Ana səhifə »  Müəlliflər »  AXCP ilə “Müsavat” əbədi rəqabətin məngənəsində qalıblar
A+   Yenilə  A-
AXCP ilə “Müsavat” əbədi rəqabətin məngənəsində qalıblar
Yazdı: Mübariz Abdullayev

“Cəbhəçilər”in və “müsavat”çıların “müttəfiqlik” təkliflərində sırf partiya maraqlarından çıxış etmələri, öz iddialarını şərt kimi irəli sürmələri ondan xəbər verir ki, bu iki partiyanın ulduzu heç vaxt barışmayacaq
Məlum olduğu kimi, özlərini radikal düşərgənin əsas güc mərkəzləri sanan AXCP-nin və Müsavat Partiyasının təmsilçiləri çox zaman radikal düşərgədə düzənlənən tədbirlərə birgə qatılırlar, görüşlərdə qarşılıqlı təbəssüm nümayiş etdirməyə çalışırlar. AXCP sədri Əli Kərimli və “Müsavat” başqanı İsa Qəmbər iki partiyanın “həmrəyliyinə” dair çoxsaylı bəyanatlar səsləndiriblər, dəfələrlə “biz bir-birimizi dəstəkləyirik” deyiblər... Lakin bütün bunlar AXCP-”Müsavat” münasibətlərinin yalnız görünən tərəfidir. Əslində, iki partiya arasında antaqonist ziddiyyətlər yaşanır. Demək olar ki, bütün məsələləri əhatə edən bu ziddiyyətlər bəzən gizli, bəzən də açıq müstəvidə təzahür edir. İstər AXCP-nin, istərsə də “Müsavat”ın nəzarətində olan mətbuat orqanları, müxtəlif sosial şəbəkələr döyüş meydanında qarşı duran tərəflərin səngərini xatırladır.
Təkcə son prezident seçkilərindən öncəki mərhələdə, o cümlədən də, radikalların yeni “birlik” təşkilatı adlandırdıqları “Milli şura” daxilində “cəbhəçilər”lə “müsavat”çıların bir-birlərinin bostanını necə qəzəblə daşlamalarını yada salmaq kifayətdir ki, iki partiya arasında düşmənçilik münasibətlərinin çox dərinə işlədiyi barədə konkret təsəvvür yaransın. Seçkiöncəsi mərhələdə AXCP sədri Əli Kərimli ilə “Müsavat” başqanı İsa Qəmbər “vahid namizəd” məsələsində “öldü var, döndü yoxdur” mövqeyi sərgilədilər. Onlardan hər biri bu statusda yalnız öz isimlərini görmək istəyirdilər və buna nail olmaqdan ötrü tərəfdarlarını, necə deyərlər, tam səfərbər vəziyyətə gətirmişdilər. Cəmiyyətdə hələ də rişxəndlə xatırlanan “Facebook” “səsverməsini” yada salaq. “Cəbhəçilər” bütün resurslarını işə salaraq Əli Kərimlinin İsa Qəmbər üzərində beşqat üstünlüyünü təmin etdikləri onlayn “seçkilərin” nəticələrini uzun müddət gündəmdə saxlamağa çalışdılar. Bununla belə, “müsavat”çılar da geri çəkilmədilər, İsa Qəmbəri radikal düşərgənin “vahid namizəd”i etmək üçün son şansdan belə, yararlanmağa çalışdılar. “Milli şura”da İsa Qəmbərə qarşı aparılan gözdənsalma kampaniyası da, yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. KXCP, ACP, ALP, “El” hərəkatı İsa Qəmbəri “vahid namizəd”lik iddialarından daşındırmaq üçün ona hər tərəfdən təzyiq göstərməyə çalışırdılar. AXCP isə “Müsavat”a qarşı yönələn bu kampaniyada bir növ katalizator rolunda çıxış edərək yanan odun üstünə benzin tökürdü. Beləcə, radikal düşərgənin iki partiyası qarşılıqlı ədavət üzündən seçkilərə öz namizədləri ilə qatılmaq şansını əldən verdilər və əvvəlcə qoca kinodramaturq Rüstəm İbrahimbəyovun, sonra isə xarizmadan məhrum Cəmil Həsənovun namizədliyini müdafiə etmək məcburiyyətində qaldılar. Təsəvvürə gətirmək çətindir ki, iki partiyanın təmsilçiləri sonradan vaxtilə AXCP-nin şinelindən çıxan birisinin “Milli şura”nın ikinci “vahid namizəd”i müəyyənləşdirilməsi üstündə də bir-birlərini ittihamlara “qonaq” etdilər. “Cəbhəçilər” bundan məmnunluqlarını gizlətmirdilər, “müsavat”çılar isə əksinə, “tarixçi alim”in hər halda bir köynək yaxın olduğu keçmiş çiyindaşlarına “stavka” edəcəyindən narahat olduqlarını büruzə verirdilər.
Qondarma “Milli şura”nın dekabrın əvvəllərində keçirilən son sessiyasından sonra isə AXCP ilə “Müsavat” arasında yeni bir qovğa yaşanır. Məlumdur ki, sözügedən sessiyada “Müsavat” başqanı İsa Qəmbər ikili vətəndaşlıq daşıyan Rüstəm İbrahimbəyovun “Milli şura”nın fəxri sədri seçilməsinə qarşı çıxaraq bəyan etdi ki, əgər bu baş verərsə, partiyasının qondarma qurumda təmsilçiliyi məsələsinə yenidən baxılacaq. Ancaq İsa Qəmbərin və “Müsavat”ın digər funksionerlərinin təpkilərinə rəğmən, AXCP sədri Əli Kərimlinin canfəşanlığı sayəsində qoca kinodramaturq fəxri “sədr” statusunu qazandı.
Siyasi müşahidəçilər AXCP ilə “Müsavat” arasında son bir ayda təzahür edən yeni qovğada “Rüstəm İbrahimbəyov faktoru”nun əslində, aysberqin yalnız görünən tərəfi olduğu qənaətindədirlər. Alt qatda isə yenə də iki partiya arasında kökü dərinə işləmiş “rəqibi üstələmək” iddiası dayanır. “Müsavat” funksionerləri açıq-aşkar nümayiş etdirirlər ki, AXCP-nin “Milli şura”da möhkəmlənməsinə seyirçi yanaşmayacaqlar. Buna görə də, “Müsavat”ın “Milli şura” ilə yollarını ayıra biləcəyini dilə gətirir, “İctimai palata”nın hələ “bitməmiş qurum” olduğunu yada salır, radikal düşərgədəki digər partiyalarla ikitərəfli görüşlərə qatılır və bu kimi başqa manevrlər edirlər.
AXCP düşərgəsində də özlərisayağı “önləyici tədbirlər” görüldüyü müşahidə edilməkdədir. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı “Müsavat”dan gələn müttəfiqlik sazişi bağlanması təklifinin AXCP-də müzakirə edilməməyinin səbəblərinə diqqət çəkərək belə deyib: “Biz “Milli şura”da təmsil olunuruq. Bu, o deməkdir ki, bizim müttəfiqlik münasibətlərimiz elə “Milli şura” çərçivəsində tənzimlənir. Müsavat Partiyası bu müttəfiq münasibətlərinin daha səmərəli və konstruktiv olmasında maraqlıdırsa, o zaman biz “Müsavat”a məhz “Milli şura”nın strukturlarının yaradılması işində AXCP-nin təkliflərini dəstəkləməyi təklif edirik”.
“Müsavat”ın “Milli şura” formatının qorunub saxlanmasından fərqli siyasət apardığını açıq mətnlə dilə gətirən AXCP funksioneri “müsavat”çıları rəqib partiyanın mövqeyinə qiymət verməyə çağırıb. F.Qəhrəmanlı “Müsavat”a qarşı münasibətini bir qədər də konkretləşdirərək vurğulayıb: “Heç bir halda Müsavat partiyasının Rüstəm İbrahimbəyovun fəxri sədr olmasına münasibəti və aqressiyası “Milli şura” formatında mübarizə aparmaqdan mühüm ola bilməz”.
AXCP yetkilisinin açıqlamalarından da göründüyü kimi, iki partiya təmsilçiləri inteqrasiyadan, müttəfiqlikdən danışarkən ancaq partiya maraqlarından çıxış edirlər, öz iddialarını şərt kimi irəli sürürlər. Bu isə o deməkdir ki, AXCP ilə “Müsavat”ın ulduzu heç vaxt barışmayacaq...

 
  • Oxunub:  25200  |  
  • Tarix:  26-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA