Ana səhifə »  Müəlliflər »  Radikalların Rüstəm İbrahimbəyov “sevgisi”
A+   Yenilə  A-
Radikalların Rüstəm İbrahimbəyov “sevgisi”
Yazdı: Mübariz Abdullayev

Qoca kinodramaturqun “Milli şura”nın fəxri sədri seçilməsi ondan xəbər verir ki, qurum üzvlərində onun “xaricdən pul gətirəcəyəm” vədlərinə inam hələ də qalmaqdadır...
Radikal müxalifət düşərgəsində cəm olan partiyaların, siyasi qrupların və ayrı-ayrı şəxslərin sərgilədikləri əməllərə, səsləndirdikləri fikirlərə diqqət yetirdikdə onların fəaliyyətlərinin (əgər buna fəaliyyət demək mümkündürsə-M.A.) sırf korporativ maraqlar, maddi gözləntilər üzərində qurulduğu dərhal nəzərə çarpır. Radikalların seçkiöncəsi mərhələdə özünün etiraf etdiyi kimi, “siyasətdən uzaq olan” birisinin-daha çox ermənipərəstliyi ilə şöhrət tapan qoca kinodramaturq Rüstəm İbrahimbəyovun kələkbazlığına uymaları bunun bariz nümunəsidir.
Məlumdur ki, bir vaxtlar Azərbaycanda ona göstərilən hörmətdən sui-istifadə edərək iqtisadi xarakterli cinayətlərə yol verən Rüstəm İbrahimbəyov bunun məsuliyyətindən yayınmağın ən asan yolunu özünə radikalların sıralarında yer etməkdə gördü. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, zaman-zaman siyasi ambisiyalar ortaya qoyan dağıdıcı düşərgə təmsilçiləri nəinki indiyədək siyasətdən uzaq gəzən qoca kinodramaturqu sıralarına qəbul etdilər, hətta çox qısa müddətdə onu özlərinin favoritinə çevirdilər.
Beləliklə, Rüstəm İbrahimbəyovun “xaricdəki əlaqələrimdən istifadə edib sizə çoxlu pul gətirəcəyəm” vədləri radikalları qoca kinodramaturqun konturları xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində cızılan tragikomik “Milli şura” ssenarisində rol almaq üçün onlara başucalığı gətirməyən canfəşanlıqlar göstərməyə sövq etdi. Son 20 ildə radikal düşərgədə rəqib tanımaq istəməyən AXCP, “Müsavat” kimi partiyalar belə “Milli şura” nədirsə ondan pay qoparmaq naminə Rüstəm İbrahimbəyovun çağırışlarına məmnuniyyətlə “hə” dedilər. AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər və bu qəbildən olan digərləri xətirləri Rüstəm İbrahimbəyovun yanında xoş olsun deyə, onu qondarma qurumun sədri və birinci “vahid namizəd”i seçdilər.
Rüstəm İbrahimbəyov radikalların ona həvalə etdikləri statuslarda özünü ən pis tərəfdən göstərdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Onun rəhbərlik etdiyi “Milli şura” xaricdəki antimilli dairələrin diktəsi ilə ölkəmizdə pozuculuq əməllərinə rəvac verdiyinə görə cəmiyyətin sərt qınağı ilə üzləşdi və seçkilərdə qondarma qurumun ikinci “vahid namizəd”i olmuş Cəmil Həsənov acınacaqlı məğlubiyyətə uğradı. Qoca kinodramaturqun özünə gəldikdə isə o, “siyasətçi” qismində açıqlamalarında diletant, qeyri-ardıcıl, tez-tez özü-özünü təkzib edən, diktator ritorikası ilə danışan birisi kimi qaldı. Əslində, Rüstəm İbrahimbəyov heç radikalların pul gözləntilərini də onların xəyal qurduqları səviyyədə doğrulda bilmədi. Ondan gah radikal düşərgəyə, Cəmil Həsənovun təbliğat-təşviqat kampaniyasına ünvanlanan paraların hesabatı verilsin tələbi gəldi, gah da bəyan etdi ki, “başınıza çarə qılın, mənim qara qəpiyim də yoxdur”.
