Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat Partiyası Rüstəm İbrahimbəyovun istefasını tələb edir

Müsavat Partiyası Rüstəm İbrahimbəyovun istefasını tələb edir

16.11.2013 [09:40]

Nardar Bayramlı

Bu partiya qoca kinodramaturqu qondarma “Milli şura” üçün başlıca problem sayır
Oktyabrın 9-da keçirilən prezident seçkilərində acınacaqlı məğlubiyyətə uğrayan radikalların daxilində xaos və anarxiya hökm sürür. Özünü daha çox qondarma “Milli şura”da biruzə verən bu anarxiya radikal düşərgədə nüfuz savaşını yenidən gücləndirib. Artıq bu qondarma qurumun ideya müəllifi və sədri Rüstəm İbrahimbəyov faktiki olaraq heç bir rəhbərlik funksiyasını yerinə yetirmir. Doğrudur, R.İbrahimbəyov “vahid namizəd” elan olunan zaman “Milli şura”nın adından çıxışlar edir, hansısa məsələyə münasibətini bildirirdi. Lakin artıq onun qondarma qurumda heç bir avtoriteti qalmayıb. Xatırladaq ki, Cəmil Həsənov seçkilərdə “Milli şura”nın “vahid namizədi” olduqdan sonra R.İbrahimbəyov demək olar ki, qondarma qurumla əlaqəni kəsdi və seçki kampaniyası dövründə görünmədi.
İndi vəziyyət elə gətirib ki, “Milli şura”nın mövcudluğu sual altındadır və onun təsisçiləri qondarma qurumun gündəmdə qalması üçün yollar axtarırlar. Bu yollardan biri də həmsədrliyin yaradılmasıdır. Belə ki, R.İbrahimbəyovla yanaşı C.Həsənovun da həmsədr olması təklif edilir. Əslində, proseslərə daha düzgün yanaşma bundan ibarətdir ki, müxalifətin radikal qanadının cəmiyyətdə heç bir nüfuzu yoxdur və radikalların toplaşdığı “Milli şura”nın seçkilərdə iflası, məhz bu amillə əlaqədardır. Ona görə də, prezident seçkiləri ilə əlaqədar yaradılan “Milli şura”nın kitabı heç bu siyasi kampaniya başa çatmamış bağlandı. Seçkilər şurapərəstlərin məğlubiyyəti ilə başa çatsa da, hələ “Milli şura” özünə sədr axtarmaqdadır. Yəni, “İP”in ucunu itirənlər bu dəfə tək sədr yox, həm də həmsədrlərin vacibliyindən danışırlar. Üstəlik, bu başsız qurumun uğursuzluğa düçar olmasında günahı da həmsədrliyin olmamasında görürlər. Məsələn, R.İbrahimbəyov “həmkar”larının yadına salır ki, o zaman “şura” yaradılarkən rəhbərlik kimi həmsədrlik institutu ideyası da var idi. Fəaliyyətsizliyini bu vasitə ilə ört-basdır etməyə çalışan R.İbrahimbəyov öz aləmində bunu vəziyyətdən çıxış yolu saysa da, düşərgədə onun yozumu başqa cür verilir.
Qondarma qurumda təmsil olunan Müsavat Partiyası isə həmsədrliyə qarşı çıxır və açıq şəkildə R.İbrahimbəyovun istefasını tələb edir. “Rüstəm İbrahimbəyov hər zaman söyləyir ki, ziyalıdır və siyasətə qarışmır. Düşünürəm ki, ziyalı və ağsaqqal kimi yenə də öz statusunda qalaraq, vəzifəsindən istefa verib, Cəmil Həsənlinin “Milli şura”nın sədri olmasını irəli sürərsə, bu, Rüstəm İbrahimbəyova çox hörmət qazandırar. Eyni zamanda, bu addım indiki şəraitdə “Milli şura”nın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar”. Bunu mətbuata açıqlamasında Müsavat Partiyası məclisinin sədri Arzu Səmədbəyli deyib. Onun sözlərinə görə, indiki halda “Milli şura”da həmsədrlik institutunun olmasını diktə edən heç bir şərt yoxdur.
A.Səmədbəyli bildirib ki, həmsədrlik institutunun yaradılması “Milli şura”nın güclənməsinə təkan verəcək variant deyil: “Biz bu ideyanı uğurlu variant saymırıq. Bu gün “Milli şura”nın strukturları təkmilləşdirilməli, qurum öz strukturlarında yeniliklər etməlidir. Ümumiyyətlə, bu təklif R.İbrahimbəyovun fikri kimi səslənib. Bundan əvvəl də “Müsavat” funksionerləri həmsədrlik institutunun olmasını və burada təkcə ziyalıların deyil, İsa Qəmbər və Əli Kərimlinin də təmsil olunmasını təklif etmişdilər. Lakin o zaman Rüstəm İbrahimbəyov qəti şəkildə bunun əleyhinə çıxmışdı”.
A.Səmədbəyli onu da qeyd edib ki, “Milli şura”da həmsədrliklə bağlı partiya funksionerləri öz mövqeyini bildirib: “Konkret olaraq, “Müsavat”ın bu məsələ ilə əlaqədar mövqeyi yoxdur. Yəni, bu təklif partiyalarda müzakirə olunsun deyə, bir çağırış yoxdur”.
“Müsavat” funksioneri hesab edir ki, bu gün Rüstəm İbrahimbəyovun istefa verərək “Milli şura”dan getməsi həmsədrlik institutu ideyasından daha uğurlu variant olardı: “R.İbrahimbəyov qəbul etsə, mənə elə gəlir ki, bu daha uğurlu variant olar, nəinki həmsədrlik institutu. Mən bunu bir təklif kimi irəli sürürəm və subyektiv fikrimdir. R.İbrahimbəyov bu və ya digər formada “Milli şura” ilə əlaqə saxlayır. Amma nəzərə alaq ki, o ölkədən xeyli kənardadır və “Milli şura” üçün uyğun olmayan bir şəraitdə fəaliyyət göstərir. “Milli şura” qalacaqsa, daimi bir orqana çevriləcəksə, strukturları formalaşacaqsa, qurum sədrinin Bakıda olması və proseslərə nəzarət etməsi vacibdir”.
Bir sözlə, göründüyü kimi, Müsavat Partiyası artıq R.İbrahimbəyovla ultimatum üslubunda danışır. Təbii ki, bu fakt qondarma “Milli şura”da gərginliyin yeni bir mərhələsinin başlaması deməkdir.

Paylaş:
Baxılıb: 1297 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31