Ana səhifə »  Müəlliflər »  Dublyor Cəmil Həsənov dövlətdən oğurladığı pulların hesabatını vermək istəmir
A+   Yenilə  A-
Dublyor Cəmil Həsənov dövlətdən oğurladığı pulların hesabatını vermək istəmir
Yazdı: Mübariz Abdullayev

“Əlillik kağızı” ilə vaxtından əvvəl təqaüdə çıxan və ayda 2 min manat təqaüd alan əlil “tarixçi alim” hansı mənəvi haqla prezidentlik iddiasına düşüb?
Məlum olduğu kimi, ermənipərəst Rüstəm İbrahimbəyovun vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən qorxaraq Bakıya qayıtmamaq səbəb və ikili vətəndaşlıq probleminin həllini məqsədli şəkildə uzatması üzündən radikallar “Milli şura”nın “vahid namizəd”i statusunda onu qondarma qurumun digər bir üzvü Cəmil Həsənovla əvəzlədilər. Bəri başdan deyək ki, “tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun “Milli şura”da yeni “vahid namizəd” statusuna, daha dəqiq desək, dublyorun dublyorluğuna müəyyənləşdirilməsi heç də onun şəxsi, öndəgedən keyfiyyətlərə malik olmasına görə baş verməyib. Qondarma qurumda cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər arasında mövcud olan intriqalar, qarşılıqlı ziddiyyətlər, bir-birlərini qəbul etməmələri “şahlıq quşu”nun Cəmil Həsənovun başına qonması ilə nəticələndi. “Tarixçi alimi” zorla qabağa itələyən AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər və bu iki barışmaz rəqib partiyaların digər funksionerləri onu ən yaxşı halda kukla “vahid namizəd” kimi təsəvvür edirlər. “Cəbhəçilər” və “müsavat”çılar o qənaətdədirlər ki, xarizması, liderlik keyfiyyətləri olmayan, axına qarşı getməyə cəsarət etməyən, melanxolik Cəmil Həsənovun ipini asanlıqla dartmaq, onu istənilən səmtə yönəltmək, bir sözlə, öz adamlarına çevirmək su içmək qədər asan bir şeydir.
Son 20 ildə radikal düşərgəni bir növ inhisara alan AXCP və “Müsavat” kimi partiyaların təmsilçiləri düşünürlər ki, belə bir “sümüksüz balığı” qabağa verməklə həm radikal düşərgədəki hegemon mövqelərini qoruyub saxlaya, həm də qarşıdan gələn seçkilərdə onları gözləyən acınacaqlı məğlubiyyətin günahını üstlərindən asanlıqla ata biləcəklər. Bəs necə, seçkilərdə məğlub olan “vahid namizəd” Cəmil Həsənov nə AXCP-dəndir, nə də “Müsavat”dan. “Günah keçisi” də odur. Qoy, bütün uğursuzluqlara görə də cavab versin.
Bir daha vurğulayaq ki, Cəmil Həsənovun “ampaqlığı” olmasaydı, bütün təkliflərə fərqinə varmadan ancaq “hə” deməsəydi, radikallar güzəştə gedib onu özlərinə “lider” müəyyənləşdirməzdilər. Xatırladaq ki, hələ 2005-ci ildə AXCP ilə “tarixçi alim” arasında konflikt yaşanmışdı. Həmin vaxt Cəmil Həsənov mənsub olduğu partiyanın istəyinə rəğmən, parlamentdəki yerindən imtina etməmişdi və AXCP sədri Əli Kərimli ona “satqın” damğası vuraraq partiya sıralarından kənarlaşdırmışdı. Yəni, “partiya təəssübkeşliyi”, “siyasi mübarizə prinsipiallığı” kimi pafoslu, gəlişi gözəl sözlər Cəmil Həsənov üçün anlaşılmazdır. “Harada rahatdırsa, harada üzünə yaxşı baxılırsa, orada olmaq məsləhətdir” ifadəsi “tarixçi alim”in xarakterinə biçilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Gözlənildiyi kimi, dublyorun dublyoru müəyyənləşdirilən Cəmil Həsənov “Milli şura”ya yeni ab-hava gətirmədi. Bu gün artıq radikalların özləri də etiraf edirlər ki, o, qondarma qurumu nəinki süni nəfəs verməklə yaşatmaq iqtidarında deyil, hətta “tarixçi alim”in önə çıxarılması ilə qondarma qurumda onsuz da bərbad olan vəziyyət indi partlayış həddinə gəlib çatıb. AXCP və “Müsavat”ın Cəmil Həsənovu önə vermələrinə rəğmən, “Milli şura”da cəm olan partiyalar onun “vahid namizəd” müəyyənləşdirilməsinə qarşı çıxırlar. Xatırladaq ki, “tarixçi alim” “Milli şura”nın yeni “vahid namizəd”i müəyyənləşdiriləndən sonra ACP-nin, ALP-nin, “El” hərəkatının və digərlərinin qurumdan narazılığı pik həddədək yüksəlib. ACP lideri Rəsul Quliyev okeanın o tayından proqnozlar verərək “Milli şura”nın yeni “vahid namizəd”inin seçkilərdə heç bir faiz də səs toplamayacağını bildirir, şuranın mitinqlərini təhqir obyektinə çevirir. Partiyalar prinsipsiz Cəmil Həsənovu zorla “vahid namizəd” edən AXCP-ni və “Müsavat”ı qondarma qurumu parçalamaqda ittiham edirlər.
Beləliklə, aydın görünür ki, radikalların özləri də Cəmil Həsənovun “Milli şura”da birləşdirici deyil, dağıdıcı rol oynadığının fərqindədirlər. “Milli şura”da böyük çoxluğun yeni “vahid namizəd”ə qarşı çıxmasına baxmayaraq, “tarixçi alim”in bu statusla qondarma qurum adından seçki prosesinə qatılması absurd görünür. Siyasi müşahidəçilər bunu yenə Cəmil Həsənovun xarakter zəifliyi ilə əlaqələndirirlər. O, özündə güc tapıb AXCP və “Müsavat”ın onu marionet “vahid namizəd”ə çevirmələrinə etiraz edə bilmir.
Qeyd edək ki, Cəmil Həsənovun hadisələrə gözünü döyə-döyə, bivec yanaşması təzə hadisə deyil. Xatırladaq ki, bir neçə ay bundan öncə nankor yazıçı Əkrəm Naibov yaxın, uzaq tariximizin təhrif olunduğu bədnam “Daş yuxular” romanını Moskvada çap etdirəndə insanlar ona qarşı ziyalı mövqeyi sərgilənməsini istəyirdilər. Bunu, bəlkə də, ilk növbədə və hamıdan artıq dərəcədə bədnam yazıçı ilə eyni qurumda-qondarma “Ziyalılar forumu”nda yer alan Cəmil Həsənov etməli idi. Lakin hamının heyrətinə rəğmən, “tarixçi alim” nəinki haray salıb tarixi həqiqətləri başı üstünə qaldırmadı, əksinə, buz kimi soyuqqanlılıq və dönüklük nümayiş etdirdi.
Bu günlərdə isə özündən “yerəbaxan”, “aydan arı, sudan duru”, “ziyalı” obrazı yaratmaq istəyən Cəmil Həsənovun daha bir saxtakarlığının üstü açıldı. “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənovla bağlı saxta əlillik sənədi ortaya çıxdı və onun təqaüdə çıxması məsələsində müəmma olduğu məlum oldu. Azərbaycanda təqaüdə çıxma yaşı 63 olduğu halda, Cəmil Həsənovun 2 il əvvəl rəsmən təqaüdə çıxdığı və keçmiş millət vəkili kimi aylıq 2 min manat təqaüd aldığı meydana çıxdı.
Bu cür biabırçı faktın üzə çıxmasından sonra görəsən Cəmil Həsənov hansı mənəvi haqla, üzlə seçki yarışını davam etdirir? Açıq-aşkar qanunsuzluq etmiş, yalan üzərində pul əldə etmiş, başqa sözlə, millətin cibinə girmiş bir adamın prezidentliyə iddia etməsini anlamaq çətindir. Bundan sonra nə üzlə seçicidən səs istəmək, başqalarına əxlaq dərsi keçmək olar? Cəmil bəyin piarını aparmaq üçün növbəyə duranlar onu dünyanın ən təmiz insanı kimi xarakterizə edənlər niyə susur? Əgər müxalifətin “ən təmiz adamı”nın əməlinin altından bu çıxırsa, deməli, o biriləri barədə heç danışmağa dəyməz.
Keçirilən teledebatlarda Cəmil Həsənov sözün həqiqi mənasında miskin vəziyyətə düşür. Məlum oldu ki, o, əlildir. Ən gülməlisi də bu oldu ki, əlil olan C.Həsənov həm də prezident olmaq iddiasındadır. Biabırçılıqdır. Deyəsən, “Milli şura”nın namizədlərinin hamısının çeşidli problemləri var. “Milli şura” əvvəl R.İbrahimbəyovun namizədliyini irəli sürdü, sonradan məlum oldu ki, onun vətəndaşlıq məsələsi qaydasında deyil. İndi də Cəmil Həsənovun əlilliyi məsələsi. Burada əsas günah C.Həsənovdadır. Gərək o, vaxtında İ.Qəmbərə, Ə.Kərimliyə və “Milli şura”nın “ideya generatoru” olan R.İbrahimbəyov-E.Namazov cütlüyünə deyəydi ki, əliləm, məndən prezident olmaz. Hələ İ.Qəmbər də utanmaz-utanmaz deyir ki, həmin debat yaxşı başlanğıc olub. Anlamaq olmur, daha bunun nəyi yaxşı oldu, tovlayıb “Milli şura”ya gətirdikləri C.Həsənovun əlilliyinin ortaya çıxmasımı?
Cəmil Həsənov təqaüd fırıldağı ilə bağlı ittihama reaksiya vermədi. Sanki, söylənənlər onun haqqında deyil. Cəmil Həsənovun özünü eşitməzliyə vurmasının səbəbi məlumdur. Çünki bu haqda danışsa, o, ya deməlidir ki, “mən saxtakarlıq etmişəm”, ya da bildirməlidir ki, “mən saxtakarlıq etməmişəm və həqiqətən də yalnız yüngül işdə işləyə bilərəm”. Elə olanda da, onun prezidentliyə iddiası anlaşılmayacaq.
Bunların hamısı saxtakardır. Yaxşı araşdırsan, hər şeyləri saxta çıxacaq, yaşları da, başları da.

 
  • Oxunub:  24000  |  
  • Tarix:  30-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA