Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın növbəti mitinq rəzaləti
A+   Yenilə  A-
“Milli şura”nın növbəti mitinq rəzaləti
Yazdı: Mübariz Abdullayev

Radikalların ötən bazar günü “Məhsul” stadionunda sosial tələblər adı altında siyasi ambisiyalar nümayiş etdirmək cəhdləri yenə də iflasa uğradı
Məlum olduğu kimi, AXCP və Müsavat Partiyasının, “El” hərəkatının, həmçinin, bu qəbildən olan digər radikalyönümlü siyasi qrupların bir araya gəldikləri iddia edilən qondarma “Milli şura” gündəmdə qalmaq üçün tez-tez müxtəlif manipulyasiya cəhdlərinə əl atır. Mitinqlər elan etmək isə radikalların belə manipulyasiya cəhdləri sırasında, necə deyərlər, daha “kütləvi” hal alıb. Yəni, “Milli şura” mövcud olduğu qısa müddət ərzində artıq bir neçə dəfə mitinq keçirməyə qərar verib. Bununla belə, qondarma qurumun elan etdiyi “mitinqlər” hər dəfə çox sönük keçib və bir qayda olaraq cəmiyyətin ictimai maraq dairəsindən kənarda qalıb. Cəmi 500, ən yaxşı halda isə 800 nəfər iştirakçı: “Birləşmiş radikal müxalifət” adından çıxış edən “Milli şura”nın təmtəraqla bəyan etdiyi “mitinq”lərə topladığı iştirakçıların sayı bundan o tərəfə keçməyib.
Bu məqamda qeyd edək ki, radikallar Azərbaycan ictimaiyyətinin onların çağırışlarına dəstək verməməsinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar. Məsələn, radikal təmayüllü partiyaların təmsilçilərinin mitinqlərinə az iştirakçı toplaşmasını “fəsil uyğunsuzluğu”, “tələbələrin tətilə getmələri”, “hava şəraitinin günəşli və yaxud buludlu olması” kimi “səbəblərlə” əlaqələndirməyə cəhd göstərmələri buna misaldır. Lakin radikalların müvafiq dövlət orqanlarının icazəsi əsasında keçirdikləri “mitinq”lərin hədsiz dərəcədə sönük alınmasının, daha dəqiq desək, təşkilatçıların-”Milli şura” rəhbərlərinin meydanda “sam dnivalnıy, sam dejurnıy” vəziyyətində qalmalarının əsl səbəbini bu kimi bəhanələrlə ört-basdır etməyə çalışmaları sadəcə rişxənd doğurur. O mənada ki, bu “mitinq”lərin sönük alınmasının bir səbəbi var. Radikallar ictimai dəstək, sosial baza kimi çox mühüm amildən məhrumdurlar.
Həqiqətən də, son 20 ildə radikal düşərgə təmsilçilərinin sərgilədikləri əməllər, zaman-zaman səsləndirdikləri cəfəng fikirlər Azərbaycan ictimaiyyəti ilə onların arasında dərin uçurum yaradıb. Çünki radikallar daima korporativ maraqlarını cəmiyyətin arzu və istəklərinin fövqündə qoyurlar. Yəni, radikal düşərgənin siması əsasən yalan vədlərlə, xaricdəki antimilli dairələrdən gələn sifarişləri can-başla yerinə yetirməklə, bütün məsələlərə münasibətdə konyuktur məqsədlər güdməklə xarakterizə olunur. Azərbaycan cəmiyyəti dəfələrlə radikalların xəyanətlərə yol vermələrinin, hətta öz çiyindaşlarını belə meydanlarda tək qoyub qaçmalarının şahidi olub. Məhz bu kimi səbəblərə görə də radikalların bütün çağırışları Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı olaraq qeyri-ciddi qarşılanır.
Radikalların getdikcə nüfuzdan düşmələrini şərtləndirən başqa bir mühüm amil isə gənc dövlətimizin ardıcıl surətdə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafa nail olması, beynəlxalq nüfuzunu artırması ilə bağlıdır. O mənada ki, konkret hədəflərə istiqamətlənən məqsədyönlü dövlət siyasətinin müqabilində radikalların populist vədləri bütün cəlbediciliyini itirib.
Yeri gəlmişkən, Azərbaycan cəmiyyəti ilə radikal düşərgə təmsilçiləri arasındakı dərin uçurum cari il oktyabrın 9-da keçirilən prezident seçkilərində bütün cəhətləri ilə bir daha aydın göründü. Məlum olduğu kimi, “birləşmiş radikal müxalifət” adından çıxış edən “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov cəmi 5 faiz civarında səs toplamağa nail oldu. Beləliklə, seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan radikal düşərgə təmsilçiləri, əslində, siyasət meydanından geri çəkilmək barədə düşünməli idilər. Lakin onlar yenidən mitinqlər keçirmək cəhdində bulunurlar. Belə olan halda radikallara üz tutub soruşmaq istəyirsən: Sizlər hansı üzlə insanları kütləvi tədbirlərə səsləyirsiniz?
Radikalların seçkilərdən sonrakı mərhələdə mitinqlər keçirməklə bağlı nümayiş etdirdikləri davamlı manipulyasiya cəhdlərindən göründüyü kimi, onlar bu və digər sualların cavabı barədə düşünməkdən çox uzaqdırlar. Qondarma “Milli şura”da cəmləşən radikalyönümlü partiyaların təmsilçiləri papaqlarını qabaqlarına qoyub seçkilərdəki məğlubiyyətin səbəblərini saf-çürük etmək əvəzinə, yenə də 20 il bundan qabaqkı amplualarında qalaraq mitinq keçirməyə qərar verirlər. Lakin düşünmürlər ki, seçkilərdə onlara inamsızlıq göstərən elektorat mitinqlərini də eyni qaydada boykot edəcək.
Necə ki, radikal düşərgə təmsilçiləri Azərbaycan cəmiyyətinin növbəti boykotu ilə ötən bazar gününə təyin etdiyi mitinqdə üzləşdi. Yeri gəlmişkən, bu dəfə də radikalların açıq-aşkar ucuz manipulyasiya cəhdi etdikləri ortada idi. Məlum olduğu kimi, ölkəmizdə Tarif Şurasının qərarı ilə sırf iqtisadi amillər nəzərə alınaraq bir sıra neft məhsullarının qiyməti müəyyən qədər artırılıb. Qondarma “Milli şura” təmsilçiləri isə dərhal bulanıq suda balıq tutmaq sevdasına düşüblər. Onlar insanların bahalaşmadan narazılıq edəcəklərini düşünərək dərhal mitinqə toplaşmağa qərar veriblər. Lakin bu dəfə də “Milli şura” təmsilçilərinin qabaqdangəlmişlik cəhdləri onların yenidən acınacaqlı duruma düşmələri ilə sonuclandı. İstirahət günü olmasına baxmayaraq, qondarma qurumun təmsilçiləri əhali axınının gur olduğu stadiona vur-tut 700 iştirakçı toplaya bildilər. Hətta belə az sayda iştirakçıların da sıralarında əsl fanatlar, demək olar ki, yox idi. Sönuk, könülsüz davranışlarından görünürdü ki, iştirakçılar stadiona candərdi üz tutublar və yaxud onlar mitinqdə iştiraka görə ödənilən muzddan bir o qədər də razı deyillər. Təsadüfi deyil ki, mitinqlərin dəyişməz “qəhrəmanları” -Cəmil Həsənov, Əli Kərimli, Arif Hacılı, Mirmahmud Mirəlioğlu və digərləri mikrofona nə qədər ucadan qışqırsalar da, bunun bir faydası olmurdu, onların iştirakçılara xitabları bir qayda olaraq cavabsız qalırdı.
Beləliklə, radikallar dekabrın 15-də növbəti bir mitinq rəzaləti yaşadılar. Onların sosial tələblər adı altında siyasi ambisiyalar nümayiş etdirmək cəhdləri yenə də iflasa uğradı. Bəlkə, “həvəsdi, mitinqlər bəsdi” deyəsiniz, cənablar?

 
  • Oxunub:  26130  |  
  • Tarix:  17-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA