Ana səhifə »  Müəlliflər »  Radikalların saxta “birlik”lərinin yeri tarixin toz basmış arxividir
A+   Yenilə  A-
Radikalların saxta “birlik”lərinin yeri tarixin toz basmış arxividir
Yazdı: Mübariz Abdullayev

Azərbaycan cəmiyyəti sosial-siyasi sifariş olaraq yaranmayan “Ziyalılar forumu”, “El” hərəkatı, “İctimai palata”, “Milli şura” kimi qondarma qurumları heç bir halda qəbul etmir
“Ziyalılar forumu”, “El” hərəkatı, “İctimai palata”, “Milli şura”, SİDSUH, DUH, sayı bəlli olmayan məşvərət məclisləri, bloklar, konqreslər... Bütün bunlar radikal müxalifət düşərgəsinin təmsilçiləri tərəfindən təmtəraqla bəyan edilən qondarma qurumların tam olmayan siyahısıdır. Kiçik yaşlı uşaqlar “aşıq-aşıq” oynamağı xoşladıqları kimi, radikallar da gündəmdə qalmağın yeganə yolunu populist bəyanatlar səsləndirməkdə və bir də təmtəraqlı adlar verdikləri qondarma birliklər, şuralar, forumlar yaratmaqda görürlər.
Cəmiyyətin sosial sifarişi olaraq yaranmayan qondarma qurumlar yaşamaq iqtidarında deyillər
Əslində, radikallar ölkədəki demokratik mühitdən, siyasi mübarizə üçün mövcud olan optimal şəraitdən sui-istifadə edərək belə qondarma qurumları yaratmaq təşəbbüslərində bulunarkən bəsit düşüncə tərzi ortaya qoyurlar. Onlar təmtəraqlı adlar altında yeni birlik, forum yaratdıqlarını bəyan etməyi özlərinə elektorat bazası toplamağın, bununla da rəqiblərinə meydan oxumağın yeganə yol olduğunu hesab edirlər. Buna görə də, radikal düşərgədə qondarma qurumlar yağışdan sonra göbələk kimi artır.
Lakin iş hansısa bir qurumu bəyan etməkdə və yaxud ona təmtəraqlı ad seçməkdə deyil. Məsələ burasındadır ki, radikalların böyük hay-küylə bəyan etdikləri müxtəlif qurumlar bir qayda olaraq çox az bir müddətdən sonra ictimai maraq dairəsindən kənarda qalır, yaxud tamamilə gündəmdən çıxırlar. Bunun səbəbi isə çox sadədir. Radikalların yaratdıqları qurumlar tarixi zərurət, cəmiyyətin sosial-siyasi sifarişi kimi meydana çıxmırlar. Bu birliklər, forumlar, hərəkatlar olsa-olsa hansısa konyuktur məqsədlər güdən siyasətbazların, onların birləşdikləri partiyaların şəxsi və qrup maraqlarını təmin etməyə hesablanan bir alət, təsir vasitəsi qismində təzahür edir. Cəmiyyət isə ona zorla diqtə edilən, sırınan bu aləti heç bir halda qəbul etmir, ona təpki göstərir, yad cism kimi özündən uzaqlaşdırır.
Hanı “Ziyalılar forumu”, “El” hərəkatı və digərləri?
Məlumdur ki, “ziyalı”, “el” və bu qəbildən olan digər sözlər ehtiva etdikləri mənaya görə, Azərbaycan cəmiyyətində həmişə uca tutulub.Vətənpərvər, işıqlı, cəfakeş ziyalılarımız həmişə xalqın önündə olub, çətin günündə ona dayaq durub, yol göstəriblər. “El” sözü isə Vətən anlamını verir. Sual olunur: Ermənipərəst Rüstəm İbrahimbəyovun, reneqat, Eldar Namazovun iştirakı ilə yaradılan “Ziyalılar forumu”nun, “El” hərəkatının respublikamızın şərəfli ziyalılar pleyadasına və yaxud Azərbaycan ellərinə hansı aidiyyatı var? Cavab aydındır: Heç bir!
Yeri gəlmişkən, söhbət “Ziyalılar forumu”ndan düşəndə nankor yazıçı Əkrəm Naibovu və onun erməni sevgisi ilə qələmə alaraq Moskvada nəşr etdirdiyi “Daş yuxular” romanını xatırlamamaq olmur. Bəli, yaxın-uzaq tariximizin təhrif olunduğu, işğalçılıq siyasəti yürüdən, Xocalı qətliamını törədən ermənilərin “humanist” obrazının yaradıldığı, bəlalara düçar olan azərbaycanlıların isə üzərinə “qəddar” damğası vurulan “Daş yuxular”ın müəllifi nankor Əkrəm Naibov həm də “Ziyalılar forumu”nun üzvüdür. (?!) Təkcə bu faktın özü sözügedən qurumun saxta mahiyyəti barədə təsəvvür yaratmağa kifayət edərdi. Lakin bu hələ hamısı deyil, “Ziyalılar forumu” ilə bağlı çoxlu belə antimilli və antiziyalı məqamları sadalamaq mümkündür.
Qondarma qurumun yaradılmasının təşəbbüskarı qismində çıxış edən Rüstəm İbrahimbəyov da dəfələrlə xarici nəşrlərdə milli platformamıza qarşı yönələn fikirlərə rəvac verib, hətta Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirib. “Ziyalılar forumu”nun digər üzvləri isə istər Əkrəm Naibova, istərsə də Rüstəm İbrahimbəyova münasibətdə nəinki öz etiraz səslərini qaldırmayıblar, hətta onların müdafiəsinə qalxıblar. Qurumun üzvü olan, sonradan isə həm də “Milli şura”nın ikinci “vahid namizəd”i seçilən Cəmil Həsənov isə yenə xarici nəşrlərdə Dağlıq Qarabağın ərazi mənsubiyyətinin Azərbaycana aid olmasının mübahisə predmetinə çevrilməsinə əsas verən fikirlər ifadə edib. Bütün bunlardan sonra qurumu hansı məntiqlə “ziyalıların təşkilatı” adlandırasan?
Və yaxud götürək reneqat Eldar Namazovun seçkiqabağı mərhələdə bəyan etdiyi “El” hərəkatını. Tezliklə bəlli oldu ki, adına saxtakarcasına “el” sözü yamaq edilən hərəkatı Azərbaycan ellərinə bağlayacaq tellər yoxdur və qurum ümumiyyətlə sosial dayaqdan məhrumdur. Başlanğıcda Eldar Namazov və onun “Ziyalılar forumu”ndan transfer etdiyi dəstə bu qənaətdə idilər ki, pul və yaxud başqa belə vasitələrlə AXCP-nin, “Müsavat”ın yerli təşkilatlarının üzvlərini ələ alıb yeni qurumun sosial bazasını qura biləcəklər. Ancaq bu fənd baş tutmadı. AXCP və “Müsavat” reneqat Eldar Namazovun şirnikləndirici vasitələrlə “elektorat ovu” planına qarşı sərt təpki nümayiş etdirdi və bu səbəbdən də “El” hərəkatını təşkilatlandırmaq mümkün olmadı. Beləliklə, “El”də “Ziyalılar forumu”nun, radikalların digər təşkilatlarının aqibətini yaşadı, elə bəyan edildiyi vaxtdan ölü bir quruma çevrildi.
“İctimai palata”, “Milli şura” - qalsın, qalmasın?
İndi Hamletsayağı “ölüm, ya qalım” sualı radikal düşərgə təmsilçilərinin ən geniş “birlik” formatı kimi təqdim etdikləri bu iki qurumun başı üstündən asılıb. Əslində, hər iki qurum əzəli rəqiblər sayılan, yalnız radikal düşərgədə hegemonluq mövqeyini əldən verməmək naminə bir yerdə görünməyə çalışan AXCP və “Müsavat” “ittifaqından” başqa bir şey deyil. Radikalların sırf maddi gözləntilər üzündən ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”ya üz tutmaları “İctimai palata”nın onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdırdı-o da “adı var, özü yox” quruma çevrildi.
Ölkəmizdə oktyabrın 9-da keçirilən prezident seçkilərində “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun acınacaqlı məğlubiyyəti isə radikalların son “birlik” təşkilatının da sonunu gətirdi. Artıq bu qondarma qurumu istefalar dalğası bürüyüb, radikallar yeni birliklərə, forumlara qoşulmaq yolunda onlara əngəl olmasın deyə “Milli şura”dan mümkün qədər tez yaxa qurtarmağa çalışırlar...
Toplananların yerini dəyişəndə cəm dəyişmir
Radikal düşərgədə yaradılan partiyalar, qurumlar nə qədər çox olsa da, onların tərkibinə nəzər saldıqda aydın görünür ki, burada cəm olanlar eyni simalardan ibarətdir. Yəni “Ziyalılar forumu”nun üzvləri elə “El”də təmsil olunurlar və yaxud əksinə. AXCP və “Müsavat” həm “İctimai palata”nı, həm də “Milli şura”nı inhisara alıblar. Eyni simalar müxtəlif məşvərət məclislərinin tədbirlərində mütləq başda əyləşirlər. Ad dəyişkənliyi isə mahiyyətə əsla təsir göstərmir. Necə deyərlər toplananların yerini dəyişəndə cəm dəyişmir.

 
  • Oxunub:  27120  |  
  • Tarix:  08-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA