Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənov sifariş yerinə yetirir

Cəmil Həsənov sifariş yerinə yetirir

23.10.2013 [10:12]

Mübariz Abdullayev

O, Avropaya turnesi çərçivəsində aldığı yeni təlimatlara uyğun olaraq “Milli şura”nı dağılmaqdan xilas etmək üçün müxtəlif manipulyasiya hərəkətlərinə əl atır, hətta inanclı insanların hissləri ilə oynamaqdan belə çəkinmir
Seçkilər başa çatsa da, qondarma “Milli şura”nın təmsilçiləri diqqəti acınacaqlı məğlubiyyətlərindən yayındırmaq üçün müxtəlif manipulyasiya hərəkətlərinə rəvac verirlər. Belə ki, qondarma qurumun “vahid namizəd”i olmuş Cəmil Həsənov bu günlərdə mətbuat konfransı keçirərək özüsayağı cəfəng fikirlər səsləndirib. Guya, hansısa ölkələr andiçmə mərasimində iştirak etmək üçün nümayəndə göndərmək niyyətində olmayıblar. Hansısa dövlətlər və yaxud beynəlxalq təşkilatlar seçkilərin nəticələrini tanımayıblar. Bu kimi səbəblərə görə də andiçmə tələsik və sönük keçirilib.
Daha sənə nə demək olar, Cəmil Həsənov? Gedib Avropada ermənilərdən təsəlli, ürək-dirək alıbsan, indi də “asıb-kəsməkdə” davam edirsən. Avropada ona deyiblər ki, hakimiyyətə qarşı sərt çıxışlarını davam elə, mitinqlər keçirt, boş dayanma. Yoxsa “Milli şura” dağılacaq. Bu da sifarişi yerinə yetirir.
“Milli şura”nın kukla “vahid namizəd”i olmuş Cəmil Həsənova xatırlatmaq istərdik ki, andiçmə mərasiminə gəlmək istəyənlərin sayı kifayət qədər çox olub. Sadəcə, bu, bir şou, maskarad deyil. Bu, ölkənin daxili işidir, dar çərçivədə və təvazökar bir şəraitdə keçirilib. Görəsən, Cəmil Həsənov ABŞ-ın ölkəmizdəki səfiri R.Morninqstarın son bəyanatını oxuyubmu? Səfir sözügedən bəyanatında vurğulayıb ki, ABŞ Azərbaycan hakimiyyəti ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır. Bu isə o deməkdir ki, Cəmil Həsənov və onun ətrafına toplanan dəstə sadəcə kukladırlar. Onlardan istifadə olundu, indi sandıqçaya atılacaqlar və bir də 5 ildən sonra oradan çıxarılacaqlar.
Görəsən, C.Həsənov “digər nüfuzlu demokratik dövlətlər” deyəndə hansı ölkəni nəzərdə tutur? ABŞ Dövlət Departamenti bəyanat verib, sonra da bu ölkənin səfiri prinsipial əməkdaşlıq mesajı verib. Rəsmi London seçkiyə heç bir münasibət bildirməyib. Daha kim? Heç kim, Cəmil Həsənov.
Cəmil Həsənov seçkilərdə hansısa saxtakarlıqların olmasından danışır. O, MSK-nın elan etdiyi rəsmi rəqəmləri şübhə altına alaraq səsvermədə guya seçicilərin yalnız 20 faizinin iştirak etdiyini iddia edir.
Məşhur bir filmdə deyildiyi kimi, “dosent, səni pilləkəndən atandan sonra, deyəsən, başının ikinci tərəfi də xarab olub”. Cəmil Həsənov heç olmasa dəqiqəbaşı istinad etdiyin Tana-de-Zuluetanın “hesabatına” hörmətlə yanaşmalı idi. Axı orada “yüksək seçici aktivliyi” ifadəsi qeyd olunub, 70-72 faiz rəqəm göstərilib.
C.Həsənov son mitinqdə demişdi ki, yüksək seçici aktivliyi “Milli şura”nın seçkilərdə iştirakı ilə bağlı olub. Heç olmasa bir müddət əvvəl, qondarma da olsa, dediyin fikrə hörmətlə yanaş, C. Həsənov.
C.Həsənov inanclı insanların hissləri ilə oynamaqdan da çəkinməyib. “Milli şura”nın “vahid namizəd”i Məkkədə səsvermə təşkil olunmasını qəbahət sayır: “Bu olay Azərbaycanın dini həyatına sağalmaz bir yara vurdu. Möminlərimiz uzun müddət bunun acısını yaşayacaqlar”.
Cəmil Həsənov Məkkə kimi müqəddəs yerə Peyğəmbərin qəbrini ziyarət etməyə gedən 3000 möminimizi saxtakarlıqda ittiham edərək onların Həccinə haram qatmış oldu. Çünki səsinin saxtalaşdırılmasına imkan verən də saxtakarlıq iştirakçısıdır. Amma Həccə gedən hər bir şəxs missiyasının nə qədər önəmli olduğunu, bura haram qatılmasının yolverilməzliyini yaxşı dərk edir və heç bir halda belə harama getməzdi. Heç şübhəsiz, möminlərimiz bu avantüristin ittihamına layiqli cavab verəcəklər.
C.Həsənov mətbuat konfransında şikayətindən də qalmayıb: “Bir məqamı da qeyd edim. Axı heç bir məntiqə sığmır ki, Qüdrət Həsənquliyev mənim doğulub boya-başa çatdığım, xeyrində, şərində iştirak etdiyim doğma kəndimdə öz kəndindən daha çox səs alsın. Bu sadəcə olaraq hoqqabazlıqdır”.
Hə, burada düşünməyə dəyər, Cəmil Həsənov. Aydın görünür ki, sənin heç öz kəndində də hörmətin qalmayıb. Öz kəndində rədd edilən bu adamın ölkə başçısı postuna iddialı olması əsl məntiqsizlik.
Cəmil Həsənov onu da iddia edib ki, guya artıq hakimiyyətə müsbət münasibət bəsləyən AŞ PA üzvlərinə qarşı Avropada araşdırmalara başlanıb: “Avropada olan mühacirlər də həmin şəxsləri ifşa etmək istiqamətində fəal iş aparırlar. Onların ofislərinin və ya evlərinin qarşısında aksiyalara start verilib. Artıq onlardan biri Barnett adlı Almaniyadan olan deputatın ofisinin qarşısında aksiya keçirilib. Hakimiyyət onun adından belə məlumat yaymışdı ki, Azərbaycanda keçirilən seçki ilə Almaniyada keçirilən seçkinin heç bir fərqi yoxdur. Lakin o aksiya iştirakçılarının qarşısına çıxaraq bildirdi ki, belə fikir işlətməyib. Seçkinin texniki cəhətdən yaxşı təşkil olunduğunu vurğulayıb”.
Gör, bunlar nə yazıq, miskin gündədirlər ki, artıq boğulmamaq üçün saman çöpü axtarırlar. Bu yerdə C.Həsənova Doris Barnettin son bəyanatını xatırladırıq: “Faktların saxtalaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən nümayişçilərin Maynts şəhərindən gəlmiş sözçüsünə də bu haqda yazacağam”.
Sən də utan Coni, bir üzün qızarsın. Əgər orda abır-həya qalıbsa.

Paylaş:
Baxılıb: 1103 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30