Ana səhifə »  Müəlliflər »  Olmayan “şura”nın sədrlik davası
A+   Yenilə  A-
Olmayan “şura”nın sədrlik davası
Yazdı: Pərviz Sadayoğlu

Radikal müxalifətin satqınlar şurası yenə də iki komandaya bölünüb “de gəlməsin”ə başlayıb. Müsavat Partiyası satqınlar şurasının da müxalifətinə çevrilərək Rüstəm İbrahimbəyova xitabən “getdi sənin dövranın, çəkil dayan qıraqda” qafiyəsi açıb. Bu qafiyənin ətrafında isə az qalıb ki, biri-birləri ilə yumruq-təpik davasına çıxsınlar. “De gəlməsin”in ən ön sıralarında isə “Müsavat” tərəfdən Arzu Səmədbəyli və Arif Hacılı çıxış edir. İbrahimbəyovun şəninə söz qoşanlar dəstəsinə isə Eldar Namazov, Əvəz Temirxan başçılıq edir.
Hə, bu “məntiqsiz su” deyəsən radikal düşərgənin olub-qalan xəmirini də yuyub aparacaq. Ən maraqlısı isə budur ki, olmayan “şura”ya sədr seçmək üçün qırğın-dava başladıblar. Axı, orada kimlər təmsil olunur? İsa Qəmbər, Əli Kərimli və onların ətrafındakı iki cüt bir tək adam. Onsuz da nə Eldar Namazovu o şuranın darvazasından içəri burxarılar, nə də Əvəz Temirxanın hasardan içəri boylanmağa imkan yaradırlar. Rəsul Quliyevlə Rüstəm İbrahimbəyov isə onsuz da bütün “birliklərdə” “virtual insan” sifəti ilə çıxış edirlər. Yəni, artıq hərə öz “şura”sını yığıb başına çəkilib bir kənara.
Bu pəstahanın arxasındakı mətləblər hər kəsə bəllidir. O vaxta qadər ki, pul şimaldan gəlirdi, Rüstəm İbrahimbəyov “əvəzolunmaz sədr” idi. Hətta həmin vaxt İ.Qəmbərlə Ə.Kərimli “şura”nın sessiyasında onun haqqında elə kövrək danışmışdılar ki, telefonla iclasa qoşulan Rəsul Quliyevin hıçqırtıları bəzi xarici təşkilatların hesabatına düşmüşdü. Bu cütlük İbrahimbəyovun olmayan “Oskar”ını “şura” sədrliyinə iddia edənlərin gözünə soxa-soxa rus pulunu xımır-xımır xərcləyirdilər. Elə ki, pul dayandı... Hə, onda kürsüyə vurulan şəkillər də zibilliklərə atıldı, “Oskar” da nəmənə bir şeyə çevrildi. Ortaya “professor” çıxdı. İsa Qəmbər bu dəfə hayqırdı ki, İbrahimbəyov heç Allahın bağça müəllimi də deyil. Əli Kərimli başqa bir tərəfdən səsini başına atdı ki, kimdir axı, bu İbrahimbəyov Cəmil Həsənov olan yerdə. O “Oskar” da avara bir şeydir, yaxşı şey olsa idi adının axırı “kar” olmazdı, “eşidən” olardı...
İbrahimbəyov isə indi vaxtilə ona dost-qardaş deyənlərin əsl simasını görür. Bu adam, özü üçün bir “şura kooperativi” yaratmışdı ki, 5-10 rubl pul qatlasın. Qarğa-quzğun kimi necə tökülüşdülərsə indi bəyənmədikləri İbrahimbəyovun üstünə, iki günə zəli kimi qanı sorub çıxardılar. İndi də may-avqust aralığında aldığı təyyarə biletlərinin pulunu qaytara bilməyən İbrahimbəyov deyə bilmir ki, bu “şura” zəhrimarın adı onun oldu, dadı İsa Qəmbərlə Əli Kərimlinin. “Müsavat” MMC ilə AXCP Qapalı Səhmdar Cəmiyyəti İbrahimbəyovun göndərdiyi pulları elə qapışdırdı ki, Əvəz Temirxan hələ də udquna-udquna qalıb. Seçkidən sonra İbrahimbəyov gözləyirdi ki, “müttəfiqləri” deyəcək, “yox, sən öləsən İbrahimbəyov sədr qalmasa hamımızın xətrinə dəymiş olacaq”. Amma indi görür ki, bu xına o xınadan deyil. Burada ağlamayana nəinki süd vermirlər, əksinə, ağzındakı “yalançı soskanı” da oğurlayıb satmaq istəyirlər. Elə bu dərddəndir ki, indi İbrahimbəyov düşüb əl-ayağa ki, nağarırsınız, bir gözləyin görək, bu xarabanı mən təsis eləmişəmsə, nə təhər ola bilər ki, siz məni qapıdan qovursunuz? Yəni, mənim “teritoriyamda” siz niyə qoçuluq eşqinə düşmüsünüz.
Amma bir dərd də var ki, İbrahimbəyov bu deyilənləri dilinə gətirməyə cürət etmir. Çünki meydanda lat-lüt tək-tənha qalıb. Bircə Eldar Namazov idi onun tərəfini tutan, o da görür ki, pul-filan qurtarıb, indi o da ağzına su alıb oturub. Elə bu üzdən İbrahimbəyov səsini salıb içəri, dillənmir, deyir cəhənnəm, bəlkə insafa gəlib həmsədrlik etdilər, mən də qabırğa oldum Coninin qazancına.
İ.Qəmbərlə Ə.Kərimlinin davası isə hər zamankı kimi “yorğan davasıdır”. Bir neçə ay öncə “şura”ya gələn pullar 4-5 yerə bölünürdüsə, indi heç kimə “sent” də vermək niyyətində deyillər. Yəni, qısacası, “gəlinin adaxlılarının” sayını azaltmaqda qərarlıdırlar.
... Həqiqətən də, bu qədər məntiqsizliyi, çoxüzlülüyü, “rəngarəngliyi” yalnız və yalnız radikal düşərgə bacara bilər. Çünki biri-birilərinə salam verəndən sonra barmaqlarını sayan da elə onların özləridir. Onlar üçün fərqi yoxdur, “atmağa” adam tapmayanda özləri özlərinə “atırlar”...

P.S. Sərdar Cəlaloğlu deyir ki, Rəsul Quliyev 2005-ci ildə İsa Qəmbərlə Əli Kərimlinin hərəsinə 4 min dollar atıb, qaytarmır... Al, bu da sənə “müttəfiq demokratlar birliyi”...

 
  • Oxunub:  25740  |  
  • Tarix:  16-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6