Ana səhifə »  Müəlliflər »  İbrahimbəyovun təyyarələrdəki yeri boş qalmadı...
A+   Yenilə  A-
İbrahimbəyovun təyyarələrdəki yeri boş qalmadı...
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycanın radikal müxalifətinin qəribə bir mərəzi var. İllərdir ki, bu mərəz özünü göstərməkdədir. Deməli, bu düşərgədən kimsə bir dırnaq qabağa çıxmaq istəyirsə (düşərgə daxilində, çünki bu bir dırnaq qabağa çıxmaq üçün İsa Qəmbər və Əli Kərimli adında maneələri dəf etmək zorundasan), mütləq təyyarəyə minib göydə bir “kruq” vurmalıdır. Hətta hansısa hava limanında enməyə və ya enib yenidən təyyarəyə minib geri qayıda da bilər. Teymur əmi demişkən, qəti qorxusu yoxdur. “Naxadı” çevrilib olursan “lider”. Bəs necə? Elə bilirsiniz ki, Rüstəm İbrahimbəyov özbaşına “kirli şura”ya sədr oldu? Onun elə təyyarə biletlərinə xərclədiyi pullar babat bir müxalifət partiyasının 2-3 icazəsiz aksiyasının maliyyə xərcidir. Bəs, ermənilər və onların dəstəkçiləri təyyarə biletləri ala-ala İbrahimbəyovu elədilər müxalifətbaşı. Trapdan-trapa tullana-tullana İbrahimbəyov hoppatan tullandı radikal düşərgənin düz təpəsinə. Düzdür, orada çox duruş gətirə bilmədi və kəllə-mayallaq gurum-guppultu ilə də gəldi “podMoskovye”də boş bir əraziyə düşdü. 
İndi məşhur lətifədə deyildiyi kimi, “kor qardaşından nümunə götürən” Cəmil Həsənov də seçki qurtarandan bu yana o təyyarə sənin, bu təyyarə mənim deyib qanadlanmaqdadır. Hətta deyirlər, axrıncı dəfə o qədər tələsib ki, təyyarələri də səhv salıb. Bir də ayılıb ki, təyyarə Afrika istiqamətində uçur. Çar-naçar oradan xəbər göndərib ki, mətbuata xəbər verin ki, mən gedirəm Afrikadakı yam-yam tayfalarının ocaq başında keçirdiyi mühüm demokrati-liberal adamyemə mərasimində “Demokratiya: satılmağın və alınmağın yolları” mövzusunda mühazirə oxuyacam. Deyilənə görə, ora çatanda yam-yamlar Cəmil Həsənovun danışdıqlarına qulaq asıb onun da boynundan kəsdikləri adamın qulağını asıblar. Yəni, geriyə də medallı qaytarıblar.
Hə, indi də Cəmil Həsənov peşman olub Türkiyəyə gedib. Birincisi, qardaş Türkiyəyə getmək nə mənə qəhrəmanlıqdır ki, radikal müxalifətin dil boğaza qoymayanları 3-4 gündür ki, əldən-ayaqdan gedirlər. Hansısa bir qurumun adi toplantısına dəvət alıb. Noolsun axı? Cəmil Həsənovun olmayan imicini yaratmaq, ondan qabardıb yekə bir şey düzəltmək üçün az qalıblar ki, onun getdiyi “hər yeri” reportaj edib sırısınlar ermənilərə. Uzun sözün qısası, Cəmil Həsənovu büküblər bir kağıza “qənfet” adı altında itələyirlər üzü Qərbə doğru. Kim yedisə xirtdəyində ilişib qalacaq.
Cəmil Həsənovun ətrafında hay-küylü piar yaradanlar başa düşmürlərmi ki, özləri-özlərini biabır edirlər? Sadəcə, bunu bir səfər, istirahət, bazarlıq, pay-püşk alma və başqa cür qələmə versələr nə var ki... Bu adam ayağını təyyarə trapına qoymağı ilə qəzetlərdə bir fısqırıq qoparırlar ki, gəl görəsən. Ay nə bilim, Cəmil Həsənov getdi Avropanı təzədən Amerikaya birləşdirməyə, ay nə bilim, Antraktidada pinqivinlərə “İsa Qəmbərlə Əli Kərimlinin yola getməkliyi” haqqında “leksiya” deməyə və yaxud hansısa ölkənin QHT-sinin layihə koordinatorunun köməkçisinin yardımçısının baldızı qızının əmisi nəvəsinin kirvəsi ilə görüş keçirəcək...
Sonda nə olur... Yenə də qayıdır gəlir üzü bəri... Suyu süzülə-süzülə... Budəfəki səfərindən isə ona qazanc qalan müxalifət liderliyinə doğru daha bir təyyarə bileti yaxınlaşmasıdır. Onsuz da düşərgədəkilər Bakıda bir-birini qırmaqla məşğuldur, yəni, buralarda bir iş yoxdur. Belə müxalifətə lider olmaq üçün qanadlanmalısan.
Cızdıqları “planın” haraya qədər işlədiyini özləri də gördülər. Məsələn, Rəsul Quliyev vaxtilə “dayı dediyi Əlişə” nə təhər tərsə-solaxay şapalaq ilişdirdisə... Təbii ki, İsa Qəmbərin də, Əli Kərimlinin də, elə Cəmil Həsənovun da kimliyi, fəaliyyəti hər kəsə bəllidir və onların illərdir ki, antimilli işlərlə baş qarışdırıb maraqlı anti-azərbaycançı dairələrdən müxalifət “maaşı” alması da gizli bir şey deyil. “Beşguşəli şura”nın ulduzunun işığına toplaşmış, “rumkası vodka” gözləyən “şuraçılar” hamısı bir neçə ay bundan öncə də, indi də eyni əqidədədirlər. İstər Əli Kərimlisi olsun, istər Rəsul Quliyevi və ya bir başqası... Nə fərqi var axı. Dünən dost, bu gün düşmən, bu gün dost, sabah yenə düşmən. Burada söhbət nə Cəmil Həsənovdan gedir, nə də bir başqasından. Söhbət ömrü təyyarələrdən keçənlərin “pulundan” və bu pulun kimə və necə veriləcəyindən gedir. Vaxt var idi, xaricilər pulu Qəmbərə verirdilər, indi Cəmilə verirlər. Çünki bu adam həmin o dairələr ki var, ermənilərə “day-day”lıq edirlər, onların dediklərini deyir və edir. Nə vaxt deyirlər minir, nə vaxt deyirlər düşür... Yalnızca təyyarəyə...

 
  • Oxunub:  25230  |  
  • Tarix:  31-10-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
17 Yanvar 13:33
Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə
17 Yanvar 13:04
YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir
17 Yanvar 12:54
Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 12:50
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17 Yanvar 12:46
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
17 Yanvar 12:44
YAP Astara rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start veridi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4