Ana səhifə »  Müəlliflər »  AXCP ilə “Müsavat” arasında sükut yenidən pozuldu
A+   Yenilə  A-
AXCP ilə “Müsavat” arasında sükut yenidən pozuldu
Yazdı: Mübariz Abdullayev

Hər iki partiya təmsilçilərinin bu dəfə daha sərt ittihamlar səsləndirmələri onlar arasında bütün körpülərin yanmasından xəbər verir
Radikal düşərgədə əzəli və əbədi rəqiblər kimi səciyyələndirilən AXCP ilə “Müsavat” arasında “sülh sükutu” yenidən pozulub. Hər iki partiyanın funksionerləri və tərəfdarları mətbuatda, sosial şəbəkələrdə sanki “a yordu, yordu, görək, kim-kimi yordu” yarışmasına çıxaraq bir-birilərini heç bir etik norma gözləmədən ittihamlara “qonaq” edirlər. Qarşılıqlı ittihamların, necə deyərlər, mövzusu, əhatə dairəsi kifayət qədər genişdir. “Cəbhəçilər”in və “Müsavat”çıların, demək olar ki, bütün müxalifətdaxili məsələlərdə sözləri çəp gəlir. Onların qarşılıqlı narazılıq ifadə edən səslənmələrinə ötəri nəzər salmaq belə kifayətdir ki, iki partiyanı üz-üzə qoyan səbəblər barədə konkret təsəvvür yaransın. Bu səbəblər isə ilk növbədə partiya təmsilçilərinin özəl maraqlarından qaynaqlanır. Həm “cəbhəçilər”, həm də “Müsavat”çılar rəqib tanımaq istəmirlər və radikal düşərgədə şəriksiz mövqe qazanmağa çalışırlar.
Məlumdur ki, son dövrlərdə “cəbhəçilər”in və “Müsavat”çıların başları radikal düşərgədəki bütün “birlik” formatları kimi, “Milli şura”nı da özününküləşdirməyə, digər partiyaları, siyasi qrupları qondarma qurumdan uzaqlaşdırmağa qarışmışdı. “Mehriban düşmənlər” cütlüyü özlərisayağı manevrlər işlətməklə qısa müddətdə buna nail ola bildilər. “Milli şura” artıq radikal düşərgədəki ACP-nin, KXCP-nin, ALP-nin, “El” hərəkatının maraqlarını ifadə etməkdən çox uzaqdır. Hətta “Milli şura” məsələsini ortaya atan Rüstəm İbrahimbəyov və onun “sağ əli” sayılan reneqat Eldar Namazov da, necə deyərlər, oyundankənar vəziyyətdə qalıblar. İndi “Milli şura”nın yeni “ev sahibləri” var: AXCP və “Müsavat”. Lakin burada deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Beləliklə, qondarma qurumda özlərinin təbirincə desək, “yedək partiyalar”ın rolunu sıfıra endirən “cəbhəçilər” və “Müsavat”çılar indi bütün güclərini daxili savaşa yönəldiblər.
Son günlərdə iki partiyanı yenidən qarşı-qarşıya qoyan məsələlərdən biri Rüstəm İbrahimbəyovun “Milli şura”da həmsədrlik təsisatının yaradılması və özünün də qondarma qurumun rəhbərliyində qalmaq istəyi ilə bağlı təklifi oldu. “Müsavat”dan qiyabi sədrin bu təklifinə sərt təpkilər gəldi. Bu da səbəbsiz deyil. “Müsavat” funksionerləri İsa Qəmbərin başqanlıqdan getməsini müxtəlif bəhanələrlə əngəlləməsi üzündən yaranan partiyadaxili problemlərini “Milli şura” formatında çözməyi hədəfləyiblər və buna görə də, qoca kinodramaturqun qondarma qurumun rəhbərliyindən getməsinin zamanı çatdığını əsaslandırmağa çalışırlar. “Müsavat”ın uzaq hədəfləri nişan aldığını yaxşı dərk edən “cəbhəçilər” dərhal öz rəqiblərinin “arqumentlərini” sıradan çıxarmağa girişdilər. Bu xüsusda danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə “Müsavat” funksionerləri Arif Hacılının, Gülağa Aslanlının və digərlərinin açıqlamaları bir növ söz duelini xatırladırdı.
Bu xüsusda çəkişmələr səngiməmiş AXCP-yə yaxınlığı ilə tanınan Ənnağı Hacıbəyli elə “cəbhəçilər”in nəzarətində olan mətbuat orqanlarında “Müsavat”ın bostanına ağır bir daş atdı. O, sonuncu məqaləsində iddia edir ki, seçki prosesində “Müsavat”ın “vahid namizəd” Cəmil Həsənova dəstəyi nominal xarakter daşıyıb, AXCP isə ona real dəstək verib. “Cəbhəçilər”in danışan dili rolunda çıxış edən Ənnağı Hacıbəyliyə cavab “Müsavat”a olduqca yaxınlığı ilə tanınan, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəylidən gəldi. Özü də çox qəzəbli tərzdə: “Əlbəttə, Əli Kərimlinin müavini və Cəmil bəyin seçki qərargahının rəhbərlərindən biri Asəf Quliyevin seçkilərə 5 gün qalmış “müxalifət 20 ildir xalqı aldadır” mövzusunda bəyanat verməklə istefa verməsi Cəmil Həsənovun seçki kampaniyasına əhəmiyyətli “töhfə” verdi. AXCP yetkilisinin müxalifət düşərgəsinə arxadan vurduğu bu zərbəni görməzdən gəlib seçkidə bütün gücü ilə çalışan minlərlə “Müsavat”çının fədakarlığına kölgə salmaq cəhdi Ənnağı Hacıbəylinin qeyri-sağlam məntiqindən xəbər verir”.
Bundan sonra istər AXCP-də, istərsə də “Müsavat”da onun fərqindədirlər ki, daha qarşı tərəfə münasibətdə oxu atıb, yayı gizlətməyin heç bir mənası yoxdur. Odur ki, tərəflər hər şeyi öz adı ilə çağırmağa və rəngləri getdikcə tündləşdirməyə başlayıblar. Məsələn, “Milli şura”nın acınacaqlı duruma düşməsində və son prezident seçkilərində məğlubiyyətə uğramasında “Müsavat”çılardan Arif Hacılını və Rauf Arifoğlunu günahlandıran AXCP-nin sabiq sədr müavini Asəf Quliyev sonuncuları sərt tənqid edib: “Bu gün Raufun da, Arifin də siması bəllidir. Mənim üçün onlar artıq ölü kimi insanlardır. Sözümü dedim, nə dediyimi də yaxşı bilirəm. Dediyimin də arxasında dururam”.
Təbii ki, “Müsavat”dan sabiq “cəbhəçi”yə cavab da çox gecikməyib və eyni tonda olub. “Müsavat”ın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı keçmiş “cəbhəçi”nin arqumentlərini qeyri-ciddi adlandırıb. Rauf Arifoğlu isə Asəf Quliyevin açıqlamasını bütövlükdə AXCP-nin mövqeyi kimi səciyyələndirərək onun ittihamlarının birbaşa təmsil etdiyi partiyaya qarşı yönəldiyini vurğulayıb: “Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsl səbəbini bir çoxları kimi, mən də bilirəm...Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir. Bu baxımdan, bu cür “donqili” ittihamlara cavab verərək, Asəf Quliyevin özünə və ona himayədarlıq edənlərə xəbərdarlıq edirəm”.
Göründüyü kimi, “mehriban düşmənlər” bir-birləri ilə artıq etikadankənar və hədə tonunda danışırlar. Bu isə özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan iki partiya arasında münasibətlərin son həddədək gərginləşməsindən xəbər verir.

 
  • Oxunub:  27960  |  
  • Tarix:  04-12-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA