Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət niyə rüsvayçı məğlubiyyətə uğradı?
A+   Yenilə  A-
Radikal müxalifət niyə rüsvayçı məğlubiyyətə uğradı?
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, düşərgə təmsilçiləri bu dəfə də yalan, böhtan və pafosla “silahlanmışdılar”
Məlum olduğu kimi, artıq növbəti seçki marafonu geridə qaldı və xalqımız bir daha 1993-cü ildən Azərbaycanı uğura, inkişafa aparan, ölkəmizə mühüm nailiyyətlər qazandırmış Ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik nümayiş etdirdi, bu siyasi kursu uğurla davam və yeni tələblərə, müasir beynəlxalq münasibətlər sisteminə uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyevə səs verdi. Prezident seçkilərində yalançı pafos, böhtan və şərdən başqa heç bir şey nümayiş etdirə bilməyən radikal müxalifət isə yenə də rəzil, biabırçı məğlubiyyətlə üz-üzə qaldı. Təbii ki, satqın, saxta “Milli şura”nın “vahid namizədi” Cəmil Həsənov başda olmaqla, bütün düşərgə təmsilçiləri məğlub olacaqlarını əvvəlcədən bilirdilər. Çünki radikal düşərgə yalançı hay-küy və düşərgədaxili çəkişmələr içində qatıldığı seçkidən başqa nə isə gözləyə də bilməzdi. Hələ seçkidən aylar öncə radikal düşərgənin düşdüyü durum, qeyri-müəyyənlik sindromu və digər bu kimi səbəblər dağıdıcıların seçki günü hansı aqibəti yaşayacağından xəbər verirdi. Son olaraq radikal müxalifətin əldə etdiyi “nəticə” isə onların fəaliyyətinə xalq tərəfindən verilən əsl qiymətdir...
Xarici maraqların sifarişi olan qondarma, amorf “şura” təşkilatlana bilmədi
Öncə onu vurğulayaq ki, radikal müxalifətin, daha doğrusu, satqın, ermənipərəst qüvvələrin sifarişi əsasında yaranan “Milli şura” adlı amorf yarımtəşkilatın məğlubiyyətinin kökündə duran əsas səbəblərdən biri bu “qurumun” təşkilatlana bilməməsidir. Qeyd edək ki, bu xəyanətkar “şura” yaranana qədər artıq radikal düşərgədə bir sıra formal “birliklər” fəaliyyət göstərirdi. Sadəcə olaraq, bu dəfə maraqlı ermənipərəst dairələrin ölkəmizdəki sabitliyə, inkişafa kölgə salmaq üçün başqa bir yol seçməsi, maliyyəni yalnız bir “kanalla” ötürməsi həmin qurumların dağılmasına və orada olan partiyaların “Milli şura” adlanan amorf quruma pənah gətirməsinə səbəb olmuşdu. Maraqlıdır ki, “şura”da əvvəlcə hegemon ağırlığa malik olan şəxslər heç də radikal düşərgənin adət olunan simaları deyildi. Yəni, bu dəfə reneqat Eldar Namazovun, qoca kinodramaturq, maliyyə fırıldaqları ilə ad çıxarmış Rüstəm İbrahimbəyovun “şura tamaşası”nda baş rolu ifa etməsi sifarişin ünvanını dəqiq göstərirdi. Əslində, bu saxta qurumun təşkilatlana bilməməsində ən böyük səbəb də, məhz sifarişin adət olunduğu məkanlardan, binalardan deyil, daha fərqli istiqamətdən gəlməsi oldu. Daha doğrusu, qondarma “Milli şura” xalqın sifarişi deyildi.
Birmənalı şəkildə bu “şura”nın yaranma sifarişi ermənipərəst dairələrdən gəlmişdi. Bununla belə, həmin “şura”ya yığılan beş-üç sınıq-salxaq partiyanın da rəngarəng məkanlardan maliyyələşməsi onların bir çətir altına yığılmasını çətinləşdirmişdi. Hətta bu səbəb “Milli şura”nın təsis olunmasını 10 günə yaxın bir müddətdə gecikdirdi. Sonradan qondarma qurumda önə çıxmağı bacaran Müsavat Partiyasının təkidlə özünün maliyyələşdiyi tərəfin maraqlarını da bu “şura”da təmin etmək istəyi açıq şəkildə prosesin hansı istiqamətlərdə irəlilədiyindən xəbər verirdi. Yəni, bu saxta “qurum” nə qədər çırpınsa da, özünü monolit, qarşısına hansısa məqsədi qoyaraq ona tərəf irəliləyən, ən əsası isə, səmimi bir təşkilata çevrilməyi bacarmadı və yaranandan “son nəfəsinə” qədər amorf xüsusiyyətlərini cəmiyyətə nümayiş etdirməklə məşğul oldu. Bu amil isə “Milli şura”nın istər yaranan dövrdə, istərsə də seçki təbliğatı dövründə daha böyük inamsızlıqlarla, etimadsızlıqlarla üz-üzə qalmasına səbəb oldu...
“Milli şura”nın istinad nöqtəsi Azərbaycan xalqı deyil, ermənipərəst dairələr oldu
Qeyd edildiyi kimi, qondarma “şura” heç də xalqın sosial sifarişi ilə deyil, fərqli xarici maraqların, ermənipərəst dairələrin Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı məkrli planlarının icrasını özündə əks etdirən layihə şəklində zühur etmişdi. Yaranan gündən bütün məsələlərin həllini, köməyi, dəstəyi, o cümlədən, dayağı sərhədlərimizdən kənarda axtaran, fərqli səfirliklərin qapısında növbə gözləyən radikal müxalifətin “şura”sının məqsədi və istəyi Azərbaycan cəmiyyətinə tam bəlli idi. Maraqlıdır ki, bu qondarma “şura”da yer alan hər bir radikal düşərgə təmsilçisi birmənalı olaraq özünə çətir seçdiyi həmin anti-Azərbaycan dairənin marağının təmini uğrunda “mübarizə” aparırdı. Hələ “şura”nın yarandığı ilk günlərdə nəzərə çarpan Müsavat Partiyası-Rüstəm İbrahimbəyov qarşıdurması bunu deməyə əsas verir. İbrahimbəyovun, o cümlədən, proses dövründə qoca kinodramaturqun “sağ əli” funksiyasını yerinə yetirməyə çalışan reneqat Eldar Namazovun birmənalı şəkildə Rusiyadakı ermənipərəst qüvvələrin sifarişi əsasında hərəkət etməsi “şura” layihəsinin ortaya çıxdığı ilk gündən bəlli idi. Qərbdəki ermənipərəstlərdən maliyyələşən İsa Qəmbərin “şura”nın təsis olunduğu dövrdə öz “ağa”larının maraqlarının təmini uğrunda savaşı birmənalı şəkildə “şura”ya ianə dilənməyə gələnlərin hansı ünvanlara istinad etdiklərini ortaya qoydu.
Təbii ki, onların xarici təşkilatlara istinad etməsinin kökündə dayanan əsas səbəb radikalların reallıqla barışmasından irəli gəlirdi. Yəni, siyasi fəaliyyətlərini Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı yönəltmiş radikal düşərgə dərk edir ki, onların satqın, xəyanətkar mövqeyi Azərbaycan xalqına bəllidir. Məhz bu səbəbdən də xalqımız heç vaxt radikal düşərgəni dəstəkləməyib. Radikal düşərgənin bütün fəaliyyəti isə birmənalı şəkildə sifarişlər əsasında tənzimlənir. Bu da seçkinin nəticəsini müəyyənləşdirən xalqın anti-azərbaycançı dairələrin nökərçiliyini həyata keçirən daxildəki antimilli qüvvələrə səs verməməsini şərtləndirən ən önəmli səbəblərdən birinə çevrildi.
“Vahid namizəd”lərin biri fırıldaqçı, o biri uğursuz çıxdı...
Radikal müxalifət düşərgəsinin bu seçkilərdə rəzil olmasının, fiaskoya uğramasının əsasında dayanan ən böyük amillərdən biri də düşərgənin sağalmaz yarasına çevrilmiş “vahid namizəd” məsələsidir. Əslində, düşərgədə uzun illərin ən böyük “probleminə” çevrilmiş bu məsələ, sadəcə partiya sədrləri arasında nüfuz savaşının ortaya çıxardığı mənzərədir. Yəni, düşərgə daxilində monopoliya yaratmaq istəyən hər bir partiya sədri, ilk növbədə, bu kartdan istifadə etməyə çalışır.
Budəfəki seçkidə də analoji mənzərə yaşandı. Hələ yanvar ayından özünü qeyri-rəsmi “vahid namizəd” elan edən “Müsavat” başqanı İsa Qəmbərin qarşısında yeganə “maneə” onun “İctimai palata”dakı müttəfiqi Əli Kərimli idi. Çünki 2010-cu ildən bu yana “vahid namizəd”lik məsələsini eninə-uzununa müzakirə edən bu iki şəxs konkret razılığa gələ bilməmişdi və bu narazılığın da kökündə təbii ki, şəxsi maraqların təminatı məsələsi dayanırdı.
Beləliklə, “Milli şura” oyununun ortaya çıxmasından sonra bütün diqqət “layihə rəhbəri” Rüstəm İbrahimbəyovun üzərində cəmləşmişdi. Amma sonradan “şura”nın sədri, o cümlədən də “vahid namizədi” seçilən fırıldaqçı İbrahimbəyovun bu dəfə öz müttəfiqlərinə qarşı kələk gələcəyi düşərgə daxilində bir çoxları üçün gözlənilməz oldu. Onun Rusiya vətəndaşlığından imtina etməməsi sonda radikal düşərgənin daha uğursuz bir seçimə-Cəmil Həsənova üz tutmasına gətirib çıxardı. Əgər İbrahimbəyov “vahid namizəd” olduğu dövrdə radikal düşərgə onun “dünyaca məşhur olmasının”, “Rusiyada tanınmasının” və başqa “məziyyətlərinin” kölgəsinə sığınırdısa, Cəmil Həsənov birmənalı şəkildə fiasko idi. Çünki cəmiyyət onu heç vaxt radikal qiyafədə görməmişdi və birdən-birə C.Həsənovun licim dəyişməsi onun yer aldığı layihənin mahiyyətini ortaya çıxardı. Digər tərəfdən, C.Həsənovun “vahid namizəd” statusunda cəmisi 5-6 gün ərzində müəyyənləşdirilməsi, tez-tələsik belə bir qərarın verilməsi radikal düşərgənin öncədən özünün də proqnozlaşdırdığı məğlubiyyətlə barışması demək idi. C.Həsənov isə radikal düşərgənin “vahid namizəd”i kimi nəinki cəmiyyət daxilində qəbul edilmədi, hətta düşərgə daxilində, “Milli şura”da mühüm parçalanma yaratdı. AXCP ilə “Müsavat”ın şərikli namizədi olan C.Həsənovu qəbul etməyən ACP, ALP, “El” hərəkatı sonradan “şura”nın keçirdiyi mitinqlərdə tribunaya belə dəvət edilmədilər. Bu isə onu göstərirdi ki, İbrahimbəyovun uğursuz dublyoru yalnız lokal çərçivənin “vahid namizəd”inə çevrilməyi bacardı...
Siyasi oriyentASİYA müəyyənləşdirilmədi, xalqa konsepsiya təqdim olunmadı
“Milli şura” ən əsası özünü bir siyasi qüvvə olaraq təsdiq etməyi bacarmadı. Seçki təbliğatı dövründə özünü “istəkli”, hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvə rolunda qələmə verməyə çalışsa da, bu alınmadı. Çünki “Milli şura” adlanan bu qondarma qurum da radikal düşərgənin tarixin qaranlıq səhifələrinə gömülmüş uğursuz təşkilatlarından heç nə ilə seçilə bilmədi. Yenə də seçki dövründə siyasi oriyentirin müəyyənləşdirilməməsi, hədəfsizlik, ən əsası, konsepsiyasızlıq onların əsl simasını ortaya çıxardı. Radikal düşərgənin yenə də boğazdan yuxarı pafoslara, anti-Azərbaycan dairələrinin tirajlamağa çalışdığı yalanlara, aldıqları sifarişlərə söykənmələri, arqumentsiz, faktsız danışması onların hər zaman olduğu kimi siyasi səbatsız görkəmi almalarına, o cümlədən, xalqdan səs əvəzinə nifrət qazanmalarına rəvac verdi. Maraqlıdır ki, radikal düşərgə təmsilçiləri yalandan da olsa hansısa bir problemi misal çəkirdilərsə, həmin problemdən çıxış yolunu göstərə bilmirdilər. Bu isə bir daha onu deməyə əsas verir ki, radikal müxalifətin məqsədi heç də sivil mübarizə deyildi, sadəcə öz gücsüzlüyünü, konsepsiyasızlığını başqa maraqların xidmətçisi olmasını pərdələmək üçün bu yola əl atmışdı. Qeyd olunan amillər isə 9 oktyabrda onları gözlənilən acınacaqlı nəticə ilə üz-üzə qoydu...
“Milli şura” milli-mənəvi dəyərlərdən uzaqdır
Radikal müxalifət arxada qalmış seçki dövründə özünün daha bir məziyyətini-siyasi etikadan xəbərsiz, milli-mənəvi dəyərlərdən uzaq olmasını növbəti dəfə Azərbaycan xalqına nümayiş etdirdi. Prezidentliyə namizədlərin efir debatı zamanı radikal düşərgənin təmsilçisi olan şəxsin danışıq qabiliyyətinin olmaması, adi siyasi terminlərdən xəbərsizliyi, o cümlədən əsrlərlə formalaşmış dəyərlərə riayət etməməsi, ən adi etiket qaydalarını belə pozması onların hansı əqidənin daşıyıcısı olmasını ortaya çıxarır. Azərbaycan xalqı hər zaman özünün formalaşmış milli dəyərlərinə sahib çıxmağı bacarır və öz dövlətinin taleyini, gələcəyini də məhz bu dəyərləri qoruyan şəxslərə etibar edir.
Göründüyü kimi, radikal düşərgə bu imtahandan da qeyri-kafi qiymət aldı. Onların yalnız öz mənafelərini güdmələri, xalqın, dövlətin inkişafına mane olmağa çalışmaları isə bu qüvvələrin hansı dərəcədə “vətənpərvər” olmalarından xəbər verir. Təəssüf ki, öz gücsüzlüklərinə, bacarıqsızlıqlarına bələd olduqları halda bu ölkəni uğurdan-uğura aparan siyasi qüvvəyə böhtan atmaqdan da yorulmurlar. Bu insanların əsl çirkinlikləri isə Azərbaycanın dünyadakı müsbət imicinə xələl yetirməyə çalışmalarıdır. Amma necə deyərlər, onların arzuları arzu olaraq qalır. Radikal düşərgə “ürək bulandırmaqdan” başqa bir işə yaramır... Oktyabrın 9-da bu fakt bir daha sübut olundu...

 
  • Oxunub:  23400  |  
  • Tarix:  18-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25