Ana səhifə »  Müəlliflər »  AXCP ilə “Müsavat” bir-birilərini yarı yolda qoydular
A+   Yenilə  A-
AXCP ilə “Müsavat” bir-birilərini yarı yolda qoydular
Yazdı: Mübariz Abdullayev

Hər iki partiyanın təmsilçiləri müttəfiq yox, düşmən olduqlarını açıq mətnlə dilə gətirirlər
Özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP ilə “Müsavat” arasındakı münasibətlərin bütün cəhətləri artıq ortadadır. Bu münasibətləri qısa şəkildə qiymətləndirsək, belə deyə bilərik: İki partiyanın təmsilçiləri bir-birilərini rəqib yox, düşmən gözündə gördüklərini daha heç gizlətmirlər də! Bu günlərdə hər iki partiyanın nəzarətində olan mətbuat orqanları, həmçinin sosial şəbəkələr bir növ qarşı duran düşmən tərəflərin səngərlərini xatırladır. Belə ki, bu iki partiyanın rəhbərlərindən tutmuş sıravi üzvlərinədək hər kəs sanki heç bir etik çərçivə gözləmədən qarşı tərəfi təhqirlər dolu ittihamlara “qonaq” etməyi və rəngləri getdikcə daha da tündləşdirməyi özünün bir nömrəli “vəzifə borcu” sayır.
Belə olan təqdirdə isə ortaya təbii bir sual çıxır: Radikal düşərgənin bütün tədbirlərinə birgə qatılan, son prezident seçkiləri ərəfəsində isə “Milli şura” deyilən qondarma qurumda “birləşən” AXCP ilə “Müsavat” arasında qarşılıqlı ədavət qığılcımının şiddətli alova çevrilməsinə nə səbəb olub? Axı indiyədək bu iki partiyanın təmsilçiləri yola getməmələrini heç olmasa saxta müttəfiqlik pərdəsi altında gizlətməyə cəhdlər göstərirdilər. İndi isə, necə deyərlər, bütün körpülər yanıb, daha ortada “iki partiya arasında təbii proseslər gedir, çəkişməsək, bərkimərik” kimi “əsaslandırmalar” yoxdur, hər iki tərəf təhdidə, təhqirə meydan verərək “bundan sonra birimiz olan yerdə digərimiz ola bilməz” deyir.
Əlbəttə, AXCP ilə “Müsavat” arasında ədavətin kökləri çox dərinə işləyib və bunun uzun tarixi var. Nüfuz savaşı bu iki partiyanın təmsilçilərini əbədi düşmənə çevirib. Qondarma “Milli şura”ya nəzarət uğrunda mübarizə isə “cəbhəçi”lərlə “Müsavat”çılar arasında illərdir səngimək bilməyən ədavətin bu dəfə daha kəskin şəkildə təzahür etməsinə və açıq müstəviyə keçməsinə səbəb olub.
Məlumdur ki, başlanğıcda həm AXCP, həm də “Müsavat” “Milli şura”nın sabiq sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyovun pul vədlərinin müqabilində öz ambisiyalarından müəyyən qədər geri çəkilən kimi görünürdülər. Sonradan “cəbhəçi”lər və “Müsavat”çılar başa düşdülər ki, xəyal qurmaqda növbəti dəfə böyük səhvə yol veriblər. Digər tərəfdən, qoca kinodramaturqun kələkbazlığı ortaya çıxdı. Bəlli oldu ki, o, ikili vətəndaşlıq daşıdığını çiyindaşlarından gizlədib və pasport probleminə görə heç seçkilərə də qatıla bilməz. Bundan sonra AXCP ilə “Müsavat”, necə deyərlər, qarınlarında gizlətdikləri buynuzlarını yenidən bayıra çıxartdılar. Onlar müvəqqəti olaraq birləşərək digər radikalyönümlü partiyaların “Milli şura”da rolunu sıfıra endirdilər. Açıq deyək ki, “cəbhəçi”lər və “Müsavat”çılar qondarma qurumda təmizləmə əməliyyatını özlərisayağı ustalıqla həyata keçirdilər. Tezliklə bir sıra partiyalar “Milli şura”dan kənarda qaldılar, Rüstəm İbrahimbəyovun dönəmində qondarma qurumda “qılıncının dalı da, qabağı da kəsən” reneqat Eldar Namazov proseslərdən təcrid edildi və s.
Lakin burada deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. “Milli şura”da “əl-ayağa dolaşan” partiyalar kənarlaşdırıldıqdan sonra AXCP ilə “Müsavat” yenidən köhnə sualla üz-üzə qaldılar: “Müttəfiqi” də ram edib “Milli şura”nı necə tam nəzarətə almaq? Əlbəttə, istər “cəbhəçi”lərin, istərsə də “Müsavat”çıların mətbəxində məqsədə çatmağın hazır reseptləri var idi və onlar öz planlarını reallaşdırmaqdan ötrü ənənəvi, artıq dəfələrlə sınaqdan keçirdikləri metodlardan bəhrələnməyə başladılar. AXCP sədri Əli Kərimli və partiyanın digər funksionerləri “Milli şura”nın ikinci “vahid namizəd”i və yeni sədri Cəmil Həsənovu “partiyanın şinelindən çıxan kadr” kimi qələmə verir, bununla paralel surətdə qondarma qurum daxilində “Müsavat”ı gözdənsalma kampaniyasını daha da qızışdırırdılar. “Müsavat” təmsilçiləri isə öz növbələrində “biz “Milli şura”nın yaranmasına hamıdan artıq dərəcədə səy qoymuşuq” deyərək partiya maraqlarının təmin olunmasına hesablanan şərtlər diktə etmək cəhdlərində bulunurdular.
İki partiya arasında “a yordu-yordu, görək, kim-kimi yordu” marafonu sonda “Müsavat”ın qondarma qurumdan geri çəkilməsi ilə nəticələndi. Belə ki, “Müsavat”ın divanı bu günlərdə partiyanın “Milli şura” ilə yollarını ayırdığı barədə qərar qəbul edib. Bunun ardınca “Müsavat”çılardan AXCP-yə yönəlik sərt ittihamlar gəlməkdədir. “AXCP-nin özü bir psixoz mühitidir, burada hamı gərgindir; sosial şəbəkələrdən də görünür; əksər “cəbhəçi”lər polemikaları bir cümlə ilə aparırlar; ikinci cümlədə söyürlər, təhqir edirlər, xain adlandırırlar qarşılarındakını...”. “Müsavat” AXCP-ni və onun “Milli şura”sını öz nifrət və aqressiyası, söyüş və təhdidi ilə baş-başa buraxdı... Lakin artıq bir məsələ aydındır: bir də heç zaman “Müsavat”ın yanında AXCP olmayacaq!” Bu sitatlar “Müsavat”ın nəzarətində olan mətbuat orqanlarında dərc olunan məqalələrdən götürülüb.
“Cəbhəçi”lər də qarşı səngərlərdən gələn həmlələrə eyni “yaylım atəşləri” ilə cavab verməyi özlərinə borc sayırlar. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı “Müsavat”ın “Milli şura”dan ayrılmasına “bunun arxasında partiyanın rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur” sözləri ilə münasibət bildirib. AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə “Facebook” paylaşmasında “Müsavat” divanının qərarını müxalifət düşərgəsinə qəsd kimi dəyərləndirərək belə yazıb: “Gözlənilən qəsdin tarixçəsi başa çatdı”.
Beləliklə, “Müsavat”ın “Milli şura”dan ayrılması həm də partiyanın AXCP ilə münasibətlərinə aydınlıq gətirdi. Daha iki partiya arasında “səmimiyyətin” buzu əriyib. Artıq “müttəfiqlər” düşmən olduqlarını özləri etiraf edirlər...

 
  • Oxunub:  27000  |  
  • Tarix:  09-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA