Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənovun şəkilli mesajı...
A+   Yenilə  A-
Cəmil Həsənovun şəkilli mesajı...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud “köhnə namizəd” özünə təzə “day-day”lar tapıb
Məlum olduğu kimi, Cəmil Həsənov yenidən ABŞ-a turist səfərinə gedib. Amma, okeanın o tayında nə qədər qapı döyübsə, qabağında gözləyibsə, xeyri olmayıb. Yenə əvvəllər oralara gedən radikalların qarşısına bağbandan, odunçudan filandan biri çıxırdı. İndi Cəmil Həsənovu heç kim qarşılamayıb, deyəsən.
Ən maraqlısı isə xaricə gedən radikalların çəkdirdikləri şəkilləridir. Məsələn, bir müddət öncə İsa Qəmbər Avropa turnesində zibil qutusu ilə şəkil çəkdirib yollamışdı üzü bəri tərəfə. Guya, İsa Qəmbər buradan ora elə zibil qutusu ilə şəkil çəkdirməyə getmişdi. İndi də Cəmil Həsənovun ABŞ səfərindən ən yaddaqalan foto Ramiz Yunus ilə çəkdirdiyi şəkil olub. Yəqin ki, Cəmil Həsənov çıxılmaz vəziyyətdə qaldığı üçün bu şəkli çəkdirib göndərib ki, baxın, mən də varam...
Şəkililərin bir məşhur lətifəsi var. Abcabbar gedir Moskvaya, girir restorana, nahar etmək istəyir. Qulluqçu yaxınlaşır rus dilində soruşur ki, nə istəyirsiniz? Abcabbar rus dilini bilmədiyi üçün mat-mat baxır. Qulluqçu deyir, “salat” verim sizə, Abcabbar başını yelləyir. Fikirləşir ki, nəsə yaxşı şeydir bu “salat”, yeyim, gedib Şəkidə lovğalanım. Qulluqçu “çoban qarışığını” gətirir qoyur Abcabbarın qabağına, şəkili baxıb deyir, “bah, pomidor, Şəkidən Moskvaya gəlib “salat” olmusan?”.
İndi guya burada “Müsavat” yox idi ki, bundan ötrü gedib Vaşinqtonda şəkil çəkdirmək ehtiyacı yaranırdı? İkinci bir tərəfdən, Cəmil Həsənovun “Milli şura”dan qoparağını götürən elə “Müsavat” deyilmi? Bundan başqa Cəmil Həsənov görəsən, bu “xəyanətinin” cavabını AXCP-çilərə necə verəcək? O, mütləq şəkildə hansısa şəhərə gedib divara da olsa AXCP yazıb qarşısında şəkil çəkdirməlidir. Başqa yolu yoxdur.
Görəsən, nə üçün radikal düşərgə siyasəti yalnız turizm sektorunun bir hissəsi kimi dərk edir? Yalnız, gəzmək, fırlanmaq, o şəhər sənin, bu ölkə mənim deyib qapılara düşməkdirmi siyasət? Avropa, Amerika, Afrika, Avstraliya, Antraktida deyib düşüblər küçələrə. Axı, bu ölkədə sənin siyasətçi olmağına və ya hansısa uğuruna Antraktida pinqvinləri və ya Afrika yam-yamları dəstək verməyəcək. Nə üçün radikal düşərgə bir dəfə də olsun hansısa bir rayonun hansısa bir kəndinin sadə bir vətəndaşının ayağına gedib onunla görüşmür? Bu görüş ABŞ-da hansısa bir nəfərlə ilə şəkil çəkdirməkdən və ya görüşməkdən daha da pisdirmi?
Yox... Sadəcə, içi Cəmil Həsənov qarışıq heç bir radikal düşərgə təmsilçisinin “duxu” çatmır ki, gedib hansısa kənddə özünü tərifləsin. ABŞ-a, Avropaya baxma. Orada sadəcə, radikal kimlərəsə istifadə üçün arada lazım olur deyə, ayaqlarının altına yağ sürtürlər, süfrənin artığına-urtuğuna “qonaq” edirlər.
Radikal düşərgənin bəzi sosial şəbəkəçiləri isə Cəmil Həsənovun ABŞ-ın filan ştatının filan senatorunun köməkçisinin müavininin katibəsi tərəfindən qəbul edilməsini elə bəh-bəhlə təqdim edirlər ki, adamın ayağı yerə yapışır. Fikirləşirsən ki, C.Həsənov həmin senatorun özü ilə görüşsə bunlar nə edər görəsən? Yəni, Allah dağına baxıb qar yağdırır...
Amma Ramiz Yunusla şəkil çəkdirməklə Cəmil Həsənov həm İsa Qəmbərə, həm də Əli Kərimliyə mesaj verir. Axı, R.Yunusun qardaşı Arif Yunusun və ya qohumu Leyla Yunusun kimlərlə əlbir olması hər kəsə bəllidir. Elə Leyla Yunusun Laura Baqdasaryanla cici-bacılığı hər şeyi ortaya tökür. Cəmil Həsənov da bu şəkillə radikal düşərgə partiyalarının sədrlərinə başa salır ki, nə olsun Aram Manukyanla “curluq” edirsiniz, başıma çıxmayacaqsınız. Siz öləsiniz, özüm “pramoy kanal” tapmışam hamıya, elə eləməyin ki, sizi dollar üzünə həsrət qoyum. Bəli, Cəmil Həsənov bu şəkillə İsa Qəmbərə izah elədi ki, sənsiz də mən “lazımi məkanlarla” dostluq-filan qura bilərəm. Yoxsa, gündə biri durub Cəmilin əleyhinə ağzına gələni danışır ki, “Milli şura”ya o sədr gəlsə, hamı acından batacaq, bizə pul verən olmayacaq, filan.
Hə... Cidanın içindəki çuvalı illərdir ki, gizlədə bilmirlər. Bu dəfə də alınmadı. Cəmisi bir neçə ay idi ulduzu parıldamağa başlayırdı ki, Cəmil Həsənov da kim olduğunu, kimlərə xidmət göstərdiyini növbəti dəfə hər kəsə izah etdi. Yəqin ki, “professor” özünə “day-day”lar tapmaqla Rüstəm İbrahimbəyovla və digərləri ilə “şura rinqində”ki növbət raunda hazırlaşır. Axı, “şura”da hay-küy salanlar hər zaman “day-day”lıların tərəfində olurlar...

 
  • Oxunub:  23280  |  
  • Tarix:  26-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA