Ana səhifə »  Müəlliflər »  “Milli şura” iflasın astanasında
A+   Yenilə  A-
“Milli şura” iflasın astanasında
Yazdı: Mübariz Abdullayev

Qondarma qurumu tərk etmək növbəsi indi də “Müsavat”a çatıb
“Milli şura”nın uzun fasilədən sonra dekabrın 3-də keçirilən son sessiyası radikalların guya 9 oktyabr prezident seçkilərində birgə iştirak etmək məqsədilə yaratdıqları qondarma qurumla bağlı illüziyalara birdəfəlik son qoydu. Daha dəqiq desək, son sessiyada radikalların açıqlamalarına ötəri nəzər salmaq kifayətdir ki, qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sının artıq keçmiş olduğu barədə konkret təsəvvür yaransın.
Süni birliklərin “Milli şura” modeli
Əslində, radikal müxalifət düşərgəsinin təmsilçiləri mühüm ictimai-siyasi hadisələr ərəfəsində təmtəraqla bu və ya digər “birlik” təşkilatları yaratmağa bir növ adət ediblər. Təkcə son illərdə yaradılan onlarca belə qondarma qurumun adını sadalamaq mümkündür. SİDSUH, DUH, “Yes” bloku, “Ziyalılar forumu”, “El” hərəkatı, çoxsaylı məşvərət məclisləri, konqreslər... Lakin iş heç də belə qondarma qurumlara seçilən “gümüş adlar”da və yaxud say çoxluğunda deyil. Sual belədir: Hanı indi bu qurumlar, onların varlığı ilə, yoxluğu nədə hiss olunur? Təbii ki, heç nədə.
Beləliklə, ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə cəmi bir neçə ay bundan öncə gündəmə gətirilən “Milli şura” radikalların süni birliklərinin siyahısında sonunculardan olsa da, mahiyyət etibarı ilə onlardan heç nə ilə fərqlənmir. Belə ki, adına saxtakarlıqla “milli” sözü yapışdırılsa da, bu qondarma qurum da Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi kimi meydana çıxmayıb və xalqın, ölkənin milli maraqlarını ifadə etməkdən çox uzaqdır. Bu qondarma qurumun mahiyyətində başda Rüstəm İbrahimbəyov olmaqla təmsilçilərin öz korporativ maraqlarını təmin etmək istəkləri dayanır. Daha konkret desək, qoca kinodramaturq və onun kələkbazlığına, fellərinə uyan AXCP, “Müsavat” kimi partiyaların təmsilçiləri konturları xaricdəki antimilli dairələrin mətbəxində cızılan “Milli şura” vasitəsilə öz konyuktur məqsədlərinə çatmağı qarşılarına hədəf qoymuşdular. Radikal partiyaların, siyasi qrupların quruma üz tutmaqda bir-birlərindən əks qütblərdə dayanan fərqli niyyətləri var idi.
Bütün bu və digər cəhətlərə görə də “Milli şura” ictimai dayaqdan, sosial baza amilindən məhrum qaldı, onun çağırışlarına cəmiyyətdən birmənalı şəkildə “yox” cavabı gəldi. Az sonra isə bəlli oldu ki, qondarma qurum radikalların özlərinin də gözləntilərini doğrultmaq imkanından çox uzaqdır. Buna görə də, dağlanmış ət iyinə “Milli şura”ya üz tutan radikallar qurum daxilində umu-küsülərə, intriqalara rəvac verdilər. Beləliklə də, “Milli şura” da yarandığı vaxtdan az sonra sürətlə uçuruma doğru yuvarlanmağa başladı.
“Milli şura”da “günah keçisi” kimdir?
Bəli, radikallar “Milli şura”nın 9 oktyabr seçkilərində uğradığı acınacaqlı məğlubiyyətin obyektiv səbəblərini etiraf etmək əvəzinə, indi qondarma qurum daxilində “günah keçisi” axtarmaqla məşğuldurlar. Radikallardan bir qrupu bütün uğursuzluqların baiskarları kimi özlərini yekəxana aparan AXCP və “Müsavat”ı görürlər. Belələri qənaətlərini onunla əsaslandırırlar ki, “cəbhəçilər” və “Müsavat”çılar digər partiyaları seçki prosesindən məqsədli şəkildə kənarlaşdırdılar, buna görə də bu iki partiya “Milli şura”nın acınacaqlı duruma düşməsinin məsuliyyətini öz aralarında bölüşməlidirlər. AXCP təmsilçiləri cütlüyə ünvanlanan qınaqları loyallıqla “həzm etmək” yolunu seçiblər. Siyasi müşahidəçilərin bildirdiklərinə görə, “cəbhəçilər”in “eşitmə, danışma” taktikaları, özlərini narazı çoxluğun iradlarını bölüşən kimi göstərmələri, əslində, bütün hücumları əzəli və əbədi rəqibləri olan “Müsavat”çıların üstünə yönəltməyə, bununla da onların mövqelərini daha da laxlatmağa xidmət edir.
“Müsavat” funksionerləri isə yenə də öz amplualarındadır. Onlar qondarma qurumun digər təmsilçilərinə səslənərək “partiyamız “Milli şura”nın uğursuzluqlarını bölüşmür” mesajını verirlər. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə son sessiyada “Milli şura”ya daxil olan əksər şəxslərin və qurumların real siyasi qüvvə olmadıqlarını və heç bir iş görmədiklərini” bildirib. Sessiyadan dərhal sonra mətbuata açıqlama verən A. Hacılı daha da kəskin danışaraq “Milli şura”dakı indiki böhranın əsasının qurum yaradılarkən qoyulduğunu dilə gətirib: “Diqqət etdinizsə, bu sessiyada Azərbaycan siyasətində tanınmayanlar, siyasi proseslərdə heç bir rolu olmayanlar tanınmış adamlara qarşı kobudluq edirdilər. Onlar davranışları ilə “Milli şura”da diskussiyaların aparılmasına imkan vermirdilər. Biz bu tipli adamların əvvəlcədən “Milli şura”ya daxil olunmasının əleyhinə çıxmışdıq. İndi də Azərbaycanın real siyasi qüvvələrinin və siyasi əqidələri bir-birilə üst-üstə düşən təşkilatların bir arada olması ilə bağlı təklif qulaqardına vuruldu”.
“Müsavat” funksionerinin bu açıqlamasında son sessiyada aparılan “müzakirələr”in mahiyyəti və təmsilçilərin qondarma qurumun düşdüyü böhran vəziyyəti, eləcə də, gələcək aqibəti ilə bağlı pessimist ovqatları aydın görünür.
“Milli şura” iflas ərəfəsində
Bir sözlə, dekabrın 3-də keçirilən sessiya qondarma qurumla bağlı son ümidləri belə dəfn etdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Belə ki, sessiya bir-birlərinin ambisiyalarına səbr nümayiş etdirə bilməyən təmsilçilərin əlbəyaxa döyüşə çıxmalarından başqa, həm də istefalarla yadda qaldı. Rüstəm İbrahimbəyov yaratdığı qondarma quruma faktiki rəhbərlikdən uzaqlaşdırıldı. Başlanğıcda qoca kinodramaturqun himayədarlığı sayəsində “Milli şura”nın favoritinə çevrilən reneqat Eldar Namazovun qondarma qurumun icra aparatının rəhbərliyindən getməsi ilə bağlı müraciəti təmin edildi. ACP-nin sabiq lideri, okeanın o tayında oturub sosial şəbəkələrdə “Milli şura” təmsilçilərini lağ obyektinə çevirən Rəsul Quliyev qurumdan kənarlaşdırıldı.
Sessiyada İsa Qəmbərin fikirləri isə gələcəkdə “Müsavat”ın da qondarma qurumda təmsilçiliyinə şübhələr yaradır: “Başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil. Əgər əksəriyyət Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə səs verəcəksə, biz “Milli şura”da təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacağıq”.
“Müsavat”çıların israrlarına rəğmən, sessiyada Rüstəm İbrahimbəyovun qondarma qurumun fəxri sədri seçilməsi təklifi dəstəklənib. Beləliklə, “Milli şura”nın sıralarını tərk etmək növbəsi “Müsavat”a çatıb...

 
  • Oxunub:  26070  |  
  • Tarix:  05-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA