Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin 2013-cü il fiaskosu gözlənilən idi
A+   Yenilə  A-
Radikal müxalifətin 2013-cü il fiaskosu gözlənilən idi
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, ötən il ərzində dağıdıcı düşərgə daxilində baş verənlər, istər seçkiöncəsi, istərsə də seçkisonrası dövrdə radikalların seçdiyi siyasi xətt onların hansı məqsədlərə xidmət göstərdiyini növbəti dəfə üzə çıxardı
2013-cü ilin ən mühüm və yaddaqalan siyasi hadisələrindən biri, daha doğrusu birincisi ölkəmizdə keçirilən prezident seçkiləri oldu. Ümumiyyətlə azad, ədalətli, şəffaf şəraitdə keçirilən seçkilər müasir Azərbaycanın inkişafında hər zaman xüsusi yer tutur. Avropaya inteqrasiyanı özünə prioritet seçmiş ölkəmizdə formalaşan seçki mədəniyyəti ildən-ilə daha da inkişaf edir.
Onu da qeyd edək ki, antimilli, anti-azərbaycançı xarici dairələrin təhriki və maddi yardımı ilə xalqa və dövlətçiliyə müxaliflikdən başqa bir iş görməyən radikal müxalifət düşərgəsi üçün bu seçkilər növbəti fiasko oldu. O baxımdan ki, ötən 2013-cü ildə radikal düşərgə daxilində baş verənlər, istər seçkiöncəsi, istərsə də seçkisonrası dövrdə radikalların seçdiyi siyasi xətt onların hansı məqsədlərə xidmət göstərdiyini növbəti dəfə üzə çıxardı. Ümumiyyətlə, radikal müxalifət hər zaman ölkədə keçirilən seçkilərdən sonra öz səhvlərini araşdırmaq, nəticə çıxarmaq əvəzinə yeni, məntiqsiz bəyanatlarla yadda qalmağa çalışır. Bu dəfə də analoji prosesi müşahidə etdik. Öz zəifliklərini, gücsüzlüklərini, ən əsası isə xalq arasında heç bir hörmətə layiq olmadıqlarını ört-basdır etmək üçün bəzi süni “səhnəciklər” quran radikal düşərgə təmsilçiləri hamının bildiyi, özlərinin isə hamıdan yaxşı bildikləri reallığı dilə gətirməkdən çəkindilər.
Radikal düşərgənin “namizəd” problemi-ermənipərəst kinorejissorun uğursuz dublyoru...
Bu arada qeyd etmək yerinə düşər ki, radikal müxalifətin illərdir ki, davam edən düşərgədaxili patoloji nifrət sindromu 2013-cü ildə özünün ən pik nöqtəsinə çatdı. Hələ 2012-ci ilin sonu, 2013-cü ilin əvvəlində radikal düşərgə təmsilçilərindən olan Müsavat Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirak edəcəyini açıqlaması AXCP ilə bu partiya arasındakı bütün əməkdaşlıqlara son qoydu.
Amma proseslərin gedişi bir daha göstərdi ki, Əli Kərimli İsa Qəmbərlə apardığı düşərgədaxili mübarizədən belə asan geri çəkilmək niyyətində deyil. Bu çəkişmə ermənipərəst Rüstəm İbrahimbəyovun anti-azərbaycançı dairələrin maliyyəsi ilə həyata keçirməyə çalışdığı “Milli şura” layihəsi məsələsi ortaya çıxana qədər davam etdi. Və...
Xüsusi olaraq vurğulamaq lazımdır ki, hər zaman milli maraqlara, milli mənafeyə zidd mövqe tutan, bunun əksinə ermənipərəst dairələrin maliyyə təminatı əsasında Azərbaycanın beynəlxalq imicinə qara yaxmağa çalışan radikal düşərgə təmsilçiləri 2013-cü ildə baş tutmuş prezident seçkiləri öncəsi də öz “adətlərinə” xilaf çıxmadılar. Bu dəfə də Rusiyada yaşayan ermənipərəst dairələrin himayəsi altında onların arzu və istəklərini həyata keçirməyə çalışan, ən əsası isə vergi qaçaqçısı olan Rüstəm İbrahimbəyov radikal düşərgəyə şirin vədlər verməyə başladı. Min bir sifətə malik olan, ölkəsini, xalqını satmağa adət etmiş radikal düşərgə üçün heç bir dəyərin qalmadığını göz önünə gətirsək, onların İbrahimbəyovun nağıllarının “iyinə” yığılmasında qeyri-adi bir hal görə bilmərik.
Seçkiöncəsi radikal müxalifətin “Milli şura” adı verdikləri satqınlar klubunun fəaliyyətinə nəzər saldıqda onların hansı acınacaqlı vəziyyətdə olduqlarını aşkar şəkildə görmək mümkündür. Heç uzağa getməyək, illərdir ki, özünü “siyasətçi” elan edən AXCP sədri Əli Kərimlinin və ya Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin maliyyə qarşılığında düşərgə namizədi kimi siyasətdən anlayışı olmayan, ermənipərəst İbrahimbəyovu “qəbul etməsi” özü radikal kəsimin halını ortaya çıxaran ən bariz faktlardan birinə çevrildi.
Bununla belə, qanunlardan qaçmağa üstünlük verən İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməməsi radikal düşərgənin arzularını yenidən qursağında qoydu və artıq seçkilərə günlər qalmış başını itirmiş radikal düşərgə ermənipərəst kinorejissora uğursuz dublyor seçdi. Şura üzvü, vaxtilə AXCP-dən qovulmuş Cəmil Həsənov radikal müxalifətin “günah keçisinə” çevrilməyi qəbul etdi.
Amma təbii ki, istər İbrahimbəyov, istərsə də onun uğursuz dublyoru Cəmil Həsənovun heç bir uğur qazana bilməyəcəyi real idi. Daha doğrusu, xalqa istinad etməyən, yalnız xarici dairələrin arzu və istəyi əsasında yaranan, onların maraqlarına xidmət göstərən “Milli şura”nın Azərbaycan seçicisinin səsini qazana bilməyəcəyi öncədən “şura”dakıların özlərinə də bəlli idi.
Radikal müxalifət tükəndi-2011-ci ildən başlanan proses 2013-cü ildə tam fiasko ilə başa çatdı...
Əslində 2011-ci ildə “İctimai Palata” adlı əldəqayırma bir “birlik” yaratdığını bəyan edən radikal düşərgənin monolitlik haqqındakı uydurmaları da 2013-cü ildə başa çatdı. İllərdir ki, davam edən düşərgədaxili çəkişmələr, düşərgə daxilində önə çıxma arzusundan alovlanan mübarizələr onların siyasi cılızlıqlarını bir daha Azərbaycan xalqına nümayiş etdirdi. Hələ İP-in tərkibində olduqları dövrdə “vahid namizəd” savaşına çıxan radikal düşərgə “Milli şura”da zorən birliyə cəlb edilməklə qısamüddətli atəşkəs elan etmişdi. Amma “Milli şura”nın seçkilərdəki fiaskonun ardından həm də siyasi fiasko yaşaması radikal müxalifət düşərgəsindəki çəkişmələri yenidən üzə çıxardı. Özünü radikal düşərgənin “lokomotivi” sayan, əslində isə radikal düşərgəni monopoliyaya almaq uğrunda mübarizə aparan AXCP ilə Müsavat Partiyasının seçkidən həmən sonra qarşılıqlı ittihamlara əsaslanan açıqlamalar verməsi, ikincilərin “Milli şura”dan çıxmaq haqqında qərar qəbul etməsi çox mətləblərdən xəbər verir. O baxımdan ki, illərdir xarici maraqlara xidmət göstərən radikal düşərgə təmsilçiləri dərk edirlər ki, onların “birlik” nağılları, pafoslu çıxışları artıq heç bir effekt yaratmır, əksinə radikal düşərgə ildən-ilə öz yalanlarının içində əriyərək məhv olur. Seçkilərdə xalqın bu kəsimə verdiyi səslərin sayı da bu faktı təsdiqləyir. Birmənalı şəkildə Azərbaycan dövlətinin, xalqının maraqlarını xarici dairələrə satmağa hazır olan düşərgə təmsilçiləri 2013-cü ildə uğradıqları məğlubiyyətlə həm də Azərbaycanın siyasi palitrasındakı yerini tamamilə itirdi.

 
  • Oxunub:  24210  |  
  • Tarix:  08-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA