Ana səhifə »  Müəlliflər »  “Milli şura”da “yumruq-təpik” sessiyası radikalların siyasi səviyyəsini bir daha nümayiş etdirdi
A+   Yenilə  A-
“Milli şura”da “yumruq-təpik” sessiyası radikalların siyasi səviyyəsini bir daha nümayiş etdirdi
Yazdı: Pərviz Sadayoğlu

Baş verənlər qurum daxilindəki qruplaşmaların döyüşünün növbəti raundudur
Özlərini “demokrat” adlandıran, siyasi mübarizəni xəyanət və ya şər- böhtan kimi dərk edənlərin hansı siyasi etikaya malik olduqları növbəti dəfə mətbuatı “bəzəyib”. Bir-biriləri ilə dil tapmağın, müzakirə aparmağın yollarını şillə-təpikdə görən bu insanlar növbəti dəfə nəyə qadir olduqlarını “nümayiş etdirdilər”.
“Milli şura”nın son iclasının qalmaqallı, daha doğrusu ziddiyyətli çıxışlarla, ittihamlarla keçəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Hətta bəzi partiya sədrlərinin, o cümlədən də Eldar Namazovun həmin iclasda istefa verərək Əli Kərimli ilə İsa Qəmbərin “cibinin şura”sına çevrilən qurumdan çıxacağı öncədən bəlli idi. Bütün siyasi “karyeralarını” satqınlıq, xəyanət (həm geniş, həm də lakonik mənada) planları üzərində quran bu müxalifət başbilənlərinin və onların ətrafındakıların son günlərdə apardıqları son dərəcə maraqlı “təbliğat” bunu deməyə əsas verirdi.
Amma “müzakirənin” (buna daha çox “dartma yaxam cırıldı” deyirlər) bu nöqtəyə gələcəyini, radikal düşərgənin bəzi “təzə pöhrələrinin” yaşca böyük olanların üzərinə nərə çəkərək hücum edəcəyini gözləyənlər elə də çox deyildi. Hər gün sabah-axşam insanlara dərs keçmək istəyən, zavallı günə qaldıqlarını hələ də dərk edə bilməyənlər necə bir mühit yaratdıqlarının fərqindədirlərmi? Budurmu, onların siyasi dialoq və ya anlaşma qavrayışı? Demək ki, onlar üçün “Milli şura” sadəcə rinqdir və düşərgə təmsilçiləri də buraya yumruqlaşmaq, təpikləşmək və ya bir-birilərinin üstünə qışqırmaq üçün yığılırlar.
Təbii ki, bu, birinci dəfə baş vermir. Dəfələrlə radikal düşərgənin “müzakirə” adlandırdığı, amma birmənalı şəkildə nüfuz müharibəsinə çevrilən belə toplantıların nəticəsi dava, söyüş, təhqir və başqa “epitetlərlə” zəngin olur. Hətta bir sıra məqamlarda bir-birilərinin fiziki qüsurlarını belə, təhqir mənasında dilə gətirənlər üçün hansı milli mənafedən və ya dəyərdən danışmaq olar? 1991-92-ci il ab-havasından ayrıla bilməyənlər görünür öz “davamçılarını” da boş hay-küy, vurum-yıxım ruhunda tərbiyə edirlər. Amma elə o vaxtlarda da vuraram, yıxaram deyənlərin qiyam qaldırmış bircə nəfərin qorxusundan hansı deşiklərdə gizləndikləri hər kəsə bəllidir.
Maraqlıdır ki, radikal düşərgənin dava-qırğınının səbəbi də elə özləridir. Dünənə qədər böyüdüb başlarına çıxardıqlarını bu gün “şura”nın başından aşağı dığırlatmaq üçün başlanan bu “savaş”ın motivi Rüstəm İbrahimbəyovdur. Bir tərəf onun “şura”da fəxri sədr kreslosuna pərçimlənməsini, o biri tərəf isə İbrahimbəyovdan birdəfəlik qurtulmaq istəyir.
Yuxarıda qeyd etdiyimiz kimi, özünü “demokratik düşərgə” adlandıran radikalların fərqli fikrə göstərdiyi “dözümlülüy”ün şkalası kəllə-mayallaq vurur. Bu “dözümlülüyün” bariz simptomları “şura” üzvlərinin bir-birinə qarşı səsləndirdikləri təhqirlərdə, atdıqları əl-qollarda tam şəkildə özünü nümayiş etdirir. AXCP sədri Əli Kərimli bildirir ki, klub səviyyəsinə enmişik. Amma onların dissidentlik ilə yaxından-uzaqdan əlaqələri yoxdur. “Milli şura” və bu “şura”da xaricdən göndərilən şirənin qoxusuna yığılanların toplaşdığı bu klub satqınlıq klubudur. Elə Rüstəm İbrahimbəyova qarşı göstərilən mövqe də onların bu satqınlıq azarı ilə üst-üstə düşür. “Milli şura”nın üzvu Eldəniz Quliyev də bildirib ki, İbrahimbəyovu istefaya məcbur ediblər, ona təzyiq göstəriblər. Görünür ki, hələ də qırıb-dağıtmaq, təzyiq göstərmək maniyasından qurtula bilməyən radikal düşərgə bu dəfə öz “qoluzorluluğunu” İbrahimbəyova göstərmək niyyətinə düşübmüş...
Əslində, düşən dava, atılan təpik-yumruğun əsas mahiyyəti həm də illərdir davam edən bir hesablaşmanın növbəti təzahürüdür. AXCP ilə Müsavat Partiyası arasında qısa müddətdir davam edən atəşkəsə bir son vermək lazımdır axı. Hər iki partiyanın üzvləri bir-birilərinə qarşı hansı səviyyədə “hörmət” və “ehtiram” bəslədiklərini bir daha göstərdilər. Digər tərəfdən, yumruq-təpiyin, küçə təhqirlərinin, məhz Müsavat Partiyasının funksioneri, hələ aylar öncə “Milli şura”nın xəyanətkar yolda olduğunu açıq şəkildə bəyan edən, sonradan isə həmin xəyanətkar qurumun ən başında təmsil olunanlardan birinin- Arif Hacılının çıxışından sonra baş verməsi də məsələni daha maraqlı edir. O baxımdan ki, A.Hacılının AXCP-də, o cümlədən də, “şura”dakı digər “partnyorlar” tərəfindən nəinki sevilmədiyi, hətta ona nifrət dərəcəsində münasibət bəslənildiyi hər kəsə bəllidir. Görünən budur ki, hələlik dar çərçivədə və aşağı ranqda dilə gələn “şillə-yumruğ”un miqyası az müddətdən sonra genişlənəcək. Təbii ki, hər zaman olduğu kimi, bu dəfə də AXCP ilə Müsavat Partiyasının nümayəndələrinin qarşı səngərlərə yataraq bir-birilərinə deyəcəkləri indidən bəllidir. Yəni, “Milli şura”nın iclasında radikal düşərgənin siyasi dialoq vasitəsi kimi nümayiş etdirdiyi “yumruq-təpiy”i qurumun ikiyə parçalanmış maraqlarının döyüşünün növbəti raundu da hesab etmək olar...

 
  • Oxunub:  23370  |  
  • Tarix:  05-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA