Ana səhifə »  Müəlliflər »  Radikallar düşmən dəyirmanına su tökürlər
A+   Yenilə  A-
Radikallar düşmən dəyirmanına su tökürlər
Yazdı: Mübariz Abdullayev

Ermənilər, Əlikram Hümbətovlar, qondarma “Milli şura”da cəm olan radikal müxalifət təmsilçiləri... Bunların hamısı eyni mərkəzdən idarə olunan və Azərbaycana, xalqımıza münasibətdə eyni məkrli məqsədə xidmət göstərən qüvvələrdir
Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsi, sosial-iqtisadi sahədə diqqətəlayiq uğurlara imza atması antimilli qüvvələrin yuxusunu ərşə çəkib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Onlar müstəqil Azərbaycanın uğurlarını hansı yollarlasa əngəlləmək, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün müxtəlif üsullara əl atırlar. Pul və başqa şirnikləndirici vasitələrlə milli satqınları ələ alaraq onlardan bir alət kimi istifadə etmək beynəlxalq erməni lobbi şəbəkəsində birləşən anti-Azərbaycan mərkəzlərin ənənəvi “mübarizə” vasitəsidir. “Sapı özümüzdən olan baltalar” həmin mərkəzlərin şirnikləndirici vədlərinin müqabilində “beşinci kolon” missiyasını məmnuniyyətlə yerinə yetirməyə razılıq verirlər.
Vaxtilə respublikamızda separatizmə rəvac verən, qondarma “Talış-Muğan Respublikası” yaratmağa çalışan və özünü onun rəhbəri “seçən” Ələkrəm Hümbətovun xəyanəti, satqınlığı bunun bariz ifadəsidir. Ələkrəm Hümbətov bu gün özlərini radikal düşərgənin əsas güc mərkəzləri sanan AXCP və “Müsavat” partiyalarının şinelindən çıxıb. O, AXC-”Müsavat” iqtidarı dövründə yüksək vəzifə tutub-müdafiə nazirinin müavini işləyib, eyni zamanda, AXC-nin rəhbərliyində təmsil olunub. O, radikalların sıralarında olarkən Vətən çörəyinə xəyanət edib. Xaricdəki məlum mərkəzlərin uzaq hədəflərinə daxil olan etnik gərginlik ocaqları yaratmaqla Azərbaycanın parçalanması və bu yolla zəiflədilməsi planının iştirakçısına çevrilib.
Təbii ki, vaxtilə indiki radikal müxalifətin ən fəal üzvlərindən olan Ələkrəm Hümbətovun xaricdəki antimilli mərkəzlərin təhriki ilə törətdiyi separatçılıq əməllərinin qarşısı dövlətin və xalqın iradəsi, birgə səyləri sayəsində qətiyyətlə alındı. Azərbaycanın unitarlığı təmin edildi. Sonradan Azərbaycan dövləti humanistlik nümayiş etdirərək Ələkrəm Hümbətovu həbsxanadan buraxdı. O, arzuolunmaz şəxs kimi ölkədən deportasiya edildi və hazırda Hollandiyada yaşayır.
İş ondadır ki, radikalların sabiq çiyindaşı, separatçı Ələkrəm Hümbətov yenidən “zühur” edib. Xarici ölkədə yaşadığı illərdə ermənilərlə “əməkdaşlıq” edən Ələkrəm Hümbətov bu günlərdə ikinci dəfə Ermənistana səfərə gəlib. Birinci səfərində olduğu kimi, bu dəfə də erməni “dostlarının” əhatəsində Azərbaycan əleyhinə təbliğat aparan, bununla xain, satqın simasını bir daha ortaya qoyan bədnam satqın İrəvan Dövlət Universitetində şərqşünaslıq kafedrasının həyata keçirdiyi “talışşünaslıq proqramı”nın açılışında iştirak edib. Sözügedən kafedranın müdiri Qarnik Asatryan bildirib ki, guya proqramın təşkilində məqsəd talış mədəniyyətinin, dilinin təbliği istiqamətində layihələr həyata keçirməkdən ibarətdir. Hətta düşmən ölkənin paytaxtında ikinci talış konfransının keçirilməsi də nəzərdə tutulur. Əlbəttə, ermənilərin etnik talışlara “xoş münasibətləri” onların humanistliyindən yox, Azərbaycana qarşı düşmənçilik münasibətlərindən qaynaqlanır. Ermənilər respublikamızın ərazisində milli-dini zəmində “narazılıq ocaqları” yaratmağa çalışmaqla ölkəmizin beynəlxalq imicinə kölgə salmaq və bu yolla əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağda törətdikləri separatizmə, etnik təmizləmə siyasətlərinə haqq qazandırmaq məqsədi güdürlər. Radikal müxalifət düşərgəsinin keçmiş “bəhrələrindən” olan Ələkrəm Hümbətov kimi milli satqınlar da onların əlində alətə çevriliblər.
Təsadüfi deyil ki, ailəsini belə aldadaraq Ermənistana, qondarma DQR-ə səfərə gedən, burada Azərbaycan dilində suala cavab verməkdən belə yayınan, ölkəmiz, xalqımız haqqında hədyanlar danışan xain Ələkrəm Hümbətovu müdafiə etməyə çalışanlar da məhz radikallar sırasında qərar tutublar. Bu barədə bir qədər sonra danışacağıq. Bütövlükdə “Milli şura”nın satqın Ələkrəm Hümbətovun Ermənistana səfərinə münasibət bildirməkdən yayınması qondarma qurumun antimilli mahiyyətindən xəbər verir.
Radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri qondarma “Milli şura” layihəsinin xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində ölkəmizdə pozuculuq əməlləri törətmək, möhkəm daxili sabitliyə xələl gətirmək məqsədilə hazırlandığı məlumdur. Qurumun sədri və sabiq-qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyovu Azərbaycan cəmiyyətinə çox az şey bağlayır. O, dəfələrlə xalqımızı aşağılayan, əksinə ermənilərə rəğbət ifadə edən fikirlər səsləndirib. Qoca kinodramaturq xarici ölkələrə mütəmadi səfərləri çərçivəsində bir qayda olaraq beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan qurumlarda görüşlərə qatılır və oradan aldığı təlimatları dərhal “Milli şura” üzvlərinə çatdırırdı.
Qondarma “El” hərəkatının yaradıcısı, “Milli şura”nın Mərkəzi İcra Aparatının rəhbəri Eldar Namazovun tez-tez Moskvaya, Avropa ölkələrinin şəhələrinə səfərlərə çıxması da şübhəli məqamlardan xəbər verir. Yeri gəlmişkən, reneqat Eldar Namazov ABŞ Konqresində təşkil olunan brifinqdəki çıxışında Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə bir kəlmə də olsun danışmadı, əksinə Azərbaycanın imicinə xələl gətirən fikirlər səsləndirdi.
Və yaxud götürək, qondarma qurumun yeni “vahid namizəd”i Cəmil Həsənovun nankor yazıçı Əkrəm Naibovun bədnam “Daş yuxular” romanının müdafiəsinə qalxmasını. Sözügedən roman başdan-ayağa yaxın-uzaq tariximizin məqsədli şəkildə təhrif edilməsindən ibarətdir. Romanda elan olunmamış müharibədən əziyyət çəkən, torpaqları işğala məruz qalan azərbaycanlılar “zalım”, bütün dağıntıların, insan faciələrinin baiskarları olan ermənilər isə “məzlum”, “əzabçəkən” qiyafədə təqdim olunur. “Tarixçi alim” olduğu deyilən Cəmil Həsənov isə Azərbaycan cəmiyyətinin kəskin etirazlarına rəğmən, özünü bütün bunlardan bixəbər kimi apardı, xalqının tapdanmış haqqının müdafiəsinə qalxmadı, əksinə nankor yazıçının “özünü ifadə etmək”, “fərqli fikir” bildirmək haqqını tanıdığını dönə-dönə vurğuladı.
İndi isə qondarma “El” hərəkatında reneqat Eldar Namazovun “sağ əli” sayılan “Milli şura” üzvü Eldəniz Quliyev Vətən xaini Ələkrəm Hümbətovun müdafiəçisi rolunda çıxış edir. Qaradan o tərəfə rəng yoxdur. Ələkrəm Hümbətov vaxtilə respublikamızda separatizmə rəvac verməklə, indi isə düşmən ölkəyə, o cümlədən, işğal altında olan Azərbaycan torpağına-Dağlıq Qarabağa səfər etməklə xain və satqın simasını bir daha açıb ortaya qoyub. Radikal müxalifətin təmsilçisi Eldəniz Quliyev isə belə birisini müdafiə etməklə əslində düşmən dəyirmanına su tökür.

 
  • Oxunub:  28020  |  
  • Tarix:  01-10-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6