Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənov ermənipərəst dairələrə hesabat verməyə getdi
A+   Yenilə  A-
Cəmil Həsənov ermənipərəst dairələrə hesabat verməyə getdi
Yazdı: Mübariz Abdullayev

“Milli şura”nın vədlərə rəğmən, seçkilərdə acınacaqlı məğlubiyyətə uğraması xaricdəki antimilli dairələri bərk qəzəbləndirib. Onlar nəticə olmayan yerdə qondarma quruma ayrılan böyük məbləğdə maliyyənin haqq-hesabını tələb edirlər
Radikal müxalifət düşərgəsində cəm olan partiyaların, siyasi qrupların, ayrı-ayrı şəxslərin guya seçkilərdə birgə iştirak etmək üçün yaratdıqları “Milli şura” bütün cəhətlərdən xarici təsir amilləri ilə bağlıdır. Hər şeydən əvvəl onu qeyd edək ki, adına saxtakarlıqla “milli” sözü yapışdırılan qondarma qurum Azərbaycan cəmiyyətinin sosial-siyasi tələbi kimi meydana çıxmayıb, onun sifarişi beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan mərkəzlərdən gəlib və ssenarisi, fəaliyyət istiqamətləri də məhz bu mərkəzlərdə cızılıb.
Təsadüfi deyil ki, tarixinin yeni intibah dövrünü yaşayan, cəmiyyətdə möhkəm vətəndaş həmrəyliyinin hökm sürdüyü Azərbaycanda heç bir zərurət olmadan ortaya atılan “Milli şura” kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirildi. “Milli şura”nın sədri və qiyabi “vahid namizəd”i seçilən qoca kinodramaturqun müxtəlif dönəmlərdə Azərbaycan cəmiyyətinə və xalqına qarşı sərgilədiyi ögey münasibət onun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma qurumun antimilli mahiyyəti barədə konkret təsəvvür yaradır. Sonradan Rüstəm İbrahimbəyovun özü və qondarma qurumun onunla eyni mənəvi dəyərləri bölüşən digər üzvləri müvafiq təlimatlar almaq üçün tez-tez məlum mərkəzlərin “lövbər” saldıqları bu və ya digər xarici ölkəyə səfərlərə çıxırdılar. Seçkiqabağı dövrdə Azərbaycanın demokratik imicinə xələl gətirmək üçün müxtəlif əməllərə rəvac verən “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov xaricdəki anti-Azərbaycan dairələrin favoritinə çevrilmişdi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qoca kinodramaturq, necə deyərlər, başını Moskvada isladıb Vaşinqtonda və yaxud Avropa şəhərlərinin birində qırıxdırırdı. Antimilli mərkəzlərin yerləşdiyi şəhərlərə turneləri çərçivəsində Ştrasser kimi Azərbaycanın bədxahları ilə görüşən Rüstəm İbrahimbəyov “Milli şura” təmsilçilərini daim yeni təlimatlarla “silahlandırırdı”. AXCP, “Müsavat” kimi partiyaların qondarma qurumda təmsil olunan üzvləri isə qoca kinodramaturqun pul və digər belə şirnikləndirici vədlərinə uyaraq onun hər səslənməsinə böyük canfəşanlıqla səs verirdilər.
“Milli şura”nın mərkəzi icra aparatının rəhbəri Eldar Namazovun ABŞ Konqresindəki brifinqdə iştirakını xatırlayaq. İlk baxışda Eldar Namzovun ABŞ kimi qüdrətli bir dövlətin konqresində düzənlənən tədbirdə iştirakını Azərbaycan həqiqətlərinin təbliği baxımından yaxşı bir fürsət kimi dəyərləndirmək mümkün idi. Lakin reneqat həmin tədbirdəki çıxışında nəinki Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsindən, ərazilərimizin işğalı faktından bir kəlmə də danışmadı, əksinə ölkəmizin imicinə xələl gətirən fikirlər səsləndirdi.
Özünü və təsis etdiyi partiyanı “Milli şura”nın əsas üzvlərindən sayan “Müsavat”ın başqanı İsa Qəmbər isə bundan betər “buyruqqulu mövqeyini” Brüssel səfəri zamanı sərgilədi. “Müsavat”ın başqanının Azərbaycana xoş münasibət bəsləməyən Hollandiya liberal-demokratlarının dəvəti ilə Avropa parlamentində düzənlənən seminara qatılmağı özünə şərəf bilməsinin üstündən sükutla keçmək olardı. Ancaq “ünlü” “Müsavat”çının həmin tədbirdə Azərbaycandakı durum məqsədli şəkildə təhrif ediləndə, ermənilərin separatçılıq hərəkətlərinə haqq qazandıran fikirlər səsləndiriləndə susması, hər şeydən danışıb, Dağlıq Qarabağ problemindən danışmaması onun da “Milli şura”nın digər təmsilçiləri kimi düşmən dəyirmanına su tökdüyünü ortaya qoyur.
Azərbaycan cəmiyyəti ssenarisi xaricdəki antimilli dairələrin mətbəxində cızılan “Milli şura”ya münasibətini oktyabrın 9-da keçirilən seçkilərdə bir daha nümayiş etdirdi. Qondarma qurumda cəm olan birləşmiş radikal müxalifətin “vahid namizəd”i Cəmil Həsənov seçicilərin təxminən 5 faizinin səslərini toplamağa müvəffəq oldu. Bu, xaricdəki məlum mərkəzlərin təsir dairəsində olan, onların ruporuna çevrilən “Milli şura”ya Azərbaycan cəmiyyətinin münasibətinin dəqiq ifadəsidir. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq xaricdəki məlum mərkəzlərin öz məkrli planlarını Azərbaycanda reallaşdırmalarına heç vaxt imkan verməyəcək.
“Milli şura”nın “vahid namizəd”ı Cəmil Həsənovun seçkilərdə acınacaqlı məğlubiyyətə uğraması qondarma qurumun fəaliyyət istiqamətlərini cızan antimilli mərkəzlərin bərk qəzəbinə səbəb olub. Onlar seçkiqabağı mərhələdə Azərbaycanın ictimai-siyasi həyatında xaos yaratmaqla bağlı əminlik vədi verən və bunun müqabilində böyük məbləğdə maliyyə vəsaiti alan “Milli şura”nın vədləri nə üçün doğrultmadığının haqq-hesabını çəkmək üçün “vahid namizəd” Cəmil Həsənovu Avropa turnesinə çağırıblar. Düzdür, “Milli şura” təmsilçiləri Cəmil Həsənov “Brüsseldə və Strasburqda mühüm görüşlər keçirəcək”, “siyasi dairələrdə müzakirələrə qatılacaq” kimi ibarəli ifadələrlə onun səfərinin, daha doğrusu, Avropaya çağrılmasının əsl səbəblərini gizlətməyə çalışırlar. Bununla belə, siyasi müşahidəçilər o qənaətdədirlər ki, “tarixçi alimin” seçkilərdə 10 faizlik həddi belə aşa bilməməsi xaricdəki məlum dairələrin gözləntilərini tamam alt-üst edib. Buna görə də ermənipərəst Rüstəm İbrahimbəyovun dublyoruna çevrilməyə razılıq verməklə Azərbaycan cəmiyyətinin sərt qınağına tuş gələn Cəmil Həsənov, həmçinin, seçkiləri acınacaqlı şəkildə uduzmaqla xaricdəki dairələrdə bərk qəzəb doğurub. İndi o, həmin mərkəzlər qarşısında haqq-hesab verməlidir.
Beləliklə, deyə bilərik ki, Avropaya turnesi çərçivəsində Cəmil Həsənov bir sıra çətin suallara cavab vermək məcburiyyətində qalacaq. Həmin sualları bəri başdan təxmin etmək çətin deyil: “Milli”şura”ya ayrılan pullar hara xərclənmişdir? Nəticə nə üçün bu dərəcədə aşağıdır? Bunlar, əslində, cavabsız suallardır və bu kimi suallar üstünə yağdırılanda “tarixçi alim”in necə pərt oduğunu, tər tökdüyünü təsəvvürə gətirmək çətin deyil...

 
  • Oxunub:  26160  |  
  • Tarix:  17-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA