Ana səhifə »  Müəlliflər »  “Milli şura” İP-ə çevrilir
A+   Yenilə  A-
“Milli şura” İP-ə çevrilir
Yazdı: Pərviz Sadayoğlu

Hər iki qurum AXCP-nin və Müsavat Partiyasının üzvlərindən ibarətdir
Oktyabrın 9-da keçirilən prezident seçkilərində fiasko ilə qarşılaşan və rüsvayçı şəkildə məğlub olan radikal müxalifət düşərgəsində xaos və dağınıqlıq özünü göstərməkdədir. Belə ki, seçkidən sonra radikal düşərgənin satqınlar klubu olan “Milli şura”nın dağılması bir daha sübut edir ki, yaradılan bu qurum da öz sələfləri kimi yalnız və yalnız anti-Azərbaycan dairələrdən maliyyə əldə etmək məqsədi daşıyırmış. Hər zaman olduğu kimi, pafoslu çıxışları ilə ermənipərəst dairələrin rəğbətini qazanmağa çalışan radikal müxalifət düşərgəsində seçkidən sonra yaranan mənzərə onların kimliyini, siyasi siması(zlığı)nı bir daha üzə çıxardı.
Əslində, adəti üzrə seçkidən sonra bir-birilərini günahkar çıxaran, müttəfiqliklərini bitirən, bir-birilərinə qarşı ittihamlar irəli sürən radikal düşərgədə yenə də analoji vəziyyət yaranıb. Belə ki, dünənə qədər radikal müxalifətin “əsas birliyi” adlandırılan “Milli şura” artıq faktiki olaraq dağılıb. Seçkinin ardından ACP-nin, ALP-nin, “El” hərəkatının və digər siyasi partiya və təşkilatların birmənalı şəkildə “şura”nı tərk etməsi, bundan başqa, heç bir partiyanın üzvü olmayan insanların istefası “Milli şura”nın yalnız və yalnız müxalifətin nəzarətində olan qəzetlərin səhifələrində “fəaliyyət göstərən” bir təşkilat olduğunu sübuta yetirir. Xatırladaq ki, bir neçə gün öncə yeni istefa dalğası ilə Lalə Şövkət (ALP lideri), Mövsüm Səmədov (İslam Partiyasının sədri, həbsdədir), Elçin Manafov (İslam Partiyasının sədr əvəzi), İlham Hüseyn (partiyasız), Asəf Quliyev (sabiq AXCP üzvü), Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, (sabiq ACP üzvləri), keçmiş deputatlar Gülnarə Qurbanova və Akif Şahbazov “Milli şura”dan ayrılıb. Nəzərə alsaq ki, bundan öncə daha bir neçə başqa şəxs də öz istəkləri ilə “şura”dan ayrılmışdı, artıq “Milli şura”nın hansı vəziyyətdə olduğu anlaşılır.
Belə demək mümkündürsə, “Milli şura” AXCP və Müsavat Partiyasının seçkiyə qədər radikal müxalifət düşərgəsini monopoliyada saxlamaq üçün yaratdıqları “İctimai palata”ya çevrilib. Çünki faktiki olaraq qurumda AXCP və Müsavat Partiyasının üzvlərindən başqa kimsə qalmayıb. Bu da gözlənilən nəticədir desək, yanılmarıq. Çünki hələ seçkiyə bir müddət qalmış “Milli şura”da öz hegemoniyasını təmin etməyə çalışan bu cütlük digər partiyaları, təşkilatları qurumun ən adi işlərindən-hətta imzatoplama kampaniyasından belə uzaqlaşdırmışdı. Ortaya maraqlı sual çıxır: Əgər, həmin partiyalara inanmırdılarsa və ya onları normal siyasi partiya kimi qəbul etmirdilərsə, nə üçün onlarla müttəfiqlik imzalanırdı? Amma proses göstərdi ki, AXCP-”Müsavat” cütlüyünün əlinə girəvə düşən kimi yenidən müttəfiqlərinə xəyanət yolunu seçdi. Maraqlıdır ki, hətta təbliğat-təşviqat dövründə keçirilən kütləvi aksiyaların təşkili zamanı belə həmin partiyaların nümayəndələri ilə adi müzakirələr aparılmırdı. Bu isə, nəticə etibarı ilə seçkidən sonrakı dövrdə “Milli şura”nın İP-ə çevrilməsində mühüm rol oynadı.
Seçki dövründə “Milli şura”nın “ən parlaq” simalarından sayılan şəxslərin İP üzvləri ilə, əsasən isə Müsavat Partiyasından olan funksionerlərlə açıq mübarizəyə başlamaları isə artıq vəziyyətin kritik həddə çatmasının göstəricisidir. Məsələn, bir müddət öncə “Milli şura”nın sədri Rüstəm İbrahimbəyova yaxın şəxslərdən sayılan Eldəniz Quliyevin “Müsavat” funksioneri Rauf Arifoğlu ilə bağlı açıqlaması buna misaldır. Xatırladaq ki, E.Quliyev açıq şəkildə “Müsavat” üzvünü xəyanətdə günahlandırmışdı və bildirmişdi ki, “R.Arifoğlu belə ürəyiyanan idisə, “Milli şura”ya arxadan zərbələr vurmayaydı. Yaddaşımız onun düşündüyü qədər də zəif deyil”. Rauf Arifoğlu və onun dünən yumurtadan çıxan qardaşı və “Yeni Müsavat” qəzeti həm “Milli şura”ya, həm Rüstəm İbrahimbəyova, həm də demokratik düşərgənin birləşməsində maraqlı olan digər insanlara nələr demədilər?!”
E.Quliyev, hətta bu məsələlərin partiya başqanı İsa Qəmbər tərəfindən sifariş edildiyi qənaətində idi: “Çox təəssüf ki, hansı mərhələdəsə, hətta Müsavat Partiyasının başqanı da qəzeti müdafiə elədi, Rauf Arifoğlunu qorumağa səy göstərdi. Ancaq görünən kəndə bələdçi lazım olmadığı kimi, artıq “Yeni Müsavat”ın da hansı yuvanın quşu olduğunu ört-basdır eləmək mümkün deyil”.
Bu faktın özü bir daha sübut edir ki, seçkinin bitməsinin ardından AXCP ilə Müsavat Partiyası yenidən xaricdən gələn, ermənipərəst dairələrin göndərdikləri qrantları “iki yerə” bölmək niyyətlidirlər. Məhz bu səbəbdən də “Milli şura” artıq tarixin çevrilmiş bir səhifəsidir. Hazırda adı “Milli şura” olan qurum faktiki olaraq “İctimai Palata”dır...

 
  • Oxunub:  24600  |  
  • Tarix:  05-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6