Ana səhifə »  Müəlliflər »  “Milli şura” təmsilçilərinin məntiqsiz bəyanatları düşərgədaxili gərginliyin pik həddə çatmasından xəbər verir
A+   Yenilə  A-
“Milli şura” təmsilçilərinin məntiqsiz bəyanatları düşərgədaxili gərginliyin pik həddə çatmasından xəbər verir
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, Cəmil Həsənovun “təkrar seçki” xülyası radikalların son çırpınışlarıdır
Oktyabrın 9-da keçirilən prezident seçkilərində radikal müxalifətin rəzil duruma düşməsi və acı məğlubiyyət yaşaması saxta, xarici anti-azərbaycançı güclərin pulu və sifarişi əsasında qurulmuş “Milli şura” adlanan buqələmun qurumun da ömrünü başa çatdırdı. Əslində, anti-Azərbaycan qüvvələrin ortaya atdığı “şura” layihəsinin belə bir acı sonluqla nəticələnəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Hətta həmin qondarma qurumun bəzi üzvlərinin seçkidən aylar öncə “şura”nın “vahid namizədinin” 1 faizdən də az səs yığacağı barədə dedikləri, digər tərəfdən, öz namizədlərinin təbliğat kampaniyasında iştirak etməmələri radikalların özlərinin belə öncədən Cəmil Həsənovun uğur qazanacağına inanmadıqlarını göstərən bariz sübutlardır.
Cəmil Həsənovun özünə gəlincə, ümumiyyətlə, onun bu gün radikal müxalifətin “lideri” qismində açıqlamalar verməsi, həmçinin, boğazdan yuxarı danışması, seçkilərin nəticələrini bəyənməməsi mövsümi xarakter daşıyır. Sadəcə, seçkilərdən sonrakı dövrdə AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının rəhbəri İsa Qəmbərin özlərinin varlığını qorumaq üçün qurban verdikləri Cəmil Həsənovun radikal düşərgənin “taxtından” endirilməsinə cəmisi bir neçə gün qalıb. Hətta düşərgənin adi siyahılarında belə özlərindən qabaqda kimisə görməyə adət etməmiş bu ikilinin C.Həsənov kimi birisinin arxasına keçməsi, ikinci, üçüncü olmağa razılaşması sadəcə mümkün deyil. Bu baxımdan, C.Həsənovun “vahid namizəd” rolunda “Milli şura” tamaşasının son pərdəsində iştirak etdiyi bu gün saxta qurumun ən adi üzvünə belə bəllidir. Yeri gəlmişkən, artıq bu fikir, Müsavat Partiyası daxilində səslənməyə başlayıb. İstər partiyanın Məclisinin sonuncu iclasında Rüstəm İbrahimbəyovun “Milli şura”dakı koordinatoru rolunu oynayan Eldar Namazovun az qala təhqir olunması, istərsə də Eldar Namazovun “1 nömrəli adamı” sayılan Eldəniz Quliyevin “Müsavat”a atmacaları düşərgədaxili mənzərənin hansı vəziyyətdə olmasından xəbər verir.
Belə demək mümkündürsə, radikal düşərgənin başı yenidən “bitməyən daxili problemlərinin həllinə” qarışıb. Bu baxımdan, C.Həsənovun “təkrar seçki” arzuları, əslində, düşərgə daxilindəki gərginliyi büruzə verməmək üçün göstərilən uğursuz çabalamalardır. Çünki dünya ictimaiyyətinin Azərbaycanda keçirilən seçkilərin nəticələrini müsbət dəyərləndirməsi, seçki prosesinin demokratik və şəffaf bir mühitdə baş tutması haqda fikirlər səsləndirməsi, xalqımızın birmənalı şəkildə radikal düşərgəyə “yox” deməsi C.Həsənovu və onun təmsil etdiyi düşərgəni çıxılmaz vəziyyətə salıb. Hər zaman Azərbaycan xalqının iradəsinə zidd hərəkət etməyə adət edən, yalnız onlara sifariş verən ermənipərəst qüvvələrin mövqelərini müdafiə etməklə məşğul olan “Milli şura”dakı partiyaların təmsilçiləri bu dəfə də “ofsayd” vəziyyətinə düşdüklərini gözəl anlayırlar. Onlar seçki günü insanların fəal şəkildə, aktivlik göstərərək seçkiyə qatılmalarını, öz mövqelərini müdafiə etmələrini həzm edə bilmirlər. Çünki Azərbaycan seçicisi öz vətəndaşlıq hüququndan istifadə edərək gələcək Azərbaycanın qurulmasında birbaşa iştirak edib. C.Həsənov qarışıq bütün “Milli şura” isə bu prosesi sadəcə gözlərini döyərək müşahidə etmək məcburiyyətində qalıb. C.Həsənov özü də əvvəlcədən bilirdi ki, onların seçkilərdə, hətta 10 faiz səs qazanmaları xülyadır, çünki Azərbaycan xalqı bu satqın, xəyanətkar quruma yığılmış buqələmun simaları, dövlətini ləkələmək üçün bütün böhtanlara əl atanları, Dağlıq Qarabağ münaqişəsini alver predmetinə çevirənləri yaxşı tanıyır. Axı, hələ may ayından bəri gedən müzakirələr, dartışmalar, hay-qışqırıqlar “Milli şura”nın haradan peyda olmasını Azərbaycan cəmiyyətinə nümayiş etdirmişdi. Aşkar şəkildə xarici güclərin layihəsi qismində ortaya atılmış bu qurumda təmsil olunanların bir-birilərinə münasibətinin fonunda zorən birləşmələri, irəli sürdükləri namizədlərin kimlikləri göstərirdi ki, bu insanlar yalnız adıçəkilən qüvvələrdən maliyyə yardımı almaq və şəxsi korporativ maraqlarını təmin etmək üçün bu yola baş vurublar.
Digər tərəfdən, görəsən, Cəmil Həsənov hansı üzlə təkrar seçkilər arzusuna düşür? Onun bu addımı ac toyuğun yuxuda darı görməsidir. Bir sözlə, seçkiöncəsi dövrdə özünə istinad yeri kimi Azərbaycan xalqını deyil, xarici səfirliklərin dalanlarını seçən “Milli şura”dakı siyasətbazların “dəstək”ləri əllərində qalıb. Çünki Azərbaycan dövləti, Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməklə yanaşı, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuz qazanmasına, ölkəmizin dünya birliyində öncül yerlərdən birini əldə etməsinə yol açıb. Bu gün anti-Azərbaycan dairələri narahat edən ən əsas faktlardan biri məhz müstəqil Azərbaycanın haqq səsinin dünyanın ən yüksək tribunalarında eşidilməsidir. Elə bu səbəbdəndir ki, radikal müxalifət düşərgəsinin çırpınmaları heç bir işə yaramır.

 
  • Oxunub:  26580  |  
  • Tarix:  30-10-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA