Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura” qarşılıqlı təhqirlər meydanına çevrilib
A+   Yenilə  A-
Qondarma “Milli şura” qarşılıqlı təhqirlər meydanına çevrilib
Yazdı: Mübariz Abdullayev

Radikallar bir-birilərini çox ağır ifadələrlə təhqir edir, eyni zamanda da, qondarma qurumun çətiri altında qalırlar...
“Milli şura”da məlum “vahid namizəd” dəyişikliyindən sonra radikal düşərgədə cəm olan partiyalar arasında qütbləşmənin daha da dərinləşdiyi müşahidə edilir. Rüstəm İbrahimbəyovun pul vədlərinin müqabilində öz ambisiyalarından zahirən də olsa geri çəkilmiş kimi görünən AXCP və Müsavat Partiyası qondarma qurum daxilində yenidən revanş götürərək hegemonluq iddiaları sərgiləməyə başlayıblar. Açıq-aydın görünür ki, bu iki partiya “İctimai palata” daxilindəki “AXCP, “Müsavat”, üstəgəl digər partiyalar” vəziyyətini indi də “Milli şura”da yaratmaq istəyirlər və artıq öz istəklərinə müəyyən dərəcədə nail olublar. Belə ki, qondarma qurumun yeni “vahid namizəd”i Cəmil Həsənovun seçki qərargahı əsasən “cəbhəçilər”dən və “Müsavat”çılardan təşkil olunub. Seçki qərargahına AXCP-dən Həsən Kərimov, “Müsavat”dan Arif Hacılı rəhbərlik edir. “Vahid namizəd”in imzatoplama kampaniyasında ACP, KXCP, ALP, “El” hərəkatı “imzatoplama məsuliyyətli işdir” bəhanəsi ilə əslində prosesdən kənarda saxlanıldılar.
Təbii ki, AXCP ilə “Müsavat”ın “Milli şura” daxilində hegemonluq nümayiş etdirmə cəhdləri digər partiyalar tərəfindən heç də birmənalı qarşılanmır. Hələ imzatoplama kampaniyası zamanı kvota bölgüsündə adlarının qarşısına “0” işarəsi qoyulmasına kəskin etiraz bildirən KXCP-nin sədri Mirmahmud Mirəlioğlu AXCP-nin və “Müsavat”ın ünvanına kəskin ittihamlar səsləndirmişdi. “El” hərəkatının təmsilçiləri öz incikliklərini qurumun tədbirlərini baykot etməklə büruzə verdilər. “Milli şura”nı özününküləşdirən AXCP və “Müsavata” ən kəskin təpkilər isə ALP-dən və ACP-dən gəlir. Bu iki partiya Əli Kərimli ilə İsa Qəmbəri “Milli şura”nı və bütövlükdə radikal düşərgəni parçalamaqda ittiham edirlər. Münasibətlər o səviyyədə kəskinləşib ki, “cəbhəçilər”lə “Müsavat”çılar sonuncuları ümumiyyətlə “Milli şura”dan kənarlaşdırmaq məsələsini gündəmə gətiriblər. “Müsavat” başqanının müşaviri Səxavət Soltanlı Rəsul Quliyevin “vahid namizəd” Cəmil Həsənovun və qurumun əleyhinə təbliğat apardığı, Lalə Şövkətin isə heç bir səbəb göstərmədən birgə tədbirlərə qatılmadığı üçün dərhal “Milli şura”dan xaric edilməli olduqlarını açıq mətnlə dilə gətirib. “Müsavat”ın funksioneri bir az da qabağa gedərək vurğulayıb ki, R.Quliyevi və L.Şövkəti “Milli şura”dan xaric etmək üçün bunlardan əlavə də kifayət qədər əsaslar var. AXCP ilə “Müsavat” təmsilçilərinin bu kimi səslənmələrinə ALP-dən və ACP-dən gələn cavablarda isə bir qayda olaraq qarşılıqlı ittihamlar irəli sürülür.
Seçkilərə sayılı günlər qaldığı bir ərəfədə “Milli şura” təmsilçiləri arasında münasibətlərin hədsiz dərəcədə gərgin olduğu radikalların sentyabrın 22-də keçirdikləri mitinqdə bir daha özünü büruzə verdi. Mitinqdən öncə verdikləri açıqlamalarda radikallar bəyan edirdilər ki, 22 sentyabr aksiyası qondarma qurumun bayrağı altında keçiriləcək. Ancaq bu “centlmen razılaşması”nın mürəkkəbi qurumamış AXCP və “Müsavat” ümumi qaydaların onlara aid olmadığını nümayiş etdirdilər. Mitinqin iki cüt, bir tək muzdlu iştirakçıları əllərində ancaq AXCP-nin və “Müsavat”ın bayraqlarını yellədirdilər. Meydanda digər partiyaların bayraqları ümumiyyətlə gözə dəymirdi. Bu isə onu deməyə əsas verir ki, Əli Kərimlinin və İsa Qəmbərin rəhbərlik etdikləri partiyalar Rüstəm İbrahimbəyovun dönəmində “böyük, kiçik yeri bilməyən” siyasi qruplara indi qısasçılıq mövqeyindən yanaşırlar və onları proseslərdən kənarda saxlayırlar.
Elə haqqında bəhs olunan mitinq zamanı ACP lideri Rəsul Quliyevin okeanın o tayından partiyanın sədri Sülhəddin Əkbərə telefon açaraq “Milli şura” üzvlərinin ünvanına təhqirlər yağdırması da qurum daxilində ciddi-cəhdlə ört-basdır edilən çox gərgin münasibətlərin ifadəsidir. Bundan əvvəl Cəmil Həsənovun görüş-mitinqinə “belə tədbirlərlə heç Yasamalın icra başçısını da seçmək olmaz” kimi ironiyalı münasibət bildirən ACP sədri bu dəfə “Milli şura”nın mitinqini multfilmə bənzədir, qondarma qurumun tribunada təmsil olunan nümayəndələrini aşağılayır, onları “axmaq”, “vahid namizəd” Cəmil Həsənovu isə özüsayağı “bədbəxt” adlandırır. ACP liderinin “El” hərəkatının rəhbəri Eldar Namazovu nəzərdə tutaraq “Bu Eldar nə hoppanıb ora?” deməsi də diqqəti çəkən məqamdır. Görünür, bundan əvvəl “Milli şura”dan inciklərin sırasında yer alan reneqatın indi Cəmil Həsənovun yanında dayanması Rəsul Quliyevi bərk qəzəbləndirib.
Ancaq ACP liderinin qəzəblənməsinə nə hacət var? Axı hamı bilir ki, Eldar Namazov sürüşkəndir, ayağını həmişə iki başmağa qoyur. Bunun təsdiqi kimi onun vaxtilə təmsil olunduğu indiki iqtidar komandasına xəyanət edərək öz yerini radikalların sırasında tapmasını, burada Rüstəm İbrahimbəyovla yaxınlaşaraq dar günündə ona qucaq açan partiyaları küncə sıxışdırmasını xatırlamaq kifayətdir. İndi isə o öz xislətinə uyğun olaraq Rəsul Quliyevin təbirincə desək, “Milli şura”nın mitinqinin “tribunasına tullanıb” və bir qədər önə çıxan Cəmil Həsənovun yanında dayanmağı özünə böyük “şərəf” bilib.
Sülhəddin Əkbərlə telefon danışığında “Milli şura”nın üzvləri haqqında təhqiramiz ifadələr işlətdiyi üçün Rəsul Quliyevin qurumdan kənarlaşdırılması məsələsi gündəliyə gətirilib. “Milli şura”nın İcra Aparatının rəhbəri Eldar Namazov bildirib ki, üzvlərin qurumdan uzaqlaşdırılması ilə bağlı mexanizm yoxdur.
Eldar Namazov indi oturub fikirləşir ki, “əşşi mən bu müxalifətçilərdən ötrü dəridən-qabıqdan çıxıram. “El”, “Milli şura”, filan yaradıram, onları hakimiyyətə gətirməyə çalışıram, amma əvəzində “zibil”, “tula” kimi titullara layiq görülürəm. Heç xəyanət elədiyim, gecə-gündüz əleyhinə çalışdığım hakimiyyət mənə belə şeylər demir. İnsafən, ən ağır sözləri dönük mənasını verən “reneqat”dır ki, bu da maraqlı səsləndiyi, başqa dildən götürüldüyü üçün cəlbedici görünür”.
Hərdən düşünürsən ki, bu müxalifətçilər yaxşı eləyib, Eldar Namazovu təhqir edirlər. Hamının eşidib-bildiyi şeyi təkzib etməyə çalışana bu da azdır. Deyir ki, Rəsul Quliyev o sözü deməyib, çünki özü bunu təkzib edir. Hələ Rəsul Quliyevi “Milli şura”dan çıxarmaq istəyənlərə xatırladır ki, üzvlərin qurumdan uzaqlaşdırılması ilə bağlı mexanizm yoxdur. Lap yaxşı. Bəs niyə götürüb “Milli şura”nın proqramına yazmısan ki, hakimiyyətə gələn kimi parlamenti buraxacağıq. Bəs qanunvericilikdə parlamentin buraxılması mexanizmi nəzərdə tutulub? Əlbəttə yox. Amorf bir təşkilatın mafioz bir üzvünü (ifadə “Müsavat”ın funksioneri Arif Hacılıya məxsusdur-M. A.) uzaqlaşdırmaq üçün mexanizm tapa bilmirsən, amma xalqın seçkilər vasitəsilə formalaşdırdığı, dövlət hakimiyyətinin əsas qollarından biri olan parlamenti buraxmaq istəyirsən. Beləsinə nə desən azdır.
Rəsul Quliyevin son açıqlaması isə “Milli şura”da təmsil olunan partiyalar və siyasi qruplar arasında bütün bağlantıların qırıldığından xəbər verir. ACP lideri qurumda təmsil olunan partiyaların rəhbərlərini tənqid edərək bildirib: “İndiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini görmürəm. Onların “azad seçkilər olsaydı udardıq, ona görə də siyasətdən getməyəcəyik” ideologiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil”. R.Quliyevin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür: “Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. 2013-cü ilin birinci beş ayı “Milli şura” adlanan amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım “vahid namizəd” seçməyə həsr olundu. Və “vahid namizəd” seçiləndən 15 gün sonra dərhal “alternativ namizəd” ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memorandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib”.
“Milli şura”dakı vəziyyət o qədər qarmaqarışıqdır ki, orada təmsil olunanlar bir-birilərıni ağır şəkildə təhqir etməkdən belə çəkinmirlər. Rəsul Quliyev “Milli şura”nı siyasi bacarıqsızlıqda ittiham edir və onun rəhbərliyində təmsil olunan şəxslər haqqında təhqirlərini səngitmir. Rəsul Quliyevdən soruşmaq lazımdır ki, “Milli şura” bu cür amorf qurum olduğu halda, niyə onun üzvlüyündən çıxmır, məgər onu orada zorla tutub saxlayıblar? İsa Qəmbər və Əli Kərimli kimilərdən də soruşmaq gərəkdir ki, əgər Rəsul Quliyev “Milli şura”ya xəyanət edirsə, onu qurumdan niyə kənarlaşdırmırlar və təhqirlərə dözməkdə davam edirlər? Onda belə çıxır ki, onlar Rəsul Quliyevin “Milli şura” ilə bağlı dedikləri ilə razılaşırlar. Bir sözlə, hər iki tərəf bir-birini qamçılayır, eyni zamanda da, “Milli şura” kimi qondarma bir qurumun çətiri altında qalırlar...

 
  • Oxunub:  24180  |  
  • Tarix:  27-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA