Ana səhifə »  Müəlliflər »  “Milli şura” anti-Azərbaycan dairələrin sifarişi və göstərişi əsasında fəaliyyət göstərir
A+   Yenilə  A-
“Milli şura” anti-Azərbaycan dairələrin sifarişi və göstərişi əsasında fəaliyyət göstərir
Yazdı: Pərviz Sadayoğlu

Cəmil Həsənovun açıqlamaları bu faktı növbəti dəfə sübuta yetirdi...
Azərbaycanın radikal müxalifət düşərgəsinin xəyanətlərinin, satqınlıqlarının üstünə biri də əlavə olundu. Əslində, 2013-cü il prezident seçkilərindən öncə yaradılmış satqın “Milli şura”nın “xəmirinin” məhz xəyanətlə yoğrulduğu Azərbaycan cəmiyyətinə bəlli idi. Sadəcə, budəfəki xəyanətin “rəhbərlərinin” seçkidən iki ay keçməmiş antimilli qüvvələrin əlaltısı olmalarını etiraf etməsi, “Milli şura”nın gələcək fəaliyyəti ilə bağlı göstərişlər aldığını söyləməsi artıq onların hansı simaya malik olduqlarını növbəti dəfə ortaya qoyan faktdır. Daha dəqiq desək, “şura”nın dublyor namizədi Cəmil Həsənovun ABŞ turnesindən qayıdar-qayıtmaz mətbuata açıqlamalar verməsi, ona göstəriş verən dairələrin kimliyini siyahı üzrə açıqlaması və bununla da sanki fəxr etməsi göstərir ki, radikal düşərgə sözün əsl mənasında acınılası haldadır.
Əslində, burada da təəccüblü bir hal yoxdur. Çünki C.Həsənovun hansı qüvvələrə baş əyməsi, kimlərin sifarişi əsasında ölkəmizdəki demokratik inkişafa qara yaxmağa çalışması hər kəsə bəllidir. Azərbaycan cəmiyyəti bu insanların kimliyini, onların məramını məqsədini yaxşı bilir. Yəni, radikal müxalifətin torpaqlarımızı işğal edən ermənilərin beynəlxalq miqyasda arxası-dayağı sayılan erməni lobbi təşkilatları ilə əməkdaşlıq etməsi, onların göstərişi ilə oturub-durması dağıdıcı düşərgənin “siyasi vizit kartlarına” çevrilib. Elə bu səbəbdəndir ki, Azərbaycan xalqı hər bir seçkidə bu qüvvələrə layiqli yerini göstərir.
Qeyd etdiyimiz kimi, bu gün ölkəsinin milli maraqlarını heçə sayan qondarma qurumun, onun namizədinin apardığı “müzakirələr”in hansı yöndə olmasını proqnozlaşdırmaq çətin deyil. Maddi cəhətdən asılı olduqları erməni lobbi təşkilatlarının, o cümlədən, anti-Azərbaycan dairələrin təsiri altında işi-gücü yalnız Azərbaycanın milli maraqlarını zərbə altına qoymaq, ölkənin siyasi imicini mənfi istiqamətdə təbliğ etmək olan Cəmil Həsənov bu hərəkəti ilə dövlətimizin milli mənafeyinə və ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə münasibətini ortaya qoymuş oldu.
Birincisi vurğulamaq lazımdır ki, C.Həsənovun ABŞ-da görüşdüyü, müzakirələr apardığı dairələrin böyük əksəriyyəti bütün məsələlərdə Azərbaycana qarşı qərəzli və ikili standartlarla yanaşan qurumlardır. Hətta C.Həsənovun ağızdolusu görüşündən bəhs açdığı Konqresin “Lantos qrupu”nun 2007-ci ildə Konqresdə müzakirəyə çıxarılmış qondarma “erməni soyqırımı” layihəsinin müəllifinin xatirəsinə yaradıldığını qeyd etmək bəs edir ki, C.Həsənovun orada keçirdyi görüşlərin mövzusu və motivi hamıya faş olsun.
İkinci bir tərəfdən, C.Həsənovun xəyanətləri haqda hansısa proqnozlar irəli sürmək də gərək deyil. C.Həsənov “sevindiyindən” ABŞ səfəri haqqında o qədər danışıb ki, bütün faktları özü etiraf edib. Məsələn, C.Həsənovun ABŞ-da görüşdüyü dairələrin “Milli şura” və onun işi ilə bağlı ən xırda detallara qədər informasiyalara malik olmasını bildirməsi özlüyündə böyük bir sual yaradır. C.Həsənov bildirir ki, hətta “Milli şura”nın gələcək fəaliyyəti ilə bağlı da “müzakirələr” aparılıb: “Bizim apardığımız bütün görüşlərdə istisnasız olaraq “Milli şura” barədə çox geniş müzakirələr oldu. “Milli şura”nın yaranması, fəaliyyəti, seçki taktikası, bundan sonrakı fəaliyyəti haqqında ətraflı fikir mübadiləsi oldu. Doğrudan da, “Milli şura”nın uğurlu bir model olduğu Amerika siyasi dairələri tərəfindən də qeyd edildi”.
Göründüyü kimi, bu fakt Cəmil Həsənovun və digər radikal müxalifət təmsilçilərinin atdıqları bütün addımların ən xırda detallarına qədər xaricdən sifariş edildiyini təsdiqləyir. Axı, özünə “siyasətçi” deyən, radikal düşərgənin başbiləni “sayılan” C.Həsənov öz dili ilə təsdiqləyir ki, onlar (yəni, radikallar - P.S.) üçün cızılan plandan kənara çıxmağa ixtiyarları yoxdur, bütün detallardan onları maliyyələşdirən dairələr xəbərdardırlar. Yəni, birmənalı şəkildə “Milli şura”nın fəaliyyəti xarici anti-azərbaycançı dairələrin istək və arzularına əsaslanır, bu qurumun Azərbaycan xalqına aidiyyəti yoxdur.
C.Həsənov səfəri haqqıda danışanda daha bir məqama toxunur və özünü “azad” elan edən, amma dublyorun dili ilə hansı məqsədləri həyata keçirdiyini bildirən radiodakı görüşündən “xatirə” danışır: “Amerikanın səsi” radiosunun prezidenti məni qəbul edən kimi öz otağında pəncərənin önünə dəvət etdi və pəncərədən Amerika Konqresinin əzəmətli binası görünürdü. Göstərdi ki, “Biz onların müəyyən etdiyi siyasəti həyata keçiririk...”
Bu fakt isə artıq C.Həsənovun siyasi intiharıdır. Çünki yuxarıda qeyd olunan qurumların və təşkilatların sifarişləri əsasında fəalliyyətini tənzimləyən “Milli şura”nın namizədi növbəti dəfə “siyasət” anlayışına qazanc mənbəyi kimi baxdığını sübuta yetirmiş olur. Demək ki, qeyd olunan radio ABŞ Konqresinin müəyyən etdiyi siyasəti həyata keçirir, bəs “Milli şura” adlanan amorf təşkilat hansı məqsədlərin nökərçiliyini həyata keçirir?
Görünən isə budur ki, “siyasət” sözünü satqınlığa sinonim sayan C.Həsənov və ətrafındakılarının budəfəki səfərinin “qurbanı” şuranın keçmiş sədri Rüstəm İbrahimbəyov oldu. Çox güman ki, “Milli şura”nın fəaliyyət proqramını müəyyən edənlər C.Həsənovun “dokladı” əsasında R.İbrahimbəyovun “torbasını tikdilər”. Necə deyərlər, C.Həsənovun “bilet pulu” boşa getmədi...

 
  • Oxunub:  24960  |  
  • Tarix:  30-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA