Ana səhifə »  Müəlliflər »  Tələb-AT...
A+   Yenilə  A-
Tələb-AT...
Yazdı: Pərviz Sadayoğlu

Bir zamanların radikalların “TƏLƏBAT”ına qarşı yeni tələb irəli sürülür və bu TƏLƏB onun “Milli şura”dan ATılmasına yönəldilib. Bəli, söhbət bir zamanlar radikal düşərgənin gözünün işığı, cibinin pulu, fəxri-filanı-beşməkanı olan Rüstəm İbrahimbəyovdan gedir. Bağda əriyin qurtarmasını belə gözləməyə hövsələsi çatmayan radikal müxalifət havalar “soyuyan” kimi İbrahimbəyova yol göstərməyə başladılar. Dünənə qədər şimaldan-filandan pul dartışdırıb İsa Qəmbərin, Əli Kərimlinin cibişdanını dolduran İbrahimbəyov indi bunların yerini dar edib. Nooldu bəs, dünənə qədər “Əlişə atam deyirdiz?” İbrahimbəyov bu xalqın “xilaskarı” idi bəs? Dünyanın şöhrət dağarcağını indi niyə qapıdan qovursunuz? Bəs “Oskar” sizdən inciməzmi? İbrahimbəyovun göndərdiyi və sizlərin də həzm-rabedən keçirdiyiniz, plakat adına cibinizə təpişdirdiyiniz rus pulları gözünüzdən gəlməzmi? 
Elə, İbrahimbəyova da bu tipli bir neçə sualım var. Nə oldu bəs, radikal müxalifətçilər ən sadiq insanlar idilər? Bəs deyirdin ki, onlarla uzun bir yol gedəcəksən. Gördünmü? “Maşının benzini” qurtaran kimi qapını açıb İbrahimbəyovu darambıltı ilə tulladılar yerə. Dedilər, sən kim, biz kim... Köylü köyünə, öylü öyünə...
İbrahimbəyovu şişirdib sabun köpüyü kimi partladan radikal müxalifət düşərgəsi bir zamanlar onu öyməklə qurtara bilmirdilər. Bəlkə də özlərinin yadından çıxıb, amma qəzetlərinin səhifələrini vərəqləsələr görərlər ki, bu gün “Rüstəm İbrahimbəyov “Milli şura”dan getməlidir” deyənlər onun şəninə hansı tərifləri yağdırırdılar. Amma cəmisi iki aydan sonra vaxtilə şəklini plakat edib tribunasına yapışdıranlar İbrahimbəyovun adını belə çəkməyi özlərinə sığışdırmadılar.
Təbii ki, ortada obyektiv səbəblər var. Bir ayağı Moskvada, o biri ayağı Tbilisidə olan, “Milli şura”nın xərcini-borcunu ödəyən bu adamın arxasında duranlar pul verməkdən boyun qaçıran kimi radikallar da İbrahimbəyovdan boyun qaçırdılar. Təzə plakatın üzü daha fərqli ünvanlara istiqamətləndi. Elə İbrahimbəyovun qara günləri də bundan sonra başladı. Yəqin ki, təzə Con dayıları İbrahimbəyovdan üz çevrilməsini əmr etmişdi...
İndi “modda” Cəmil Həsənovdur. Axı, təzə pul gətirən odur. Amma Cəmil Həsənov da azca geriyə boylansa vaxtilə İbrahimbəyovun taleyini yaşadığını özü görər. Bir neçə il öncə onu partiyasından qovanlar indi onun sağını solunu bəzəyirlər. Bir neçə il öncə radikal düşərgədə “satqın”, “xəyanətkar” və başqa epitetlərlə bəzədilən Cəmil Həsənov görəsən hansı səbəblə indi radikal partiyaların sədrlərinin gözmuncuğuna çevrilib? Necə ki, 2-3 ay öncə İbrahimbəyova “oskarlı dramaturq”, “dünyaşöhrətli” deyənlər indi də Cəmil Həsənovun “professor” olmasını dillərindən düşürmürlər. Axı, partiyalarından qovduqları zamanda da Cəmil Həsənov “professor” idi. Nə dəyişib? Bu “xamilyon”luqlarını hansı məntiqlə izah edə bilərlər?
Əslində, ortada izah ediləcək bir şey yoxdur. Çünki bu, onların həyat tərzidir. 13 il əvvəl İsa Qəmbər Əli Kərimlini xəyanətkar elan etmişdi, 2005-ci ildə Əli Kərimli İsa Qəmbəri satqın adlandırmışdı... Sonra isə... Con dayılarının bir barmaq işarəsi ilə yenidən bir araya gəldilər. Hər iki partiya sədri bilir ki, nə “cəbhəçi”lərin “müsavatçı”ları görən gözü yoxdur, nə də ki, “müsavatçı”lar “cəbhəçi”lərə salam vermək istəmirlər. Sosial şəbəkələrdə bir-biriləri haqqında demədiklərini qoymayıblar. Təhqirə belə yol veriblər. Amma əmr gələn kimi yollarını qovuşdururlar. Əmrin gəlmə ünvanı isə gah İbrahimbəyovun “SMS”ləri ilə tənzimlənir, gah da Cəmil Həsənovun keçirdiyi “görüşlərdə” bəlli olur...
Bəli, vaxtilə “tələbat” adlandırılan İbrahimbəyova tərəf yönəldilən yeni “TƏLƏB” şuradan “AT”ılmasıdır. Cəmisi iki aydan sonra Cəmil Həsənovu bu qarmaqarışıqlıqda hansı aqibətin gözləyəcəyini indidən demək çətindir. Çünki radikalların “İP”inin necə qırıq olduğunu İP-dəkilər hamıdan yaxşı bilirlər.
İbrahimbəyovun isə Müsavat Partiyasının tələbinə cavab vermək hüququ da var. Görək, o nə deyəcək...

P.S. “Milli şura”nın birinci icazəli aksiyasında İbrahimbəyovun böyük plakata vurduqları şəklini görəsən hansı zibilliyə atıblar... Bu sual da maraq doğurur, öz aramızdır.

 
  • Oxunub:  25950  |  
  • Tarix:  14-11-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA