İP-in ləğvinə qarşı çıxanlar “Milli şura”da birləşmək istəmir
07.11.2013 [09:00]
Pərviz Sadayoğlu
Yaxud, AXCP ilə Müsavat Partiyası dilemma qarşısında qalıb
Radikal müxalifət düşərgəsində yenidən lokal savaşlar baş qaldırmaqdadır. Belə ki, satqın “Milli şura”da təmsil olunan digər partiya və təşkilatları oradan uzaqlaşdırdıqdan sonra qondarma qurum iki partiyanın nümayəndələrindən ibarət bir dərnək səviyyəsinə enib. Digər tərəfdən düşərgə təmsilçilərinin artıq bir müddətdir “İP”, yoxsa “Milli şura” dilemması qarşısında qalması da radikalların düşdükləri durumdan xəbər verir. Qeyd edək ki, AXCP ilə Müsavat Partiyasının bazasında yaranan “İctimai palata” anti-Azərbaycan dairələrinin “Milli şura” layihəsinin ortaya çıxması və bir sıra radikal düşərgə təmsilçilərinin bu layihədə iştirakı ilə ikinci dərəcəli sayılırdı. Hətta seçkiqabağı bu qurumun bir dəfə də olsun toplantısı keçirilməmişdi. Bu isə İP üzvlərinin əksəriyyətinin həmin dövrdə “Milli şura”ya transfer olunması ilə əlaqələndirilirdi.
Əslində, İP üzvlərinin kütləvi şəkildə “Milli şura”ya köçürülməsinin səbəbi prosesin sonunda bəlli oldu. “Milli şura”da Rüstəm İbrahimbəyov- Eldar Namazov cütlüyünün hegemoniyasının qarşısını almaq üçün İsa Qəmbərlə Əli Kərimli bu cür taktika seçdilər. Onlar “şura”dakı postları AXCP və “Müsavat” üzvlərinə həvalə etməklə qurumda əsas nüfuz sahibi oldular. Rüstəm İbrahimbəyovun namizəd ola bilməməsinin ardından isə Cəmil Həsənov kimi iradəsiz bir şəxsi dublyor seçərək, digər partiya və təşkilatları, o cümlədən, Rüstəm İbrahimbəyova yaxın insanları qurumun işindən kənarlaşdırdılar.
Nəticə etibarı ilə bu gün istər İP-də, istərsə də “Milli şura”da eyni insanlar təmsil olunur. Bu gülünclüyü aradan qaldırmaq üçünsə, radikal düşərgə həmin qondarma qurumlardan birini “ləğv” etməkdə qərarlıdır. Elə İP-in Koordinasiya şurasının üzvü Vidadi Mirkamal da mətbuata açıqlamasında İP-in yaxın günlərdə taleyinə aydınlıq gətiriləcəyini bildirib. O, İP-in buraxılması ehtimalının böyük olduğunu qeyd edib.
Amma V.Mirkamal İP üzvlərinin qurumun ləğvi qarşılığında şərtlərinin olduğunu da söyləyib: “Mənim bununla bağlı şərtlərim var idi. Əgər bu olacaqsa, İP-in saxlanılmasının əhəmiyyəti qalmayacaq. Amma hələlik müzakirələr gedir, konkret qərar yoxdur”.
Onu da deyək ki, İP-i ləğv etmək İsa Qəmbərlə Əli Kərimli üçün o qədər də asan deyil. Çünki “Milli şura”da təmsil olunmayan bəzi insanlar var ki, onlar İP-in ləğv olunması ilə razılaşmırlar. Məhz bu şəxslər radikal düşərgə təmsilçiləri olmalarına baxmayaraq zaman-zaman “Milli şura” haqqında həqiqətləri dilə gətirib və bu layihənin xarici maraqlara xidmət göstərdiyini etiraf ediblər. “Milli şura”nın yeni yaranan dövründə isə qurum üzvləri həmin İP-çiləri hər zaman hədəfə alıblar. Bu səbəbdən də həmin şəxslər arasında hər hansı bir barışığın olacağını düşünmək mümkünsüz görünür.
Ümumiyyətlə, istər AXCP-də, istərsə də Müsavat Partiyasında bir-birilərinə patoloji nifrət bəsləyən insanlar var ki, hətta bu partiyalar bir qurumda təmsil olunduqları zaman belə, onlar atmacalarından qalmırlar. Təbii ki, bunun sadə bir səbəbi var. Yarandığı gündən yalnız düşərgədaxili hegemoniyanı ələ keçirmək üçün mübarzə aparan AXCP ilə Müsavat Partiyasının təmsilçiləri zaman-zaman bir-birilərini xəyanətdə suçlayıblar. Məsələn, “Müsavat”ın 2000-ci ildə AXCP-ni satqın adlandırması, 2005-ci ildə isə AXCP-nin “Müsavat”ı xəyanətkar adlandırması bu qarşılıqlı nifrətin böyüməsində mühüm rol oynayıb.
Bu partiyaların arasında daima çəkişmənin getməsi, onların özlərini müttəfiq kimi qələmə versələr də, hər zaman bir-birilərinə zidd fəaliyyət göstərdikləri ortadadır. Digər tərəfdən artıq 20 ilə yaxındır ki, biri-digərini küçə “dialektləri”nə qonaq edən bu partiyaların növbəti raundda öz oxunu hansı partiyaya çevirəcəyi də bəlli deyil. Hər zaman belə olub, bir-birilərinin haqqında demədikləri və yazmadıqları təhqir qalmayıb. İP zamanında da belə idi, “Milli şura”da da belədir. Bu səbəbdən də nəyinsə ləğv olunması, nəyinsə saxlanılması radikal düşərgənin ümumi durumuna heç bir dəyişiklik gətirməyəcək...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39