Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənistan vətəndaş müharibəsinə doğru...

Ermənistan vətəndaş müharibəsinə doğru...

08.11.2013 [08:59]

Nurlan Qələndərli

Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin perspektiv taleyinə dair optimist proqnoz vermirlər
Ermənistanda mövcud olan ictimai-siyasi kataklizmlər davam edir. Belə ki, vətəndaşlarla asayiş keşikçiləri arasında qarşıdurmalar daha da artıb və vətəndaşlar baş vermiş insidentlərin fonunda ciddi xəsarətlər alıblar. Bu kontekstdə son olaraq “Tserqakon” hərəkatının lideri Şant Arutyunyanın 100-dək tərəfdarları İrəvanın mərkəzindəki Maştots prospektində razılaşdırılmamış yürüş keçirməyə cəhd edib. Polislə baş vermiş toqquşma nəticəsində bir neçə asayiş keşikçisi və etirazçı xəsarət alıb, 20 nəfər aksiya iştirakçısı saxlanılaraq bölmələrə aparılıb. Ermənistan Polisinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, dəyənəklərlə silahlanmış Şant Arutyunyanın tərəfdarları İrəvanın mərkəzi prospektində razılaşdırılmamış yürüş təşkil edib. “Polis əməkdaşları onları ictimai asayişi pozmamağa və Maştots prospektində hərəkətə mane olmamağa çağırıb. Lakin aksiya iştirakçıları əldə düzəldilmiş və daşlarla doldurulmuş partladıcı paketləri partlatmağa başlayıblar” - deyə, açıqlamada bildirilir.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, polis əməkdaşları asayişi bərpa etməyə və prospekti etirazçılardan azad etməyə müvəffəq olub. Lakin bundan sonra da Azadlıq meydanında zorakılıq çağırışları olan bəyanatlar səsləndirilib.
Ermənistan mətbuatı isə yazır ki, polis vətəndaşlara qarşı çox sərt davranıb, nümayişə çıxmayan, lakin həmin an küçələrdə olan şəxslər belə ağır xəsarətlər alıb. “Arkakan Jamanak” qəzeti yazır ki, asayiş qoruyucuları tərəfindən iki jurnalist dəyənəklərlə döyülüb və xəsarət alanlardan birininin sağlamlıq durumu olduqca ağırdır. “News.am” xəbər portalı isə xəsarət alan jurnalistlərin hökumətin muzdlu qüvvələri tərəfindən döyüldüyünü bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatı hadisələrin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırmaqda, eyni zamanda, siyasi kataklizmləri şiddətləndirməkdədir. Məhz bu, Ermənistanın perspektivini sual altına alan başlıca faktorlardandır.
Görünən odur ki, vətəndaşlar Ermənistanın hazırki durumundan narazıdır və ölkə sosial inqilab astanasındadır. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir. Ötən ilin yekun iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, rəsmilərin hesabatlarının əksinə olaraq bu ölkədə nəinki heç bir iqtisadi artım qeydə alınmamışdır, hətta ciddi geriləmə tendensiyası aktual olmuşdur.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırki hərbi xuntanı tənqid və qınaq atəşinə tutmaqdadır. Müşahidələr onu deməyə əsas verir ki, bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə meyillərinin ortaya çıxmasıdır. Belə ki, Fransa, Livan və ABŞ-da erməni lobbisi, demək olar ki, davamlı olaraq hazırki hakimiyyətin əleyhinə tənqidi materiallar yayır, üstəlik, erməni lobbisinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən mesajlar verməkdədir. Bundan savayı, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb. Bu isə “hakimiyyət-diaspor tandemi”nin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin perspektiv taleyinə dair optimist proqnoz vermirlər.

Paylaş:
Baxılıb: 1263 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30