Ana səhifə »  Müəlliflər »  “Milli şura”da “Rüstəm İbrahimbəyov erası” bitdi
A+   Yenilə  A-
“Milli şura”da “Rüstəm İbrahimbəyov erası” bitdi
Yazdı: Mübariz Abdullayev

Müvəqqəti AXCP-“Müsavat” koalisiyası qoca kinodramaturqu, onun tərəfdarlarını istefa anonsları verməyə məcbur etdi ki, bununla da “Milli şura”nın “İctimai Palata”ya çevrilməsinin son akkordları vuruldu
Bu günlərdə “Milli şura”nın qiyabi sədri Rüstəm İbrahimbəyov qondarma qurumun rəhbərliyindən getmək istədiyi ilə bağlı qərarını açıqlayıb. O, bununla bağlı qondarma qurumun dekabrın əvvəllərində keçirilməsi nəzərdə tutulan sessiyasına məktub ünvanlayıb. Qoca kinodramaturq məktubunda yazır: “Mən təklifimi Bakıya, “Milli şura”nın sessiyasına göndərmişəm. Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar”.
Bəri başdan deyək ki, Rüstəm İbrahimbəyov istefa məktubunda qərarının hansısa obyektiv səbəblərlə bağlı olduğunu əsaslandırmağa çalışsa da, onun “Milli şura”nın rəhbərliyindən getməsi siyasi palitrada heç nəyi dəyişməyəcək. Bu da, ilk növbədə, onunla bağlıdır ki, qoca kinodramaturq radikalların düşərgəsində “siyasətçi” kimi sırf subyektiv amillərə görə zühr etmişdi. Xatırladaq ki, onu ahıl yaşında siyasətə “kəllə vurmağa” sövq edən amillər konyuktur maraqlarla bağlı idi. Qoca kinodramaturq vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərə, vergi qaçaqçılığına görə məsuliyyətdən yaxa qurtarmağın ən asan yolunu özünə radikalların sırasında yer etməkdə görmüşdü.
“Siyasətdə” olduğu dövrdə özünü qeyri-ardıcıl, diktator ritorikası ilə danışan birisi kimi göstərən, kələkbaz imici qazanan Rüstəm İbrahimbəyov radikalları öz utopik, reallıqla heç bir əlaqəsi olmayan cəfəng səslənmələrinə inandıra bildi. Belə ki, radikallar, o cümlədən də özlərini dağıdıcı düşərgənin əsas güc mərkəzləri sayan AXCP və “Müsavat” funksionerləri qoca kinodramaturqun “sizə xaricdən çoxlu pul gətirəcəyəm” vədlərinin müqabilində ambisiyalarından geri çəkilən kimi görünürdülər. İş o yerə çatmışdı ki, son 20 ildə rəhbərlik etdikləri partiyaları şəxsi inhisara alan Əli Kərimli və İsa Qəmbər də Rüstəm İbrahimbəyovun əlaqədə olduğu xaricdəki antimilli dairələrin diktəsi ilə hazırladığı tragikomik “Milli şura” ssenarisində babat rol almaqdan ötrü dəridən-qabıqdan çıxır, qoca kinodramaturqun dirijor çubuğunun istiqamətinə uyğun “qalxıb-oturur” və onu özlərinin favoriti saydıqlarını dilə gətirirdilər.
Qeyd edək ki, ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən və seçkiqabağı mərhələdə sırf özəl gözləntilərə görə burada cəmləşən radikalların iddialarına rəğmən, “Milli şura” elə yarandığı vaxtlardan etibarən Azərbaycan cəmiyyətinin ictimai marağından kənarda qaldı. Sosium onu ilk gündən yad cism kimi özündən uzaqlaşdırmağa çalışdı. Cəmiyyətin qondarma quruma kəskin əks-reaksiyası, əlbəttə ki, səbəbsiz deyildi. İlk növbədə, “Milli şura”nın antimilli mahiyyəti ona qarşı sərgilənən təpkilərin getdikcə daha şiddətli hal almasını şərtləndirirdi. Konturları xaricdəki beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli mərkəzlərin mətbəxində cızılan “Milli şura”nın qarşısında qoyulan əsas tapşırıq həmin dairələrin ölkəmizlə bağlı məkrli məqsədlərinə xidmət göstərməkdən ibarət idi. Azərbaycanın beynəlxalq imicinə, ölkədəki möhkəm vətəndaş həmrəyliyinə xələl gətirmək, pozuculuq əməllərinə rəvac vermək, “beynəlxalq” təşkilatlara donos xarakterli “hesabatlar” ünvanlamaq... Bütün bunlar qondarma qurumun fəaliyyət sferasına daxil edilən məsələlərin tam olmayan siyahısını təşkil edir. Məhz bu və digər səbəblərə görə də Azərbaycan cəmiyyəti ölkənin, xalqın ümummilli maraqları naminə sıx konsolidasiya nümayiş etdirərək Rüstəm İbrahimbəyovun “Milli şura”sına arxa çevirdi, onu inkar etdi.
Bu kimi amilləri nəzərə alan siyasi müşahidəçilər lap əvvəldən “Milli şura”nın taleyi ilə bağlı bədbin proqnozlar verirdilər. Siyasi kluarlarda qondarma qurum “ölü doğulan uşaq” kimi səciyyələndirilirdi. Sonradan “Milli şura”nın seçkiqabağı proseslərə heç bir təsir göstərə bilməməsi, partiyaların mənafe savaşı meydanına çevrilməsi və nəhayət, seçkilərdə acınacaqlı məğlubiyyətə uğraması belə bədbin proqnozların reallıqdan irəli gəldiyini təsdiqlədi. Seçkilərdən sonra isə qondarma qurum bütün cəlbediciliyini itirib. Artıq radikalların özləri də heç bir perspektiv, siyasi və maddi dividendlər vəd etməyən saxta qurumla yollarını ayırmaq barədə düşünürlər. Hazırda “Milli şura”da elə bir vəziyyət yaranıb ki, onu siyasi birlikdən daha çox intriqalar, çəkişmələr yuvası kimi xarakterizə etmək daha düzgün olardı.
Elə Rüstəm İbrahimbəyovun sədrlikdən getməsi ilə bağlı qərarını dilə gətirməsi də seçkilərdən sonra “Milli şura”da amansız xarakter alan çəkişmələrin, daha dəqiq desək, müəyyən mərhələdə qondarma quruma nəzarəti bütünlüklə ələ keçirən partiyaların onu tamam inkar etmələrinin məntiqi sonluğu kimi izah olunur. Məlum olduğu kimi, Rüstəm İbrahimbəyov lap yaxın keçmişədək “bu mənim taleyimdir” deyərək “Milli şura”nın rəhbərliyindən getməyəcəyini bildirirdi. O, qondarma qurumda həmsədrlik təsisatının yaradılmasını və özünün də bu statusda qalmasını israr edirdi. Qoca kinodramaturq özüsayağı arqumentlər gətirərək əsaslandırmağa çalışırdı ki, partiya rəhbərləri həmsədr olsalar, “Milli şura”nı məhv edərlər və qurum “İctimai palata”ya çevrilər.
Rüstəm İbrahimbəyovun bu kimi səslənmələri qondarma qurumda onun özünün küncə sıxışdırılması ilə nəticələndi. “Rüstəm İbrahimbəyovun siyasi partiya rəhbərlərinin həmsədrliyini “Milli şura”nın məhvi kimi qiymətləndirməsi, onun siyasətçi olmaması ilə əlaqədardır. Bu fikirlə razı deyiləm. Ona görə də, Rüstəm İbrahimbəyovun bu cür şərhini onun siyasətçi olmaması ilə bağlayıram”.
“Milli şura”nın qiyabi sədrinə qarşı açıq-aşkar hörmətsizlik və etiraz dolu bu açıqlama ilə “Müsavat” funksioneri Gülağa Aslanlı çıxış edib. AXCP sədrinin müavini Gözəl Bayramlı da öz növbəsində R.İbrahimbəyovun fikri ilə razılaşmadığını bildirib: “Hesab etmirəm ki, “Milli şura”ya partiya sədrləri rəhbərlik etsələr, qurumun taleyi şübhə altında olar...”.
Beləliklə, “Milli şura”da yaranan qütbləşmə-qondarma qurumda söz sahibinə çevrilən müvəqqəti “AXCP-”Müsavat” koalisiyası” qoca kinodramaturqu “onun “Milli şura”sı” kimi tanınan qurumun rəhbərliyindən əl çəkməyə məcbur edib. Necə deyərlər, bu da radikal düşərgədə bir müddət Don Kixot cəngavərliyi nümayiş etdirən Rüstəm İbrahimbəyov erasının kədərli sonluğu. Bundan sonra “Milli şura”nı radikal düşərgədəki digər bir saxta qurumun-“İctimai palata”nın sinonimi kimi adlandırmaq daha düzgün olardı. Çünki məlum istefa qərarının ardınca “Milli şura”dan Rüstəm İbrahimbəyov tərəfdarlarının da növbəti yarpaq tökümü ilə bağlı anonslar verilib.

 
  • Oxunub:  24420  |  
  • Tarix:  30-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA