Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənov növbəti teledebatda da özünü ifşa etdi
A+   Yenilə  A-
Cəmil Həsənov növbəti teledebatda da özünü ifşa etdi
Yazdı: Mübariz Abdullayev

Və yaxud qozbeli qəbir düzəldər
Məlum olduğu kimi, sentyabrın 21-də İctimai Televiziyada prezidentliyə namizədlərin növbəti-sayca üçüncü teledebatı baş tutdu. Budəfəki teledebatda da qondarma “Milli şura”nın prezidentliyə “vahid namizəd”i Cəmil Həsənov yenə manipulyasiya cəhdləri ilə gündəmə gəldi və özünü növbəti dəfə ifşa etdi.
Əvvəlcə, onu qeyd edək ki, prezidentliyə namizədlərin qalmaqalla yaddaqalan ikinci teledebatı ciddi rezonansa səbəb olub. İctimaiyyətin nümayəndələri, ziyalılar, gənclər sentyabrın 19-da prezidentliyə namizədlərin İTV-də keçirilən teledebatında “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun canlı yayımda milyonlarla tamaşaçı auditoriyasına hörmətsizlik nümayiş etdirməsini, statusuna yaraşmayan hərəkətlərə yol verməsini, etikadankənar ifadələr işlətməsini kəskin qınaq obyektinə çeviriblər. Bildirilir ki, Cəmil Həsənov namizədlər üçün ayrılan pulsuz efir vaxtından öz platformasından, seçkilərə qatılmaq niyyətlərindən, ölkənin sosial-iqtisadi, siyasi həyatında görmək istədiyi dəyişikliklərdən söhbət açmaq əvəzinə, populist fikirlər, heç bir əsası olmayan iddialar səsləndirməyə, opponentlərinin mövqeyini nəzərə almamağa, onları aşağılamağa üstünlük verdi və beləliklə də, canlı televiziya debatında qalmaqal yaşandı. Bundan sonra Azərbaycan cəmiyyəti gözləyirdi ki, prezidentliyə namizədlər 21 sentyabrda növbəti dəfə tamaşaçılarla görüşə gələndə Cəmil Həsənov ötən teledebatda məhz onun özünün səbəbindən mavi ekranda yaşanan xoşagəlməz olaya görə günahını etiraf edəcək və tamaşaçılardan üzr istəyəcək.
Həqiqətən də, normal məntiqlə yanaşanda, gərək, Cəmil Həsənov özü ilə təkbətək qalanda olub keçənləri analiz edəydi və nəticə çıxaraydı. Nəticə çıxaraydı ki, ölkənin idarə olunmasına, siyasi proseslərə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı fəlakətlərlə, vətəndaş itaətsizliyi ilə üz-üzə qoyan AXC-”Müsavat” iqtidarında təmsil olunanların düşüncə tərzi ilə yanaşmaq olmaz. Qaragüruhçuluq, hay-küyçülük, məmurların televiziya ekranlarında ağızlarına gələni danışmaları, insanlara silah silkəmələri dövrü tarixin arxivində qalıb. Lakin görünür, Cəmil Həsənov özünün də təmsil olunduğu AXC-”Müsavat” iqtidarının “idarəçilik prinsiplərini”, “ancaq mən deyən olmalıdır” hikkəsini, yalan məlumatlarla cəmiyyəti çaş-baş salmaq vərdişlərini hələ də şüuraltı səviyyədə qoruyub saxlayır və zaman-zaman da bunu büruzə verir.
Yəqin, elə bu səbəbdəndir ki, sentyabrın 21-də İTV-də keçirilən növbəti debatda auditoriya nə Cəmil Həsənovun etiraflarını gördü, nə də hansısa bir formada peşmançılığının şahidi oldu. Əksinə, Cəmil Həsənov bu dəfə də köhnə ampluasında idi. Burada deyiblər ki, qozbeli qəbir düzəldər və yaxud kor tutduğunu buraxmaz.
Cəmil Həsənovun haqqında bəhs olunan televiziya debatında səsləndirdiyi cəfəng fikirlərdən bir daha bəlli olur ki, onun və ümumiyyətlə, “Milli şura” deyilən qondarma qurumun sivil prinsipləri özündə ehtiva edən ardıcıl seçki siyasəti yoxdur. Belə başa düşülür ki, radikalların “birlik” formatı sayılan “Milli şura”nın “vahid namizəd”inin platforması hələ də hazırlanıb başa çatdırılmayıb. Buna görə də, portfelsiz Cəmil Həsənov ona ayrılan növbəti efir vaxtını da nağıl danışmaqla, cəfəng uydurmalar söyləməklə doldurdu.
Prezidentliyə namizəd nə qədər qeyri-ciddi olmalıdır ki, xaricdə əsasən beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan qəzetlərdə ölkəmizlə bağlı dərc olunan qərəzli məqalələri “korrupsiya faktlarına” dair “dəlil-sübutlar” kimi əlində bayraq etsin. Ancaq bunu radikalların yığışdığı “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov edir. Cəmil Həsənovun “tarixçi alim” olduğu deyilir. Elə isə hamıdan çox o, belə məqalələrin əksər hallarda subyektiv mülahizələr əsas götürülərək qərəzli sifarişlə yazıldığının fərqində olmalı və araşdırmalar, paralellər aparıb həqiqət məqamının harada olduğunu müəyyənləşdirməli idi. O isə bunları etmir, əvəzində ermənipərəst Rüstəm İbrahimbəyovun dublyoru, müəlliminə belə xəyanət yolu tutan AXCP sədri Əli Kərimlinin “siyasi ehtiraslarını səngidən birisi” (ifadəni ilk dəfə haqqında bəhs olunan televiziya debatında digər bir prezidentliyə namizəd, BAXCP-nın sədri Qüdrət Həsənquliyev işlədib-M.A.) rolunda çıxış edir. Üç televiziya debatıdır ki, tutuquşu kimi eyni şeyi təkrarlayıb “əlimdə korrupsiyaya dair faktlar var” deyən Cəmil Həsənov nəyə görəsə gözləmə mövqeyi tutur, belə “faktlar”ın mənbəyini açıqlamır, yalnız “filan qəzet elə yazıb, filankəs belə bəyanat verib” deməklə kifayətlənir.
Əslində, namizədlərin televiziya debatında “məndə korrupsiyaya aid faktlar var” deyərək şantajçılıqla məşğul olan Cəmil Həsənov, gərək, ilk növbədə, özünün korrupsiya əməlindən bəhs edə idi. Bəli, hazırkı iqtidarı əlində heç bir fakt olmadan korrupsiyada günahlandıran Cəmil Həsənov saxta əlillik arayışları ilə dövlət orqanlarını aldadaraq vaxtından bir neçə il qabaq təqaüdə çıxıb və hazırda da Milli Məclisin sabiq deputatı kimi hər ay 2000 manat civarında təqaüdü alıb cibinə qoyur. Necə başa düşək, arayışda “gözü zəif görür” yazılan Cəmil Həsənov televiziya debatlarında əlindəki mətnləri sərbəst şəkildə oxuyur, hələ onu heç kəs eynək taxan görməyib, digər bir tərəfdən isə o, son dərəcə gərgin iş qrafikində çalışan prezident olmaq fikrinə düşüb? “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənovun təqaüd fırıldağına yol verməsi ilə bağlı ifşaedici faktlar namizədlərin ilk debatında açıqlansa da, nə ikinci, nə də üçüncü debatlarda “tarixçi alim” ortaya bu dəlil-sübutları təkzib edən sənədlər qoya bilmir və hər vəchlə bu kimi suallardan yayınmağa çalışır.
Öz gözündə tiri görməyib başqalarının gözündə çöp axtaran Cəmil Həsənovun yalan danışdığı, məhz özünün korrupsiya əməllərinə meyilli olduğu elə haqqında bəhs olunan debatdaca tərs sillə kimi onun üzünə çırpıldı. Prezidentliyə namizəd Zahid Oruc və prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli şura”nın “vahid namizəd”inin əvvəlki debatda prezidentliyə namizədə yaraşmayan hərəkətlərinə görə üzr istəməli olduğunu dilə gətirdilər. Siyavuş Novruzov öz çıxışında Cəmil Həsənovun söylədiklərinin heç bir əsası olmadığını bildirərək diqqəti onun özünün yol verdiyi qeyri-qanunu hərəkətə yönəltdi: “Cəmil Həsənlinin dediklərinin heç bir əsası yoxdur. Onun dedikləri heç bir mənbəyə əsaslanmır. O, bir neçə qəzetin ermənilər tərəfindən uydurulmuş mənbələrə istinadən yazdıqları ayrı-ayrı fikirləri səsləndirdi. Fərhad Əliyev sayəsində Cəmil Həsənliyə verilən obyektlərin sənədlərini istəyəcəyik. Hesabat versin ki, universitet müəllimi, bu obyektlər səndə haradandır?”.
Haqqında bəhs etdiyimiz televiziya debatında prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Cəmil Həsənova ünvanladığı ritorik sual da sonuncunun üzünə çəkdiyi maskanın yırtılması baxımından diqqəti cəlb edir: “Harada yazılıb ki, bir alimin yazdığı kitab ona qarşı kompromat ola bilər? Cəmil müəllimin mənə təqdim etdiyi bu kitab 2013-cü ildə çap olunub. Cəmil müəllim mövqeyində 180 dərəcə dəyişiklik edir”.
Zənnimizcə, heç bir şərhə ehtiyac yoxdur. Qondarma “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun saxtakarlığı, sürüşkən mövqeyi və dəyişən mənəviyyatı ortadadır.

 
  • Oxunub:  25620  |  
  • Tarix:  23-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA