Ana səhifə »  Müəlliflər »  “Milli şura”da yeni qovğa başlayıb
A+   Yenilə  A-
“Milli şura”da yeni qovğa başlayıb
Yazdı: Mübariz Abdullayev

Avantürist qiyabi sədr Rüstəm İbrahimbəyovun həmsədrlik ideyasını səsləndirməsi qondarma qurumu yenidən bölüb, olan-qalan üzvləri də qarşı-qarşıya qoyub
Radikalların seçkiqabağı mərhələdə yaratdıqları və yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”nın mahiyyətini lakonik şəkildə qiymətləndirməli olsaq, bir neçə əsas məqamı xüsusi vurğulamaq lazım gələr: Qurum antimilli mahiyyət kəsb edir, onun Azərbaycan cəmiyyətinə hər hansı bir formada aidiyyəti yoxdur. Partiyalar, siyasi qruplar “Milli şura”ya ümummilli maraqlar naminə deyil, sırf özəl gözləntilərə, yeni qurum nədirsə, ondan pay qoparmaq naminə qoşulublar. Burada qarşılıqlı düşmənçilik münasibəti bəsləyən, məqam düşərsə, bir-birlərini qurd-quşa yem etməyə hazır olan qüvvələr cəmləşib.
Ölkə gündəminin təhlilini aparan siyasi müşahidəçilərdə bu kimi qənaətlər qondarma qurumun cəmi bir neçə ay mövcudluğu ərzində onun təmsilçilərinin səsləndirdikləri cəfəng fikirlərə, sərgilədikləri əməllərə istinadən hasil olub. Guya radikalların seçkilərdə birgə iştirakını təmin etmək məqsədilə ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” elə ilk gündən ölkəmizlə, xalqımızla bağlı özəl məkrli planlar reallaşdırmağa çalışan xaricdəki anti-Azərbaycan dairələrin ruporuna çevrildi. Təsadüfi deyil ki, seçkiqabağı mərhələdə qondarma qurumun bütün çabalamaları əsas etibarı ilə ölkənin ictimai-siyasi mühitində xaos yaradılmasına, insanların seçki ovqatının narazılıq notları üstündə köklənməsinə və bu kimi digər neqativ hədəflərə istiqamətləndirilmişdi. “Milli şura”da cəm olan radikallar xaricdəki Azərbaycana düşmən dairələrdən gələn bu kimi tapşırıqları canla-başla yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırdılar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Aydın məsələdir ki, radikallar ölkəmizin milli maraqlarına xələl gətirməyə hesablanan əməllərə, ilk növbədə, xaricdəki himayədarlarından “molodes” qazanmağa, qrantlara, ianələrə əllərinin daha gen-bol çatmasını təmin etmək yarışında rəqiblərini bir baş üstələməyə görə qol qoyurdular.
Təbii ki, kifayət qədər yekdil olan Azərbaycan cəmiyyəti xaricdəki düşmən qüvvələrin əli ilə ölkəmizə təsir vasitəsi kimi yaradılan “Milli şura”ya layiq olduğu adekvat münasibət sərgiləyir. Qondarma qurumun “vahid namizəd”i Cəmil Həsənov seçkilərdə cəmi 5 faiz civarında səs toplamağa müvəffəq oldu ki, bu da ölkə vətəndaşlarının “Milli şura”ya və bütövlükdə radikallara inam bəsləmədiklərinin bariz ifadəsidir.
Cəmiyyət tərəfindən qəbul edilməyən, ictimai-siyasi proseslərə təsir imkanlarından məhrum qalan və elə bu kimi səbəblərdən də uğursuzluğa düçar olan “Milli şura” seçkiöncəsi mərhələdə olduğu kimi, seçkilərdən sonrakı dövrdə də gündəmə yalnız daxili savaşla, təmsilçilərin bir-birlərinə qarşılıqlı ittihamları ilə gəlir. Daha ortada nə Rüstəm İbrahimbəyovun “xaricdən pul gətirəcəyəm” vədləri var, nə də qurumun siyasi perspektivi. Buna görə də, qulaqları yeni birlik, yeni gözlənti sorağında olan radikallar yeni avantürist layihələrdə onların əl-ayağına dolaşmaması üçün “Milli şura”dan mümkün qədər tez yaxa qurtarmağa çalışırlar. Seçkilərdən sonra “Milli şura”nı bürüyən istefalar dalğası bunun təzahürüdür. ALP, ACP təmsilçiləri qondarma qurumun ünvanına ən kəskin formada ittihamlar yağdıraraq onunla yollarını birdəfəlik ayırıblar. ACP-nin sabiq lideri Rəsul Quliyev “Milli şura”nı “İctimai palata”nın zəifləmiş forması, üstəgəl Cəmil Həsənov” formatı kimi xarakterizə edib. İslam Partiyasının təmsilçiləri isə qondarma qurumu öz reytinqini artırmaq üçün cəmiyyətin inanclı kəsiminin adından sui-istifadə etməyə son qoymağa çağırıb. Bir sözlə, görünən odur ki, radikal düşərgə təmsilçilərinin digər oxşar “birlik” formatları kimi, “Milli şura” da yerini xalqın qəlbində deyil, tezliklə tarixin toz basmış arxivində tapacaq.
Bununla belə, xəstəhal bir vəziyyətə düşən, adı var, özü yox quruma çevrilən “Milli şura”nın iki cüt, bir tək təmsilçiləri arasında intriqalar yenə də səngimək bilmir. Son günlərdə AXCP ilə “Müsavat”ın inhisara aldıqları qurumda yeni qovğalar-həmsədrlik və yaxud yeni sədr davası başlayıb. Məlumdur ki, qurumun qiyabi sədri Rüstəm İbrahimbəyov “Milli şura”da həmsədrlik yaradılması təklifi ilə çıxış edib. Hələ də “Milli şura” gözləntilərinə ümid bəsləyən bəzi radikallar qoca kinodramaturqun bu təklifinin sorağı Bakıya çatar-çatmaz dərhal əl-ayağa düşüblər. Xof onları basıb. Radikallar avantürist qiyabi sədrin yeni təklifindən də maksimum dərəcədə rəqiblərini üstələyərək bəhrələnmək niyyətlərini ortaya qoyurlar.
Rüstəm İbrahimbəyovun həmsədrlik təklifinə “Müsavat” etiraz nümayiş etdirir. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı mətbuata müsahibəsində həmsədrlik təklifinin yeni olmadığını vurğulayaraq deyib: “Həmsədrliklə bağlı təklif əvvəlcə elə bizim tərəfimizdən verilmişdi. Şəxsən mən təklif etmişdim ki, “Milli şura”nın üç nəfərdən-Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Əli Kərimlidən ibarət həmsədrləri olsun. Həmin dövrdə ilk olaraq Rüstəm İbrahimbəyov özü bu təklifə qarşı çıxdı və “Milli şura”da tək sədrliyin olmasını və əgər ona sədrlik təklif olunarsa, qəbul edəcəyini bildirdi. İndi həmsədrlik zərurətinin niyə yenidən ortaya çıxmasının səbəbləri mənə məlum deyil... Hesab edirəm ki, o cür təkliflər mətbuata çıxmazdan əvvəl “Milli şura”nın əsasını təşkil edən qüvvələrlə razılaşdırıldıqdan sonra ortaya çıxsaydı, daha məqsədəuyğun olardı”.
“Müsavat”ın digər funksioneri Gülağa Aslanlı isə həmsədrliklə bağlı partiyasının narazılığını daha konkret şəkildə ifadə edib. Partiya funksioneri mətbuata açıqlamasında deyib ki, “Milli şura”da vahid sədrin olması daha düzgündür və bu baxımdan qurumda həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur. “Milli şura”da vahid sədrin olmasını zəruri sayan və artıq Rüstəm İbrahimbəyovun bu statusa uyğun gəlmədiyinə diqqət çəkən G.Aslanlı vurğulayıb: “Siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram”.
“Milli şura”nın “əsasını təşkil edən” digər bir partiyanın-AXCP-nin mövqeyi isə “Müsavat” funksionerlərinin səslənmələrinin ziddinədir. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı “həmsədrlik təsisatının yaranmış boşluğu doldurmaq üçün zəruri addım” olduğunu dilə gətirib.
Qondarma qurumun qiyabi sədri Rüstəm İbrahimbəyovun həmsədrliklə bağlı təklifi “Müsavat”çıların “Milli şura”da azlıq kimi səciyyələndirdikləri partiyaların, siyasi qrupların üzvlərini də bir növ müdafiədən hücuma keçməyə, nəhayət, “Müsavat”a öz yerini göstərməyə sövq edib. Məsələn, “El” hərəkatının ali məclis sədri, “Milli şura”nın üzvü Eldəniz Quliyev G.Aslanlının açıqlamasına sərt tonda cavab verərək deyib: “Milli şura” təkcə “Müsavat”dan ibarət deyil ki, onların bəyanatları ilə nəsə həll olunsun”.
Göründüyü kimi, həmsədrlik və yaxud yeni sədr söz-söhbətləri “Milli şura”nı yenidən bölüb, olan-qalan üzvlərini də qarşı-qarşıya qoyub. Sual olunur: “Milli şura” faktiki olaraq yox ikən həmsədrlik təsisatı və yaxud yeni sədr kimə və nəyə lazımdır?

 
  • Oxunub:  26670  |  
  • Tarix:  09-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA