Ana səhifə »  Müəlliflər »  “Müsavat”da kreslo davası şiddətlənir
A+   Yenilə  A-
“Müsavat”da kreslo davası şiddətlənir
Yazdı: Nardar Bayramlı

Partiya üzvləri İsa Qəmbərə “get” deyirlər
Azərbaycanın radikal müxalifətinin, o cümlədən, bu düşərgədə “öncüllük” iddiasında olan Müsavat Partiyasının antimilli mövqeyi, həmçinin, ölkəmizin inkişafını istəməyən xarici qüvvələrin əlində alətə çevrilməsi ilə bağlı ictimaiyyətimiz kifayət qədər məlumatlıdır. Bu səbəbdən də, radikalların, eyni zamanda, adıçəkilən partiyanın ölkəmizdə keçirilən seçkilər zamanı xalqın dəstəyindən məhrum olması təbiidir. Son vaxtlar diqqətçəkən əsas məqam isə bu partiya daxilində gərginliyin ən yüksək həddə çatmasıdır. Daha doğrusu, bu partiyanın və onun rəhbərlərinin antimilli əməlləri onunla nəticələnib ki, artıq təkcə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri yox, həm də sözügedən partiyanın öz üzvləri “Müsavat” başqanı İsa Qəmbərin fəaliyyətinə etiraz etməkdədirlər. Bu etirazlar öz növbəsində partiyadaxili gərginliyi daha da artırıb.
Müsavat Partiyası daxilindəki gərginliyi şiddətləndirən məqamlardan biri də qurultay məsələsidir. Belə ki, “Müsavat”ın nizamnaməsinə əsasən, partiyanın qurultayı çoxdan keçirilməli idi. Amma İsa Qəmbər başqanlıq postunu əlində saxlamaq üçün yer bəhanəsi ilə bir müddət qurultayı keçirməkdən yayındı. Əslində, İsa Qəmbərin məqsədi prezident seçkilərinədək başqanlıq postunda qalmaq və seçkilərdə radikalların prezidentliyə namizədi kimi iştirak etmək idi. Amma radikal müxalifət düşərgəsində vəziyyət elə cərəyan etdi ki, İ.Qəmbərin namizəd olmaq istəyi puç oldu. Bundan sonra isə o, hansısa yolla başqanlıq postunu saxlaya bilməz. Xatırladaq ki, “Müsavat”ın sonuncu qurultayı 2006-cı ildə keçirilib və nizamnaməyə əsasən növbəti qurultayda İ.Qəmbər başqan seçilə bilməz. Onu da deyək ki, əslində, qurultayın vaxtının uzadılması elə ilk gündən partiya daxilində ciddi etirazla qarşılanmışdı və məhz qurultay məsələsi ucbatından son günlər “Müsavat” daxilində vəziyyət yenidən gərginləşib.
Buna səbəb isə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılının bir daha başqanlığa iddiasını açıq şəkildə ortaya qoymasıdır. Belə ki, mətbuata verdiyi müsahibələrində Arif Hacılı bununla əlaqədar partiyanın aparıcı şəxsləri, rayon təşkilatları ilə müzakirələr apardığını deyib. Namizədliyə iddiaçıların çox olacağını istisna etməyən A.Hacılı, hətta partiya başqanının bostanına daş atmaqdan çəkinməyib: “O fikirdəyəm ki, “Müsavat” başqanlığı İsa Qəmbərin müəyyən manevr imkanlarını məhdudlaşdırır”.
A.Hacılı, eyni zamanda, İ.Qəmbərə məsləhət də verib: “Başqan olmadığı dövrdə manevr imkanlarının artması hesabına siyasi proseslərə təsir imkanları daha da arta bilər”.
Qeyd edək ki, A.Hacılının xeyli müddət başqanlıq postunda gözü var. Çünki yuxarıda da vurğuladığımız kimi, 2006-cı ildə partiyanın son qurultayından sonra nizamnaməyə əsasən İ.Qəmbərin növbəti qurultayda başqan ola bilməyəcəyi məlum idi. Ona görə də, o zamandan partiya daxilində başqanlıq uğrunda mübarizə gedir. İş burasındadır ki, hələ o dövrdə Arif Hacılı bəzi partiyadaxili rəqiblərini zərərsizləşdirə bilib. Hətta həbsdə olduğu müddətdə də başqanlıq postuna iddiasını gizlətməyib. Bu səbəbdən hazırki şəraitdə o, özünü başqanlığa əsas iddialı hesab edir. Məhz bunun nəticəsidir ki, Arif Hacılı başqan İsa Qəmbərlə ultimativ dildə danışır. Təbii ki, İ.Qəmbər bu postdan gedəcəyini başa düşdüyü üçün özünə varis müəyyənləşdirməmiş deyil. Amma A.Hacılının “Müsavat” daxilində apardığı iş başqanı çətin vəziyyətə salıb. Daha doğrusu, Arif Hacılı aşkar şəkildə başqanlıq postuna iddialı olduğunu nümayiş etdirib və bunun üçün İsa Qəmbərə qarşı açıq hücuma keçib.
Bundan başqa, partiyanın digər funsionerləri də İ.Qəmbərin başqanlıq postundan getməsində israrlıdırlar. Məsələn, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy da bildirib ki, İ.Qəmbər üçüncü dönəm başqanlığa namizədliyini irəli sürməməlidir: “Əgər irəli sürərsə, bu onun siyasi reytinqinə ciddi zərbə vurar. İ.Qəmbərin partiyanın nizamnaməsində öz təşəbbüsü ilə edilən dəyişikliyi bir kənara qoyub, yenidən başqanlığa namizədliyini verməsi baş tutan məsələ deyil. Ancaq İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarı olan bir qrup “müsavat”çı partiyanın qurultayında nizamnamədə həmin dəyişikliyin aradan qaldırılmasını təklif etmək niyyətindədir. Bütün bunlar qurultayda bəlli olacaq”.
Yeri gəlmişkən, S.Əlisoy İ.Qəmbərin başqanlıqdan gedəcəyi halda partiyada istefaların olacağını da istisna etməyib. Onun sözlərinə görə, bəzi adamlar var ki, onlarla bir komandada işləmək çox çətindir: “Sadəcə, İsa Qəmbər gedəcək, digər başqan gələcək və bu halda müəyyən narazı adamların istefası gözlənilə bilər”.
S.Əlisoy başqanlığa namizədlərlə bağlı məsələyə də münasibət bildirib: “Mən ad çəkmədən demək istəyirəm ki, Müsavat Partiyasında bir neçə “müsavat”çı başqanlığa layiqli namizəddir”.
Yeri gəlmişkən, S.Əlisoy başqanlığa öz namizədliyini verməsini də istisna etməyib: “Müsavat Partiyasının qurultayı məsələsi ilk dəfə ortaya çıxanda mən ilk “müsavat”çı olmuşam ki, mətbuata başqanlığa namizədliyimi verəcəyimi bəyan etmişəm və o fikrimdə də qalıram”.
Bu proseslərin fonunda isə İ.Qəmbərin sükuta qərq olması artıq uzun müddətdir ki, onun partiyadaxili proseslərə təsir imkanını itirməsindən xəbər verir. Təbii ki, bütün bunlar partiya daxilində kreslo savaşının şiddətləndiyini, partiya üzvlərinin İsa Qəmbərin başqanlıqdan getməsində israr etdiklərini, həmçinin, qurultaydan sonra “Müsavat”da parçalanmaların qaçılmaz olduğunu təsdiqləyir.

 
  • Oxunub:  27510  |  
  • Tarix:  06-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA