Ana səhifə »  Müəlliflər »  KXCP də “Milli şura”dan getdi
A+   Yenilə  A-
KXCP də “Milli şura”dan getdi
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın sədri satqınlar klubunun gələcək perspektivinə heç bir inam olmadığını etiraf edir
Radikal müxalifət düşərgəsində daxili mübarizə səngimir. 2013-cü il prezident seçkilərindəki fiaskonun ardından düşərgə daxilində, daha doğrusu, konkret olaraq “Milli şura” adlanan satqınlar klubunda yenidən “təmərküzləşmə” prosesinə başlanılıb. Əslində, antimilli, ermənipərəst xarici dairələrin əlaltısına çevrilən, onlardan ianələr və başqa “mükafatlar” qopartmaq üçün yaradılan bu qurumda davam edən ziddiyyətlərin kökündə bir amil dayanır - “monopoliya azarı”. “Milli şura”nın fırıldaqçı “şefi” Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmamasından istifadə edən AXCP-”Müsavat” birliyi onlara müti şəkildə tabe olan Cəmil Həsənovu “şura taxtına” oturtmaqla bütünlüklə qurumu ələ keçirmək, oradakı təşkilatları uzaqlaşdırmaq və erməni lobbisindən alınan ianələri mənimsəmək istəyirdi. Amma görünən budur ki, qurumda təmsil olunan partiyalar artıq AXCP ilə “Müsavat”a qarşı açıq savaş elan ediblər və susmaq niyyətində deyillər. Həmin partiyalar artıq “Milli şura” ideyasının perspektivi haqqında danışmağı da yersiz sayırlar. ACP-nin, ALP-nin ardından artıq KXCP-də şuradan uzaqlaşdığını bildirir, AXCP və “Müsavat”la əməkdaşlıq etmək istəmədiklərini dilə gətirir.
KXCP sədri Mirmahmud Mirəlioğlu radikal düşərgənin əsas müzakirə predmetinə çevrilən “şura”da həmsədrlik institutunun təsis edilməsinə münasibət bildirərək qeyd edib ki, bunun yaranması heç nəyi dəyişmir. O bildirib ki, onsuz da “Milli şura”nın heç bir perspektivi yoxdur: “Görünən odur ki, indiki vəziyyət qalsa, yaxud həmsədrlik institutu təsis edilsə də, fərq etməz. Çünki artıq “Milli şura”nın perspektivli fəaliyyətinə olan inam itib”.
M.Mirəlioğlu radikal düşərgənin növbəti yalanının da üstünü açıb. Bir müddətdir ki, düşərgə təmsilçiləri iddia edirdilər ki, “Milli şura” yaradılan zaman İsa Qəmbər, Əli Kərimli və Rüstəm İbrahimbəyovun həmsədr olması məsələsi müzakirə edilib. Amma KXCP sədri belə bir şeyin olmadığını söyləyib. O qeyd edib ki, əgər belə bir hal baş versəydi, onun rəhbərlik etdiyi partiya həmin qurumda təmsil olunmayacaqdı: “İndi deyirlər ki, “Milli şura” təsis edilərkən həmsədrlik təklifi səslənib. Amma biz bunu bilmirdik, şəxsən özümə aid edirəm. Guya müzakirələrdə konkret adlar çəkilib, bunu da bilmirdik. Yəni, Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimlinin adı ortada olub. Əgər bunlar əvvəlcədən bilinsəydi, proses başqa cür olardı. Ən azından “Milli şura” məsələsi alınmazdı. Alınsaydı belə KXCP orada təmsil olunmazdı”.
Bundan başqa, M.Mirəlioğlu Müsavat Partiyasına qarşı da bəzi iddialar səsləndirib. O “Müsavat”la müttəfiqlik məsələsinə toxunan partiya sədri bildirib ki, müttəfiqlik məsələləri “Müsavat” tərəfindən sona qədər dəyərləndirilməyib: “Biz “cəbhəçilər” 2000-ci və 2003-cü illərdə “Müsavat”a dəstək verdik. Bunu danmaq Allahsızlıqdır, tarixi saxtalaşdırmaqdır. Müsavat Partiyası ilə müttəfiqlik qurularkən hər zaman şəxsi və partiya maraqlarını üstün tuturlar. Bu səbəbdən də əməkdaşlıq istənilən nəticəni vermir”.
Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı isə M. Mirəlioğlunun fikirlərini uğursuz adlandırıb. Göründüyü kimi, artıq radikal müxalifət cidanı çuvalda gizlədə bilmir və darmadağın olduqlarını, “Milli şura” adlanan xəyanət yuvasına xaricdən gələn pulların iyinə toplaşdıqlarını etiraf edirlər. Verdikləri açıqlamalar isə, hər zaman olduğu kimi kökündə onların bir-birinə bəslədikləri kini, patoloji nifrəti növbəti dəfə təsdiqləmiş olur. Bu gün İsa Qəmbərlə Əli Kərimlinin “Milli şura”da apardığı “təmizləmə” işinin də arxasında məhz onların maddi vəsaitləri ələ keçirmək istəkləri dayanır. Bu prosesin isə hansı ad altında aparılmasının fərqi yoxdur. Bu faktın özü bir daha sübut edir ki, seçkinin bitməsinin ardından AXCP ilə Müsavat Partiyası yenidən ermənipərəst dairələrin xaricdən göndərdikləri qrantları “iki yerə” bölməyə niyyətlidirlər. Məhz bu səbəbdən də “Milli şura” artıq tarixin çevrilmiş bir səhifəsidir. Satqınlar şurasını diriltməyə çalışan İsa Qəmbərlə Əli Kərimlinin fəaliyyəti isə şeyx Nəsrullahlıqdan başqa bir şey deyil...

 
  • Oxunub:  24360  |  
  • Tarix:  27-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA