Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov radikal müxalifəti növbəti dəfə ifşa etdi
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov radikal müxalifəti növbəti dəfə ifşa etdi
Yazdı: Mübariz Abdullayev

Qoca kinodramaturqun son açıqlamaları radikalların “Milli şura” oyununun əsl mahiyyətini bütün cəhətləri ilə açıb ortaya qoydu
Radikal müxalifət düşərgəsinin seçkiöncəsi yeni “birlik” formatı kimi təqdim etdiyi “Milli şura”nın əsl mahiyyəti ortaya çıxır. “İctimai palata”, “Ziyalılar forumu” və bu kimi eynitəyinatlı qondarma qurumların olmasına rəğmən, seçkiqabağı dövrdə radikalların yeni bir təşkilatda cəm olmaları suallar və şübhələr doğurmaya bilməzdi. Bu baxımdan qondarma qurumun sədri və sabiq qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyovun mətbuata verdiyi son müsahibə xüsusilə diqqəti çəkir. Müsahibəni, əslində Rüstəm İbrahimbəyovun “Milli şura” haqqında müəllif etirafları kimi də dəyərləndirmək mümkündür. Qoca kinodramaturqun açıqlamaları radikalların “Milli şura” oyununun əsl mahiyyətini bir daha bütün cəhətləri ilə ortaya qoyur.
Qondarma “Milli şura”nın tarixi zərurətdən və ya Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişindən yaranmadığı hər kəsə bəllidir. Tarixinin yeni intibah dövrünü yaşayan, sosial, iqtisadi, mədəni sahələrdə böyük uğurlara imza atan Azərbaycanda “Milli şura” deyilən bu cür qondarma bir qurumun yaradılmasına nə ehtiyac var idi? Bundan başqa, monolitliyi, yüksək vətəndaş həmrəyliyi ilə fərqlənən Azərbaycan cəmiyyətində belə bir qondarma qurumun meydana gəlməsinə heç bir maraq, sosial sifariş yoxdur. Azərbaycan xalqı dövlətimizin yürütdüyü milli maraqlara cavab verən, ölkənin firavan gələcəyinə hesablanan siyasətindən razıdır və bu siyasətin həyata keçirilməsində fəal şəkildə iştirak edir.
Beləliklə, qondarma qurumun adına “milli” sözünün yamaq edilməsinə baxmayaraq, sırf subyektiv amillərin ifadəsi kimi meydana çıxdığı ortadadır. Rüstəm İbrahimbəyov son müsahibəsində “Milli şura” ilə bağlı bu məqamı açıq şəkildə dilə gətirir. Qoca kinodramaturqun söylədiklərindən aydın olur ki, “Milli şura” məsələsi heç radikal düşərgədəki partiyaların, siyasi qrupların da ümumi ideyası deyil. Bu məsələ qisasçılıq hissi ilə ahıl yaşında siyasətə “kəllə vuran” Rüstəm İbrahimbəyovun utopik düşüncələrinin, şəxsi istəklərinin təzahürü olaraq radikal düşərgəyə qəbul etdirilib. Qoca kinodramaturq bütün təvazökarlıq hədləri aşaraq deyir: “Milli şura”nın yaradılması mənim təşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi”.
Bəs necə oldu ki, özlərini radikal düşərgənin əsas güc mərkəzləri sanan AXCP, “Müsavat” kimi partiyalar heç vaxt siyasətlə məşğul olmayan ahıl yaşlı Rüstəm İbrahimbəyovun şəxsi təşəbbüsünü özlərinin siyasi mübarizə platformaları səviyyəsinədək qaldırdılar? Nə baş verdi ki, aralarında daim intriqalar yaşanan, bir-birlərinə qarşı ardı-arası kəsilmədən ambisiyalar sərgiləyən Əli Kərimli, İsa Qəmbər və bu sırada olan digərləri qoca kinodramaturqa münasibətdə loyallıq göstərdilər, onun dediklərini yazılmamış qanun kimi qəbul etdilər?
Bu sualların cavabında iki amili-radikalların uğrunda hər şeyi qurban verməyə hazır olduqları maddi maraqlarını və Rüstəm İbrahimbəyovun radikalların bu istəklərini gen-bol qarşılamaqla bağlı ifadə etdiyi vədləri xüsusi olaraq vurğulamaq gərəkdir. Rüstəm İbrahimbəyovun öz kosmopolit, ermənipərəst xarakterinə uyğun olaraq xaricdəki beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan anti-Azərbaycan dairələrlə sıx əlaqələr qurduğu hər kəsə bəllidir. Qoca kinodramaturq zaman-zaman antimilli mərkəzlərin diktəsi ilə Azərbaycan cəmiyyətinin ümumi maraqları ilə üst-üstə düşməyən, xalqımızı aşağılayan fikirlər səsləndirib. Həmin mərkəzlər işlətdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yaxa qurtarmaq üçün yollar arayan Rüstəm İbrahimbəyova saxta “Milli şura” “yaratmağı” sifariş etdilər və sonuncu da bu sifarişi məmnuniyyətlə “şəxsi təşəbbüsü” kimi gündəmə gətirdi.
Rüstəm İbrahimbəyov mətbuata verdiyi son müsahibəsində “Milli şura”ya, necə deyərlər, dağlanmış ət iyinə üz tutan radikallar arasında lap əvvəldən qarşıdurmalar olduğunu da açıq mətnlə dilə gətirib. Qoca kinodramaturq müsahibəsində “Milli şura”dakıların bir-birləri ilə dil tapa bilməyəcəklərindən ehtiyatlandığından” danışır. Rüstəm İbrahimbəyov etiraf edir ki, o, qondarma qurum üzvlərinin qarşılıqlı ədavətləri üzündən “Milli şura”nın zorən “vahid namizəd”i olmağa razılıq verib. Sitat: “İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə “vahid namizəd” olum. Məni məcbur elədilər... İyunda “Milli şura” yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə “vahid namizəd” olum. Gördüm ki, “Milli şura”da olanlar bir-birləri ilə dil tapa bilməyəcəklər. Ona görə də, bu qərara gəldim...Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki, “vahid namizəd” mən olmalıyam”.
Qoca kinodramaturqun “Milli şura”da “vahid namizəd” müəyyənləşdirilməsinə nail olan Rəsul Quliyev-Eldar Namazov cütlüyünün qondarma qurumda hegemon mövqeyi başlanğıcda açıq-aydın hiss olunurdu. Rüstəm İbrahimbəyov “Milli şura” adından danışmaq üçün ancaq reneqatı Moskvaya dəvət edirdi. Radikalların sırasına gec qatılan Eldar Namazov Rüstəm İbrahimbəyovun dəstəyi sayəsində qondarma qurumun Mərkəzi İcra Aparatının rəhbəri statusuna yüksəldi...Okeanın o tayından tez-tez “Milli şura”ya mesajlar ünvanlayan ACP lideri Rəsul Quliyev isə qoca kinodramaturqun “alovlu tərəfdarı” olduğunu vurğulayaraq qondarma qurumun digər üzvlərinə saymazlıq jesti nümayiş etdirirdi. Bu da çox çəkmədi...
Rüstəm İbrahimbəyovun vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərə görə məsuliyyətə alınmaqdan qorxaraq ikili vətəndaşlıq probleminin həllini məqsədli şəkildə yubatması və bu səbəbdən də “vahid namizəd” statusunu itirməsi üzündən indi “Milli şura”da vəziyyət dəyişib. Hazırda “İctimai palata”da olduğu kimi, burada da AXCP və Müsavat Partiyası söz sahibidir, Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət isə küncə sıxışdırılıblar. “Milli şura”nın yeni “dublyoru” Cəmil Həsənova gəldikdə, o, xarizmatik şəxs deyil, daha çox Əli Kərimlinin və İsa Qəmbərin dediklərini təkrarlaması ilə fərqlənir.
R.İbrahimbəyov həmin müsahibədə bildirib ki, “mən artıq siyasətlə məşğul olmuram və olmayacağam. Sadəcə, seçki prosesinə qarışdım. Buna da ki, məcburiyyət qarşısında qaldım”.
Rüstəm İbrahimbəyovun “Milli şura” ilə yollarının ayrıldığını bildirməsi əvvəlcədən gözlənilən məsələ idi. Hadisələri real qiymətləndirən siyasətçilər “Milli şura”nın R.İbrahimbəyovun layihəsi olduğunu deyəndə, bunu AXCP və Müsavat Partiyasının başbilənləri və onların nəzarətində olan KİV top-tüfənglə qarşılayırdı. Artıq hər şey məlumdur. R.İbrahimbəyov məcbur olub açıq şəkildə “Milli şura”ya, əsasən də Əli Kərimliyə bildirir ki, yaxamdan əl çəkin, mən siyasətlə məşğul olmaq istəmirəm. Amma bu məsələdə R.İbrahimbəyov çox gecikdi. Çünki hazırkı vəziyyətdə real olaraq o, “Milli şura”da AXCP və Müsavat Partiyası tərəfindən oyundankənar vəziyyətə salınıb. Necə deyərlər, Ə.Kərimli və İ.Qəmbər də ona vaxtında torba tikmək fürsətini əldən vermədilər. İndi qalır, R.İbrahimbəyovun yadigarı, dublyor Cəmil Həsənov. Onu da ki, hazırda İ.Qəmbərlə Əli Kərimli siyasi girov saxlayır. Tələsmək lazım deyil, prezident seçkilərindən sonra o da deyəcək ki, məni bu oyunlara R.İbrahimbəyov, E.Namazov, İ.Qəmbər və Ə.Kərimli salmışdı və indən belə mən də siyasətlə məşğul olmayacağam.
Beləliklə, xaricdəki antimilli mərkəzlərin diqtəsi, kosmopolit Rüstəm İbrahimbəyovun “şəxsi təşəbbüsü” kimi gündəmə gətirilən və radikalların müəyyən umacaqlar müqabilində üz tutduqları “Milli şura” indi, obrazlı dildə ifadə etsək, nə irəli, nə də dala gedə bilən bir vəziyyətə düşüb. Əzəli və əbədi rəqiblər olan AXCP və “Müsavat”ın hegemonluq etdiyi saxta qurumu hansı acınacaqlı aqibətin gözlədiyini təsəvvür etmək elə də çətin deyil.

 
  • Oxunub:  25740  |  
  • Tarix:  17-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA