Ana səhifə »  Müəlliflər »  Radikalların siyasi reabilitasiya cəhdləri əbəsdir
A+   Yenilə  A-
Radikalların siyasi reabilitasiya cəhdləri əbəsdir
Yazdı: Mübariz Abdullayev

Cəmil Həsənovun seçkilərdə acınacaqlı məğlubiyyətdən sonra yenidən siyasət meydanında qalmağa cəhdlər göstərməsi, bu məqsədlə müxtəlif manipulyasiya hərəkətlərinə rəvac verməsi riyakarlığın pik həddi sayıla bilər
Normal məntiqlə yanaşdıqda seçkilərdə etimad qazana bilməyən, məğlub olan partiyalar və yaxud namizədlər el arasında ifadə edildiyi kimi, “ayıblarına kor” deyib siyasi səhnədən geri çəkilməli, öz yerlərini yeni qüvvələrə, daha layiqli olanlara verməlidirlər. Dünya ölkələrinin təcrübəsi də bu sadə məntiqi təsdiqləyir. Lakin belə görünür ki, ölkəmizdə qaraguruhçuluğu özlərinə fəaliyyət devizi seçən radikal müxalifət düşərgəsinin təmsilçiləri sivil siyasi mübarizə mədəniyyətindən çox uzaqdırlar, onlar üçün nə ictimai rəyin, nə də dünya təcrübəsinin heç bir əhəmiyyəti yoxdur.
Cari il oktyabrın 9-da keçirilən prezident seçkilərində radikal müxalifətin “vahid namizəd”i qismində çıxış edən Cəmil Həsənovun acınacaqlı məğlubiyyətdən sonra yenidən siyasət meydanında qalmağa cəhdlər göstərməsi, bu məqsədlə müxtəlif manipulyasiya hərəkətlərinə rəvac verməsi siyasi riyakarlığın pik həddi sayıla bilər. Xatırladaq ki, Cəmil Həsənov seçkilərdə cəmi 5 faiz civarında səs toplamağa müvəffəq oldu. “Vahid namizəd”in “Milli şura”da cəmləşən bir neçə partiyanın adından çıxış etdiyini nəzərə alsaq, onda radikalların, o cümlədən də Cəmil Həsənovun Azərbaycan cəmiyyətindəki yeri və necə deyərlər, qatıqlı aşdan da aşağı reytinqi barədə konkret təsəvvür yaranar. Bununla belə, Cəmil Həsənov ciddi heç nə baş verməyibmiş kimi siyasi reabilitasiya cəhdlərində bulunur.
Cəmil Həsənovun “vahid namizəd” statusunda özündənmüştəbehliyinə rəğmən, demək lazımdır ki, onun seçkiqabağı mərhələdə radikalların favoritinə çevrilməsi heç də hadisələrin təbii axarı və yaxud “tarixçi alim”in üstün fərdi keyfiyyətləri sayəsində baş verməmişdi. “Şahlıq quşu” onun başına sırf təsadüf üzündən qonmuşdu. Daha konkret desək, AXCP, “Müsavat” kimi partiyaların təmsilçiləri özlərini qarşıdan gələn seçkilərdə gözlənilən məğlubiyyətin məsuliyyətindən sığortalamaq və daha bir müddət siyasi səhnədə qalmalarını təmin etmək məqsədilə “tarixçi alimi”in başını sığallaya-sığallaya onu “günah keçisi” kimi qabağa verdilər. Fərdi keyfiyyətlərinə gəldikdə isə, Cəmil Həsənov “vahid namizəd” statusu qazananadək radikal düşərgənin heç nə ilə diqqəti çəkməyən sıradan bir təmsilçisi idi. Xaraktercə zəif, liderlik keyfiyyətlərindən məhrum, xarizmadan uzaq olan “tarixçi alim” vaxtilə AXCP-nin şinelindən çıxsa da, sonradan karyerası naminə keçmiş çiyindaşlarına arxa çevirmişdi. O, parlamentdə təmsil olunduğu dönəmlərdə indi əsassız surətdə tənqid etdiyi iqtidarın ünvanına təriflər yağdırırdı.
Bunlar, əlbəttə ki, Cəmil Həsənova xas olan xarakter göstəriciləridir və onun əqidə, ideya adamı olmadığını, konkret şəraitdə konyuktur mövqe tutmasını təsdiqləyir. Belə birisi radikal düşərgəni artıq illərdir ki, inhisara alan və hegemon mövqelərini heç kəslə bölüşmək istəməyən AXCP-nin sədri Əli Kərimli və “Müsavat”ın başqanı İsa Qəmbər üçün sərfəli “fiqur” idi. Onlar haqlı olaraq bu qənaətdə idilər ki, yeni “vahid namizəd” əli xaricdəki antimilli dairələrin pul kisəsinə çatan Rüstəm İbrahimbəyov kimi ərköyün olmayacaq, onu asanlıqla istiqamətləndirə, özlərinin suflyoruna çevirə biləcəklər. Sonradan gözlənilənlər baş verdi. Cəmil Həsənov “vahid namizəd” statusunda danışarkən mütləq qaydada bir gözü Əli Kərimliyə, digər gözü isə İsa Qəmbərə baxırdı.
Cəmil Həsənova xas olan və onu heç də müsbət tərəfdən tanıtmayan cəhətlərdən söhbət açarkən “tarixçi alimliyi”ni də xüsusi vurğulamaq lazım gəlir. Hazırda Azərbaycan tarixinin elə bir dönəmini yaşayır ki, burada tarixi həqiqətlərin obyektiv, təəssübkeş tarixçilərin əsaslı arqumentləri ilə təsdiqlənməsinə və beynəlxalq ictimaiyyətə çatdırılmasına həqiqətən böyük ehtiyac var. Lakin biz belə obyektivliyi və milli təəssübkeşliyi “tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun timsalında əsla görmürük.
Azərbaycan cəmiyyətinin nankor yazıçı Əkrəm Naibovun “Daş yuxular” romanına sərt təpkisi hələ yaddaşlardan silinməyib. Bu həmin o “əsər” idi ki, burada yaxın-uzaq tariximiz təhrif olunmuşdu. Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayan, torpaqlarımızı işğala məruz qoyan, soydaşlarımızı yurd-yuvalarından didərgin salan, maddi-mədəni-tarixi abidələrimizi dağıdan, özününküləşdirməyə çalışan ermənilər humanist, əzabkeş qiyafədə təqdim olunmuşdu. Bunun əksinə olaraq “Daş yuxular”da azərbaycanlılar aşağılanmışdılar, müəllif onların tarixdə heç vaxt rast gəlinməyən qəddar obrazlarını yaratmışdı. Lakin nə deyirsiniz, Azərbaycan cəmiyyəti nankor yazıçıya, onun erməni sevgisi ilə qələmə aldığı romana kəskin etirazını bildirəndə Cəmil Həsənovun “tarixçi alim” vicdanı susdu. İş, hətta bununla da bitmədi. O, “Ziyalılar forumu” adlanan saxta qurumda çiyindaşı olduğu Əkrəm Naibovun müdafiəsinə qalxdı, onun yazmaq haqqını tanıdığını dilə gətirdi.
Cəmil Həsənovun necə bir “tarixçi alim” olduğu onun ingilisdilli “İndependent” qəzetində nəşr edilən müəllif yazısında bir daha aydın göründü. Hamının təəccübünə rəğmən, Cəmil Həsənov yazısında əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın ərazi mənsubiyyətinin mübahisələr predimetinə çevrilməsinə haqq qazandıran fikirlər ifadə etdi. Bununla Cəmil Həsənov nə demək istəyirdi və yaxud kimlərə, hansı dairələrə yarınırdı?
Bütün bunlardan sonra seçicilərin radikallar tərəfindən “vahid namizəd” kimi qabağa verilən Cəmil Həsənova etimad göstərməmələrinin motivləri bəlli olur. Radikalların seçkilərin nəticələri ilə bağlı əsassız hay-küy qaldırmalarına rəğmən, deyə bilərik ki, Cəmil Həsənov 5 faizdən yuxarı səs toplasa idi, bu, əsl sürpriz olardı. Axı radikallar və Cəmil Həsənovun özü hansı xidmətlərin müqabilində bundan artıq dəstəyə ümid bəsləyə bilərdilər?
Seçkilərin nəticələri Cəmil Həsənova, onun timsalında radikallara Azərbaycan cəmiyyətinin, xalqın münasibətini ifadə edir. Seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra “tarixçi alim”in mitinqlər elan etməsinin, Türkiyəyə, okeanın o tayına səfərlərə getməsinin və yaxud digər manipulyasiya hərəkətlərinə əl atmasının heç bir əhəmiyyəti yoxdur. Cəmiyyətin inamını itirən radikalların və Cəmil Həsənovun siyasi reabilitasiyası heç vaxt mümkün olmayacaq!

 
  • Oxunub:  25950  |  
  • Tarix:  07-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA