Ana səhifə »  Müəlliflər »  “El” hərəkatı “qonaqlıq klubu” imiş
A+   Yenilə  A-
“El” hərəkatı “qonaqlıq klubu” imiş
Yazdı: Pərviz Sadayoğlu

Eldəniz Quliyev antimilli “El” layihəsinin əsl simasını bir daha nümayiş etdirdi
Azərbaycanın radikal müxalifətinin, o cümlədən anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan digər “təşkilatlar”ın fəaliyyətlərinin hər bir epizodu Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Azərbaycanın milli maraqlarının əksinə mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək həmin qüvvələrin proqramlaşdırılmış konsepsiyalarıdır. Ona görə də həmin qüvvələrin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olması qeyri-adi hal sayılmır.
Bu mənada reneqat Eldar Namazovun fəaliyyəti də məhz mövsümi xarakter daşıyır, desək, yanılmarıq. Xatırlatmaq yerinə düşər ki, seçki öncəsində hansısa anti-Azərbaycan dairələrin sifarişi, diktəsi ilə aktiv siyasi fazaya qədəm qoymaq cəhdində bulunan reneqat Namazov və onun havadarları bir sıra mücərrəd, reallaşması mümkün olmayan layihələrlə gündəmə gəlməyə çalışmışdılar. Əvvəlcə “ziyalı” sözünü özünün siyasi oyunlarında manipulyasi vasitəsinə çevirməyə çalışan reneqat Namazov buna nail ola bilmədiyi təqdirdə, yeni bir fəndə əl atdı. Belə ki, “Ziyalılar forumu” adlanan, əslində isə milli maraqlara ziyan vermək üçün səfərbər olunan bu satqınlar klubunun “bazasında” “El” hərəkatı adlı məramı, arzusu bəlli olmayan, sırf xarici antimilli təşkilatların maliyyə təminatının qarşılığında xidmət üçün yaradılmış təşkilat “fəaliyyətə” başladı. İlk yarandığı gündən oynadığı oyunlarla bu “hərəkatın” da məqsədinin yalnız və yalınz Azərbaycan dövlətinin mənafeyinə zidd addımlar atmaq olduğu meydana çıxdı.
Beləliklə, reneqat Namazov ermənipərəst dairələrin hazırladığı “reseptlər” əsasında yaratdığı “El” hərəkatı kimi mücərrəd layihə ilə gündəmə gəlməyə çalışsa da, alınmadı. Çünki ətrafında özündən və əlaltısı funksiyasını həyata keçirən 2-3 nəfərdən başqa heç kim olmayan reneqat Namazov “elektorat” toplamaqda olduqca çətinlik çəkirdi.
Qeyd edək ki, “elektoratla” bağlı hələ seçkiöncəsi dövrdə Müsavat Partiyası ilə E.Namazov arasında gərginlik yaranmışdı. Hətta Müsavat Partiyası Məclisinin iclasında “Müsavat”ın Divan üzvü İkram İsrafil bildirmişdi ki, “El” hərəkatının təşkilatlanma prosesində “Müsavat”dan və onun yerlərdəki fəallarından istifadə edilib. Bu isə açıq-aşkar tərəfdar oğurluğu ittihamı sayılırdı.
Seçkilərdən sonra isə “Milli şura” adlanan satqınlar yığını kimi “El” hərəkatı da fiasko ilə qarşı-qarşıya qaldı. “Şura”nın seçkilərdəki məğlubiyyətinin radikal düşərgədə yaratdığı gərginlikdən “El” hərəkatına da pay düşdü. Belə ki, həmin təşkilatda təmsil olunan 2-3 insan da dağılışıb getdilər. Təşkilatdan son istefa verən isə qurumun üzvü Zakir Əliyev olmuşdu.
Maraqlıdır ki, “El” hərəkatı bu istefaları özünəməxsus və gülünc bir şəkildə izah etməklə məşğuldur. Məsələn, qurumun Ali Məclisinin sədri hesab edilən Eldəniz Quliyev bildirib ki, Zakir Əliyevi yaxından tanımır. E.Quliyevin açıqlamasının məntiqsizliyi bu təşkilatın durumunu açıq şəkildə ortaya qoyur: “Onun “El” hərəkatının üzvü olması bir az sual altındadır. Çünki hərəkatın təqdimatında Zakir Əliyev qonaqdan biri idi”.
Demək ki, E.Quliyevin təbirincə desək, “El” hərəkatı “qonaqlığa gələnlər klubu” imiş. Təbii ki, onun “üzrü qəbahətindən böyük” bu açıqlaması radikal düşərgənin ümumi vəziyyətinin açıq nümayişidir. Yığılmamış dağılan, fəslə uyğun ad seçən, amma adından başqa bir şeyi olmayan, heç kimin dəstəkləmədiyi “El” hərəkatı qismində təşkilatın üzvləri də elə “qonaqlıq həvəskarları” sayılmalıdırlar. E.Quliyev, reneqat Namazov, ermənipərəst Rüstəm İbrahimbəyov kimilərinin yaratdıqları və rəhbərlik etdikləri qurumdan başqa nə gözləmək lazım idi ki?
Göründüyü kimi, son proseslərdə acınacaqlı şəkildə “Milli şura”dan qovulan, digər radikal düşərgə təmsilçiləri kimi özünü qorumaq üçün min bir yola əl atan, amma heç bir nəticə əldə etməyən reneqat Eldar Namazov və onun uğursuz layihəsi də son siyasi çabalamalarını edirlər. Öncədən də iddia olunduğu kimi, “El” hərəkatı layihəsi, sadəcə reneqat Namazovun siyasi kimliyinin şişirdilməsinə xidmət göstərməyə hesablanmışdı və “sabun köpüyü” effektini verdi.
Təbii ki, antimilli layihələrlə cəmiyyəti çaşdırmaq istəyən reneqat Namazov özü də dərk edir ki, onun Azərbaycan cəmiyyətində heç vaxt siyasi çəkisi olmayıb. Sadəcə, reneqat Namazov da radikal düşərgədə mövsumi xarakterli “mən də varam” mahnısı oxumağa çalışdı. Amma digər radikal düşərgə təmsilçiləri kimi onun səsini özündən başqa bir kimsə eşitmədi. Çünki Azərbaycan xalqı bu dönüklər düşərgəsində təmsil olunanları hər kəsdən yaxşı tanıyır.

 
  • Oxunub:  24870  |  
  • Tarix:  27-12-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6