Rüstəm İbrahimbəyovun bu kimi bədgümanlığına, uğursuzluqlarına, onun “Milli şura” ssenarisinin acınacaqlı sonluqla tamamlanmasına rəğmən, radikal düşərgə təmsilçiləri hələ də qoca kinodramaturqun “sirli bir pul boxçası” olduğu qənaətindədirlər. Bu səbəbdən Rüstəm İbrahimbəyovun xaricdəki məlum dairələrdən paralar qopara biləcəyinə ümidlər nə qədər səngiyib öləzisə də, radikallar əllərini onun ətəyindən çəkmək, onunla əlaqələri büsbütün qırmaq istəmirlər. Bir sözlə, radikallar Rüstəm İbrahimbəyova münasibətdə “olmadı elə, oldu belə” qənaətindən çıxış edərək onunla bütün körpüləri yandırmamağa çalışırlar.
Radikalların adı var, özü yox “Milli şura”nın uzun fasilədən sonra baş tutan son sessiyasında Rüstəm İbrahimbəyovu qondarma qurumun fəxri sədri seçmələri bu deyilənlərin təsdiqidir. Bəri başdan qeyd edək ki, qondarma qurum hazırda elə bir çıxılmaza dalana dirənib ki, burada fəxri sədr müəyyənləşdirməyin heç bir mənası yoxdur. Partiyalarda quruma qarşı kəskin inamsızlıq yarandığı, uğursuzluqlara görə bir-birlərini ittiham etdikləri, təmsilçilik məsələsinin bütün ciddiliyi ilə gündəmə gəldiyi bir məqamda “Milli şura”ya fəxri sədr seçilməsi nəyi dəyişəcək?
Qeyd edək ki, radikalların Rüstəm İbrahimbəyovu “Milli şura”nın fəxri sədri seçmələri onun özü üçün gözlənilməz olub. Qoca kinodramaturq bunu sürpriz kimi qarşıladığını dilə gətirib. “Milli şura”nın sözügedən sessiyasında qondarma qurumun sədri seçilən Cəmil Həsənov isə Rüstəm İbrahimbəyovun fəxri sədrliyindən söhbət açaraq belə deyib: “Rüstəm İbrahimbəyov “Milli şura”nın üzvüdür. Sadəcə, ona hörmət əlaməti olaraq “Milli şura”nın bəzi üzvləri belə təkliflərlə çıxış etdilər ki, o, qurumun fəxri sədri olsun. Fəxri sədr heç bir siyasi funksiya yerinə yetirmir. Əsasnamə üzrə heç bir rəsmi proseduru yerinə yetirmir. Bu, bir hörmətdir, gördüyü işlərə görə minnətdarlıq əlamətidir”.
Burada istər-istəməz sual yaranır: Hansı əməllərinə, radikal düşərgə qarşısında hansı xidmətlərinə görə qoca kinodramaturqa belə iltifat göstərilməlidir? O, çətinə düşəndə dabanına tüpürərək Vətəndən qaçıb, ikili vətəndaşlığa malik olmasını çiyindaşlarından gizlədib, dəfələrlə “gözləyin, gələcəyəm” desə də, sözünün üstündə durmayıb. Belə faktların siyahısı kifayət qədər uzundur. Radikallar isə bu kimi əməllərə görə ən sərt qınağa layiq olan Rüstəm İbrahimbəyovdan özlərinə mənəvi öndəgedən düzəldirlər. Burada deyiblər ki, səni sevəcəyəm, sən sevməsən də. Radikalların qəlblərində çıxara bilmədikləri “Rüstəm İbrahimbəyov sevgisi”nin motivləri isə dərinə-onların maddi gözlənti, pul sevgilərinə gedib çıxır...

 
  • Oxunub:  26940  |  
  • Tarix:  10-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA