Partiyası arasında bu münasibət davam edib: “Müttəfiq kimi fəaliyyət göstərdiyimiz bütün dövr ərzində “Milli şura”ya daxil olan bir sıra qüvvələr sistemli şəkildə əsas hədəf kimi Müsavat Partiyasına qarşı kampaniya aparıb. Müsavat Partiyasının “Milli şura” bərədə qərarının qəbul olunmasından sonra 20 il ərzində ünvanımıza deyilən böhtan və təhqirlərin yenidən səsləndirilməsində qeyri-adi hadisə yoxdur. Mən hər hansı yeni sözlə rastlaşmamışam, bu fikirləri 20 ildir ki, onlar bizim haqqımızda deyirlər”.
Göründüyü kimi, radikal düşərgədə cərəyan edən hadisələr bir daha onların korporativ maraqların əsiri olduqlarını təsdiqləyir. Dünənə qədər xarici dairələrin pulu ilə yaradılan antimilli bir layihədə “müttəfiq” olanların biri-biriləri haqda dedikləri növbəti dəfə onların hansı simaya malik olduqlarını cəmiyyətə nümayiş etdirir. Necə deyərlər, şərhə ehtiyac qalmır...

 
  • Oxunub:  22500  |  
  • Tarix:  10-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA