Ana səhifə »  Müəlliflər »  Əli Kərimli 8 milyonluq ittihamın hesabını verməlidir
A+   Yenilə  A-
Əli Kərimli 8 milyonluq ittihamın hesabını verməlidir
Yazdı: Mübariz Abdullayev

Yaxud, boğaza kimi çirkab içində olan “Milli şura” başbilənlərinin hakimiyyəti ittiham etmələri absurddur
Seçkiqabağı təşviqat dövründə İTV-də təşkil olunan prezidentliyə namizədlərin teledebatları ölkəmizdə demokratiyanın, fikir plüralizminin bərqərar olmasının təsdiqidir. Teledebatlar müxtəlif siyasi oriyentasiyalı partiyaları təmsil edən namizədlərin öz seçki platformalarını, gələcək planlarını açıqlamaları, özlərini potensial seçici auditoriyasına daha yaxından tanıtmaları baxımından yaxşı imkandır. Ancaq qondarma “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov bu imkandan sui-istifadə edərək süni ajiotaj yaratmağa çalışır. O, bir qayda olaraq çıxışlarında heç bir obyektivlik meyarını gözləmədən ölkədəki vəziyyətlə bağlı mövcud hakimiyyətin ünvanına əsası olmayan ittihamlar səsləndirir. Cəmil Həsənov mücərrəd “korrupsiya faktlarından” danışır, lakin ortaya dəlil-sübut qoymaq əvəzinə, əsasən ermənilərin təsir dairəsində olan antimilli mərkəzlərin qərəzli hesabatlarını, infoimperializmə xidmət edən nəşrlərin subyektiv məqalələrini başı üstündə bayraq edir. Təbii ki, belə oyuncaq əsaslandırmalarla auditoriya qarşısına çıxmaq Cəmil Həsənovun nə “prezidentliyə namizəd”, nə də “tarixçi alim” statusuna qətiyyən uyğun gəlmir və ona başucalığı gətirmir.
Məsələ başqa bir nöqteyi-nəzərdən də suallar doğurur: Özü pensiya fırıldağına yol verən, dövlətin maliyyə vəsaitini bilərəkdən mənimsəyən Cəmil Həsənovun mənəvi təmizlikdən danışmağa haqqı çatırmı? Və yaxud “ölkədə korrupsiya var” deyən “tarixçi alim” nə üçün bu narahatçılığı ilk növbədə yaxın çevrəsi ilə bağlı ifadə etmir? Bu nə dəvəquşu hərəkətidir? Sadə məntiqlə “Milli şura”nın “vahid namizəd”i opponentlərini ittiham edərkən ilk növbədə sağına, soluna, “ziyalı” adının kölgəsində gizlənərək onu qabağa verənlərin əməllərinə nəzər salmamalıdırmı? Bəlkə, bunu etmək, əhatəsində olduğu, hər teledebatdan sonra “molodes” aldığı partiya rəhbərlərinə yönəlik ictimai qınağı nəzərə almaq ona heç sərf etmir? Hə, bu başqa bir məsələ.
Yeri gəlmişkən, BAXCP sədri Qüdrət Həsənquliyev İTV-dəki debatlardan birində AXCP sədri Əli Kərimlinin 2011-2012-ci illərdə bank hesablarından 8 milyon 388 min manat pul çıxartdığını bildirib. Bunun ardınca KİV-də 8 milyon manat məsələsi ilə bağlı araşdırma yazısı dərc edilib. Bu faktlar ictimailəşəndən sonra Cəmil Həsənovun teledebatlarda bununla bağlı susmasına rəğmən, sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin varidatı və əmlakı ilə bağlı gərgin mübahisələr başlanıb.
Haqqında bəhs olunan araşdırmada AXCP sədri Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafiq qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçir. Məqalədə deyilir: “Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan Azərbaycan reallığında (yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qərb reallığında da!) fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə...”.
Görəsən, Cəmil Həsənov onun prezidentliyə namizədliyini irəli sürmüş qurumun üzvlərindən birinin belə qalmaqallı maliyyə ittihamlarına dair hesabat verməsini niyə tələb etmir? Niyə soruşmur ki, bu qədər pul Əli Kərimliyə hansı mənbələrdən gəlib? O, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. Nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıblar...
Ancaq 2012-ci il martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs edilməsindən sonra bu suallara qismən də olsa cavab verilib. Qeyd edək ki, Elnur Seyidov “Texnikabank”da yüksək vəzifə tuturdu. O ta həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırdı. E.Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb. Bəs bu pullar kimə və hara göndərilib? Bu, çox böyük sualdır.
Bütün bunlardan sonra “Əli Kərimli heç yerdə işləməyə-işləməyə partiyanın, dəbdəbəli həyat tərzinin, bahalı maşınların xərclərini necə və hansı pullarla qarşılayır?” sualının cavabına aydınlıq gəlir. Özünü heç nə bilmirmiş kimi aparan Cəmil Həsənova xatırladaq ki, hələ bu da hamısı deyil. Əli Kərimlinin heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində “Texnikabank”da 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparıb.
O da qeyd olunur ki, Əli Kərimli 2008-ci ildə “Texnikabank”ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb. “Despotik ölkədə” “ədalət, demokratiya uğrunda mübarizə aparan” baş müxalifətçi bu kredit borcunu cəmisi bir neçə ayın içində çox asanlıqla, yəni, heç bir ləngimə və problem olmadan ödəyib qurtarıb. Yeri gəlmişkən, özü də təkcə öz borcunu da yox! Əli Kərimli oğlu Türkel Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? Görəsən, işsiz müxalifətçi bu 200 min manatı qəfildən haradan tapmışdı?
2009-cu ilin sentyabrında isə Əli Kərimli dünyanın ən nəhəng banklarından biri olan “Barklays Bank PLC” bankında oğlunun - Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin il də Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan “S.T.Edwards School”un tələbəsi olub. Əli Kərimli 2009-cu il, iyulun 29-dan etibarən oğlunun “Barklays Bank PLC” bankdakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır. Ölkənin heç yerdə işləməyən baş müxalifətçisi iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir.
Beləliklə, bu qədər vəsaitin sahibi olan Əli Kərimlinin öz bahalı maşınlarının pulunu niyə partiya üzvlərinə ödətməsi isə başqa bir söhbətin mövzusudur. Fakt ondan ibarətdir ki, Əli Kərimli başda olmaqla AXCP-nin rəhbərliyində təmsil olunanlar bu günə kimi hansı mənbələrdən dolandıqları, partiyanı hansı vəsaitlər hesabına saxladıqları barədə bir dəfə də açıqlama verməyiblər.
Görəsən, teledebatlarda pafosla danışan “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov heç maraqlanıbmı ki, Rüstəm İbrahimbəyovun Eldar Namazova göndərdiyi 100 min manatın aqibəti necə oldu? 20-30 manatlıq bayraqları 120 manata rəsmiləşdirənlərin əlləri dövlət idarəçiliyinə çatsa, hansı oyunlardan çıxarlar?
Bundan başqa, ölkədəki mücərrəd “korrupsiyadan” danışan Cəmil Həsənovdan “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun imzatoplama kampaniyası üçün radikallara göndərdiyi 500 min manatın aqibətini soruşmaq istərdik. Cəmil Həsənov bu barədə susmağa üstünlük verirsə, ona xatırladaq ki, “vahid namizəd”in seçki qərargahına rəhbərliyi ələ keçirən AXCP-”Müsavat” cütlüyü həmin pulları mənimsəmək üçün “imzatoplama məsuliyyətli işdir” bəhanəsi ilə digər partiyaları kvota bölgüsündən kənarda saxladılar. Cəmil Həsənov AXCP və “Müsavat”a həmin pulu necə xərclədiklərinə dair açıqlama verdirə bilsə, ona, doğrudan da, “molodes” düşür.
Və son olaraq, Cəmil Həsənov öz əmlakı və gəlirləri barədə qondarma arayış verməklə işinin bitdiyini düşünür. Elə dürüst adamdırsa, ilk növbədə ətrafındakıların fırıldaqlarını araşdırsın, onlardan hesabat, gəlirləri barədə ictimaiyyətə açıqlama verməyi tələb etsin. Axı məhz bu adamlar onun sağ-sol çiyindaşlarıdırlar, o, məhz bu adamlarla hakimiyyətə gəlmək istəyir. Boğaza kimi çirkab içində olan “Milli şura” başbilənlərinin hakimiyyəti ittiham etməsi absurd və gülüncdür.

 
  • Oxunub:  24180  |  
  • Tarix:  28-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA