Ana səhifə »  Müəlliflər »  İki qurban: Səmədov və Zeynalov...
A+   Yenilə  A-
İki qurban: Səmədov və Zeynalov...
Yazdı: Aqşin Şahinoğlu

Aleksandr Səmədov - Rusiya millisinin Azərbaycan əsilli futbolçusu. Oktyabrın 15-də Bakıda millimizə qarşı oynayan Rusiya yığmasının ən fəallarından biri idi. Və biz ilk dəfə Bakıda keçirilən milli görüşlərdə hansısa qonaq komandasının oyunçusunun fitə basıldığını gördük. Bu günə qədər Bakıya çox komandalar gəlib və təəssüf ki, bu komandalara qarşı biz çox az qalibiyyət sevinci yaşamışıq. Buna baxmayaraq, nə futbolçularımız, nə də azarkeşlərimiz heç bir zaman “fair-play” qaydalarından kənara çıxmayıblar və heç bir qonaq futbolçu Səmədovun Bakıda yaşadığını yaşamayıb. Hətta Bakıya güləşməyə gələn erməni idmançılar belə. Əslində, elə bu, azərbaycanlılar üçün bir genetik məsələdir. Bəlkə də, dünyada ikinci bir xalq tapılmaz ki, “qapına gələn düşmənin belə sənin qonağındır” məntiqi ilə yaşasın. Amma bizim azarkeşlərimiz Səmədovu bir dəqiqə belə rahat qoymadılar. 
Və tam səmimiyyətlə deyə bilərək ki, etirazlar Səmədovun azərbaycanlı olmasına baxmayaraq, Rusiya millisini tərcih etməsi ilə bağlı deyildi. Hərçənd ki, buna kifayət qədər haqqımız çatırdı. Biz Yura Movsisyan, Markos Pisselli, Roman Berezovski, Karlen Mkrtçyan və digərlərinin Ermənistan və ya Rusiya yığması seçimində məhz erməniləri seçməsi kimi milli təəssübkeşliyə söykənən qərarların şahidi olmuşuq. Başqa bir nümunə isə Araz Özbilis nümunəsidir. 1990-cı ildə İstanbulda Bakırköydə dünyaya gələn Aras Özbilis peşəkar futbolçuluğa Rusiyada addım atıb. Və Ermənistanla ilk tanışlığı da məhz bir milli matç üçün ölkəyə getməsi ilə olub. Amma milli komanda seçimini yenə Ermənistan millisindən yana edib. Əlbəttə, biz bu addımı Səmədovdan gözləyə bilərdik. Amma o bunu etmədi və biz onun seçiminə böyük hörmət və ali dözümlülüklə yanaşdıq, Rusiya tərcihini sükutla qarşıladıq. Hətta azarkeşlər var ki, məhz Səmədova görə, Moskva Lokomotivinə azarkeşlik də edir. Bəs onda niyə?
Bütün hay-həşirlər, azarkeşlərin 90 dəqiqə durmayan etirazları Səmədovun azərbaycanlı olmasına baxmayaraq, Azərbaycana azərbaycanlıları özünün dediyi kimi, “nakazat” etməyə gəlməsinə idi. Azarkeşlərin də, meydanda bir nəfər azlıqda qalmasına baxmayaraq, güclü Rusiya millisindən bir dəqiqə belə çəkinməyən, cəsarətlə futbol oynayan və ilk dəfə bütün azarkeşlərin qürur duyacağı bir oyun ortaya qoyan futbolçularımızın da etirazları, məhz bütün “nakazat”ları sahibinə geri çevirməyə yönəlmişdi. Və biz 90 dəqiqənin sonunda bunu bacardıq. Aleksandr Səmədov əvəzlənib meydanı yarımçıq və başıaşağı tərk edəndə də, Rusiya millisi Bakıdan növbəti dəfə qələbə qazanmadan ayrılanda da biz istədiyimizi almışdıq...
Oktyabrın 15-də Rusiyada yaşayan başqa bir azərbaycanlı Orxan Zeynalovun həbsi xəbərini eşitdik. Çox qısa zaman sonra isə həbsin təfərrüatları, video çəkilişlər sosial şəbəkələrdə yayımlanmağa başlandı. O, bir rus gəncini qətlə yetirməkdə ittiham olunurdu.
Yeqor Şerbakov qətlə yetirilən ilk rus deyil. Nə də sonuncu olacaq. Yüzmilyonlarla insanın yaşadığı Rusiyada hər gün onlarla şerbakovlar qətlə yetirilir. Elə Şerbakovun qətlə yetirildiyi gün də Rusiyada onlarla qətl baş vermişdi. Bu onlarla qətlə görə də onlarla insan təqsirləndirilən şəxs qismində milis orqanları tərəfindən saxlanılmışdı. Amma təkcə Zeynalov meşəyə aparılıb döyüldü, qeyri-insani davranışlara məruz qaldı, təhqir olundu və təkcə Zeynalov əli-qolu bağlı Rusiyanın daxili işlər nazirinin “hüzuruna” çıxarıldı. Ona qarşı, hətta ən ağır cinayətlər törətmiş terrorçuya belə rəva görülməyən davranış sərgiləndi. Baxmayaraq ki, hələ o, bir cinayətkar deyil. Beynəlxalq hüquqda da deyildiyi kimi, əksi sübut edilənədək hər kəs günahsızdır, Orxan Zeynalov da günahsızdır. Bunu Rusiya kimi böyük dövlətin hüquq mühafizə orqanlarında çalışanlar bilmir? Əlbəttə ki, bilir. Bəs onda niyə?
Çünki bunun belə olmasını istəyən qüvvələr var. Adını nə qoymağımızdan asılı olmayaraq, bu dairələr oktyabrın 15-də açıq şəkildə özünü göstərdi. Qeyri - ixtiyari olaraq, Səmədovla Zeynalovun məsələləri arasında paralellər apardıq. Hər ikisində də motiv eyni idi - həddini bildirmək istəyi...
Orxan Zeynalovla Aleksandr Səmədov təxminən eyni yaşdadırlar. İkisi də eyni nəslin nümayəndələridir. İkisi də Moskvanı məskən seçən azərbaycanlılardır və hər ikisi də qurbandır. Qurban bayramında seçilən qurbanlar... Biri kimlərinsə verdiyi “qazla” Bakıya azərbaycanlılara “həddini bildirmək” üçün gəlmişdi, digəri isə azərbaycanlıları cəzalandırmaq üçün seçilən vasitədir. Amma nə olursa olsun, daha o zamanlar deyil. Azərbaycanı və azərbaycanlıları “nakazat” etmək üçün belə oyunlar keçməz “tovarişlər”!

 
  • Oxunub:  25920  |  
  • Tarix:  18-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +25
gecə+16 +18