Ana səhifə »  Müəlliflər »  Bildirçinin bəyliyi darı sovrulana kimi, Cəmil Həsənovun hay-küyü seçki bitənə qədərdir
A+   Yenilə  A-
Bildirçinin bəyliyi darı sovrulana kimi, Cəmil Həsənovun hay-küyü seçki bitənə qədərdir
Yazdı: Mübariz Abdullayev

Cəmil Həsənov, artıq linzaları çıxarıb kənara atmağın, real həyata ayıq başla baxmağın, Don Kixotsayağı sərgüzəştlərdən əl çəkməyin vaxtıdır
İndiyədək siyasi aktivliyi ilə seçilməyən, adı yalnız üzvlərinin özlərinin “klub kimi bir şey” adlandırdıqları “Ziyalılar forumu”nun tədbirlərində gündəmə gələn Cəmil Həsənovun birdən-birə AXCP, “Müsavat” kimi iddialı partiyaların cəm olduğu “Milli şura”nın favoritinə çevrilməsi suallar doğurmaya bilməz. Nədən seçkilərə namizəd kimi qatılmaq üçün, necə deyərlər, sinə sürtən İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rəsul Quliyev və bu qəbildən olan digərləri yox, məhz Cəmil Həsənov?
Partiyalar arasındakı amansız rəqabət xarizmasız Cəmil Həsənovu önə çıxartdı
Qeyd edək ki, hələ seçki marafonuna start verilməmişdən xeyli öncə özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP və “Müsavat” təmsilçiləri radikal düşərgənin “vahid namizəd”liyi uğrunda amansız mübarizəyə başlamışdılar. Bu mübarizə əvvəl “İctimai palata” daxilində gedirdi. “Müsavat”çılar “İsa Qəmbər radikal düşərgədə hamıdan çox stajı və yaşı olan siyasətçidir” arqumentini əsas tutaraq iddia edirdilər ki, bu seçkilərdə “vahid namizəd” statusuna məhz o müəyyənləşdirilməlidir. “Müsavat”ın üzvləri öz niyyətlərinin ciddi olduğunu cari ilin yanvarında partiyanın divanının seçkilərə İsa Qəmbərin namizədliyi ilə getməklə bağlı çıxardığı qərarla təsdiqlədilər.
“Cəbhəçi”lər də “Müsavat”çılardan geri qalmayaraq “vahid namizəd”liyə ən layiqli partiya rəhbəri kimi Əli Kərimlini təbliğ etməyə başladılar. Hətta onlar onlayn “seçkilər” keçirərək AXCP sədrinin “Müsavat”ın başqanından düz beş dəfə artıq səs topladığını bəyan etdilər.
Sonradan AXCP ilə “Müsavat” arasında “vahid namizəd” savaşı “Milli şura” daxilində kulminasiya nöqtəsinə çatdı. “Müsavatçılar”ın “vahid namizəd” məsələsində dirəniş göstərmələrinin cavabında Əli Kərimli “Milli şura” daxilində İsa Qəmbəri gözdənsalma kampaniyasına start verdi. Əli Kərimli ilə İsa Qəmbərin, eləcə də, Eldar Namazovun, Rəsul Quliyevin “vahid namizəd”liyi bir-birlərinə güzəştə getməmələri sonda “şahlıq quşunun” “tarixçi-alim” olduğu deyilən Cəmil Həsənovun başına qonması ilə nəticələndi.
Cəmil Həsənov “günah keçisidir”
Cəmil Həsənov kimi zəif, iddiasız, melanxolik birisi radikallara həm də oktyabrın 9-da keçiriləcək seçkilərdə növbəti acınacaqlı məğlubiyyətlərini ört-basdır etmək üçün gərəkdir. Məlumdur ki, radikallar cari seçkilərdə kiçicik uğura belə, ümid bəsləmirlər. Onlar cəfəng səslənmələri, avantürist əməlləri ilə seçicilərin inamını büsbütün itirmələrinin fərqindədirlər. Buna görə də radikallar seçkilərdən sonrakı mərhələdə siyasi səhnədən tamam getməməyin qayğısına indidən qalmaq barədə düşünmək zorundadırlar. Bəri başdan demək olar ki, seçki günü radikalların yaşayacağı rəzalətin, acınacaqlı məğlubiyyətin bütün günahı “tarixçi-alim”ın boynunda qalacaq. Necə ki, indi radikallar bir vaxtlar bəh-bəhlə təriflədikləri, az qala pərəstiş etdikləri Rüstəm İbrahimbəyovun bostanına daş atmaq üçün növbəyə düzülüblər, seçkilərdən sonra da eyni tərzdə Cəmil Həsənovun “saçlarını yolacaqlar”, onu sağdan, soldan, aşağıdan, yuxarıdan tənqid hədəfinə tuş edəcəklər ki, nə üçün “Milli şura” heç 1 faiz də olsun səs yığa bilmədi.
Budur, AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində İctimai Televiziyada “döyüşlər” getdiyini yazır.
Bəs bu “döyüşlərdə” Əli Kərimli və İsa Qəmbər niyə yoxdurlar? Çünki onlar televiziya debatlarında üzlərinə deyiləcək həqiqətlərdən çəkinərək Cəmil Həsənovu qabağa verdilər. Yaşlı bir insanı öz iyrənc oyunlarının qurbanı etmək özü-özlüyündə insanlığa sığmayan hərəkətdir. Amma Cəmil Həsənova bu da azdır. Hələ ki, ona 5-10 adam salam verir, seçkilər bitəndən sonra salam verən də olmayacaq.
Bunlar müxalifətdəki yerlərinə o qədər alışıblar ki, dediklərinə özləri də inanmırlar. Amma C.Həsənovu qızışdırıb bu cəfəngiyyata inandırıblar. O da bildirçinin bəyliyi darı sovrulana qədər çəkdiyi kimi, heç olmasa oktyabrın 9-na qədər “lider”, “prezident” olmağın ləzzətini duymaq istəyir. Buna görə də rola girib.
“Milli şura”nın “vahid namizəd”i yalançı cəngavər rolunda
Cəmil Həsənovun teledebatlarda səslənmələri, radikalların nəzarətində olan mətbuat orqanlarına açıqlamalar verməsi, Londona, Tbilisiyə səfərlərə çıxması Servantesin qəhrəmanı Don Kixotun qılınc sıyırıb yel dəyirmanı, tozanaqla davaya çıxmasına bənzəyir.
Cəmil Həsənov mətbuata verdiyi müsahibəsində teledebatlardakı “qəhrəmanlığından” söz açır, elə yıxdım, belə vurdum deyir.
Görünür, bunun yelpazə gəzdirənləri yanında o qədər onu tərifləyiblər ki, deyəsən, həqiqətən də “suda batmaz”, “odda yanmaz” olduğuna inanıb. Seçki prosesi, seçki texnologiyası, seçki strategiyası haqqında xəbəri olmayan bu binəva elə düşünür ki, bütün seçki İTV-də 6 dəqiqəlik təhqiramiz çıxışdan ibarətdir. Daha seçicilərlə işləmək, insanlarla görüşmək, öz məqsəd və məramını seçicilərə çatdırmaq, elektoratını gücləndirmək, səmərəli təbliğat qurmaq və s. lazım deyil. Cəmil Həsənov kimi hakimiyyətə “xox” gələn çox olub. İndi hanı onlar? Nə qədər korafəhm və burnunun ucunu görməyən olasan ki, 2-3 sicilləmə çıxışla bu qədər nüfuz sahibi olan hakimiyyəti sarsıtdığını düşünəsən.
Yaxşı olardı ki, C.Həsənov Fərhad Əliyevin hüquqlarını müdafiə etdiyinə görə keçmiş nazirin xalqdan oğurladığı pullardan ona nə ötürdüyünü də desin. Yoxsa elə düşünür ki, insanlar onun F.Əliyevi təmənnasız müdafiə etdiyinə inanır? C.Həsənovun parlamentdə olanda hakimiyyəti necə tənqid etdiyi barədə göstərdiyi “faktlar” R.İbrahimbəyovun xalq hərəkatı dövründə “müstəsna xidmətləri” barədə qurama iddialarını xatırladır. Səndən öz kitablarında, çıxışlarında Heydər Əliyev, İlham Əliyev haqqında yüksək fikirlər söyləməyinlə indiki ittihamlarının uyğun gəlməməsinə izahat tələb edirlər. Dediyin kimi, təmiz adamsansa, normal izahat ver.
Yeri gəlmişkən, radikal düşərgədə İddia edilir ki, guya Cəmil Həsənovun çağırışları dindar kəsimdə rəğbət doğurub. Bu məqamda deməyə bir söz qalır ki, faktların necə təhrif edilməsi metodunu öyrənmək istəyənlər müxalifət başbilənləri və mətbuat qəzetlərində stajirovka keçsinlər. İslam Partiyası Ədalət Partiyasının sədri İlyas İsmayılova səs verəcəyini bəyan edir, müxalifət də 2-3 nəfər cəmiyyətə dindar kimi sırınan avantüristin iddialarını əlində bayraq edib deyir ki, inanclı kəsim Cəmil Həsənovu dəstəkləyir. İnanclı kəsim kimdir? İranın təsiri altında olan, oradan maliyyələşən və oranın sözünü deyənlər, yoxsa Qafqaz Müsəlmanları İdarəsi, xarici dairələrin oyunlarında iştirak etməyən minlərlə dindar? Dindarlar kimin yanındadırlar? Bu günə kimi onları siyasi oyunlara cəlb edib alətə çevirmək istəyən müxalifətin, yoxsa inanclı kəsimə öz hüquqlarını qaytaran, məscidləri bərpa edən, Azərbaycanı dini tolerantlıq məkanına çevirən iqtidarın? Cəmil Həsənov, artıq linzaları çıxarıb kənara atmaq, real həyata ayıq başla baxmağın, Don Kixotsayağı sərgüzəştlərdən əl çəkməyin vaxtıdır.

 
  • Oxunub:  24750  |  
  • Tarix:  24-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA