Ana səhifə »  Müəlliflər »  Ermənistan sosial inqilaba doğru...
A+   Yenilə  A-
Ermənistan sosial inqilaba doğru...
Yazdı: Nurlan Qələndərli

İşğalçı ölkədə hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib
Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi-hüquqi kataklizmlər daha da şiddətlənib. Başqa sözlə, Serj Sarkisyanın rəhbərlik etdiyi rejimin həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib. Bəhs olunan ölkədə hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib.
Əlbəttə ki, bütün bunların əsasında hakimiyyətdə olan Sarkisyan rejiminin istinad etdiyi daxili və xarici siyasət kursu durur. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu səciyyələndirilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Beləliklə, işğalçı ölkədə kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün sadəcə bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. Qeyd etdiyimiz kimi, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir. Cari ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, rəsmilərin hesabatlarının əksinə olaraq bu ölkədə nəinki heç bir iqtisadi artım qeydə alınmamışdır, hətta ciddi geriləmə tendensiyası aktual olmuşdur.
Məhz bu durumun fonunda cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlər qeyd edirlər ki, Ermənistan sosial inqilab astanasındadır.
Yeri gəlmişkən, “Armenia today” yazır ki, cari ilin ötən dövrü ərzində Ermənistandan köçənlərin sayında fantastik dərəcədə artım müşahidə edilib. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalıb. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Yeni fakt ondan ibarətdir ki, Ermənistanı tərk edənlər sırasında yenə də əmək qabiliyyətli və hazırda müəyyən qurumlarda çalışan insanlar üstünlük təşkil edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistanda istər dövlət, istərsə də özəl təşkilatlarda çalışanlar olduqca az əməkhaqqı alırlar: “Ermənistanın dövlət statistika komitəsinin məlumatına görə, cari ilin 9 ayı ərzində ölkəni 122 min 191 nəfər tərk etmişdir ki, bu da emiqrasiyanın ötən ilə nisbətən 12 faiz artdığını göstərir. Ötən il 50 min nəfər Ermənistanı birdəfəlik tərk etmişdir”.
Bununla yanaşı, işğalçı ölkədə ictimai-siyasi vəziyyət daha da kəskinləşir. 10 dekabr - Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi günü erməni icması hüquqlarını tələb etmək üçün mitinq keçirib. Mitinqdə, ictimai təşkilatlarla yanaşı, Ermənistan Milli Konqresinin nümayəndələri, o cümlədən, media təmsilçiləri də iştirak ediblər. Asayiş qoruyucuları ilə müəyyən insidentlər qeydə alınıb və aksiyada “Serj Sarkisyana ölüm”, “Sarkisyan, Ermənistanı tərk et!” kimi şüarlar səsləndirilib.
Bununla yanaşı, bir neçə gündür ki, “ArmRosQazprom” QSC-nin fəaliyyətinin dayandırılması və səhmlərin alqı-satqısı haqqında Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz əlaməti olaraq İrəvanda ölkə parlamentinin binası qarşısında aksiya keçirilir. Parlament binası qarşısına etirazçı vətəndaşlar toplaşıb. Onlar deputatları “xain”, “satqın”, “kölə” şüarları ilə qarşılayırlar. Yeri gəlmişkən, Ermənistan parlamenti növbədənkənar iclasında təbii qaz, neft məhsulları və emal olunmamış almazın təchizatı, eləcə də qazın yeni qiyməti və “ArmRosQazprom” şirkətinin səhmlərinin 20 faizinin Rusiyaya verilməsinə dair Ermənistan və Rusiya hökumətləri arasında imzalanmış sazişləri ratifikasiya edib. “Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, səsvermə zamanı “Erməni Milli Konqresi”, “İrs”, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarını təmsil edən deputatlar zalı tərk ediblər. Nəticədə içəridə 120 deputatdan 77-si qalıb və onların hamısı sazişlərin lehinə səs verib. Səsvermə zamanı parlamentin önündə keçirilən etiraz aksiyasının 3 iştirakçısı zala daxil olub və onlar əllərindəki plakatla tribunanın önündə dayanıblar. Fasilə elan olunduqdan sonra onlar çıxarılıb. Sədr Ovik Abramyan bildirib ki, müxalifətçilər hakimiyyətdəki Respublika Partiyasının deputatlarının səsvermə kartlarını götürüblər. Bu səbəblə səsvermə köhnə qaydada, əl qaldırmaqla keçirilib.
Bundan başqa, Ermənistan mətbuatının məlumatına görə, bu ölkənin xroniki xarakterli sosial-iqtisadi problemləri daha da dərinləşməkdədir. Bildirilir ki, bunun nəticəsində son 20 il ərzində Ermənistanda doğum səviyyəsi də 2 dəfə aşağı düşmüşdür. Yoxsulluq və səfalətdə yaşayan erməni ailələri övlad sahibi olmaq istəmirlər. Bildirilib ki, artıq Ermənistanda produktiv 1 anaya düşən uşaq sayı 1,3-dən aşağı enmişdir. Erməni demoqrafı Ruben Yeqanyanın sözlərinə görə, son 20 ildə ölkədə doğumun səviyyəsi 2 dəfə aşağı düşmüşdür. Demoqraf qeyd edib ki, indiki ailələrin yalnız 70 faizi nəsil artırmağa meyillidir. Ruben Yeqanyan bunu erməni gənclərinin sabit maaşlı işlərinin olmaması ilə əlaqələndirir.
İşğalçı ölkə mətbuatının məlumatına görə, acınacaqlı vəziyyətin hökm sürdüyü sahələrdən biri də Ermənistan ordusudur. Sabiq hərbçi Arman Poqosyan “Kavkazski uzel” saytına bildirib ki, Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür: “Orduda kriminalın “yazılmamış qanunları” var və bu qanunları pozanları sərt cəza gözləyir. Əsas münaqişələr isə zabitlər və əsgərlər arasında baş verir. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar baş verir. Bütün bunların kökündə isə bitib-tükənməyən korrupsiya və rüşvətxorluq halları, anarxiya dayanır”.
Göründüyü kimi, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırmaqdadır. Məhz bu, Ermənistanın perspektivini sual altına alan başlıca faktorlardandır.

 
  • Oxunub:  27840  |  
  • Tarix:  25-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA