Ana səhifə »  Müəlliflər »  “Milli şura” özünə dəstəyi yenə xaricdə axtarır
A+   Yenilə  A-
“Milli şura” özünə dəstəyi yenə xaricdə axtarır
Yazdı: Mübariz Abdullayev

Buna görə də, Azərbaycan cəmiyyəti özlərini daim antimilli mərkəzlərin buyruq qulu kimi aparan, xalqı yalnız seçkidən-seçkiyə yada salan radikal düşərgə təmsilçilərinə inam bəsləmir
“Milli şura”nın ötən ay Bayılda təşkil etdiyi icazəli mitinq radikal müxalifət düşərgəsinin təmsilçilərinin Azərbaycan cəmiyyətində hansı reytinqə, hansı imicə malik olduqlarını bir daha göstərdi. Düşərgə təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, həmin mitinqə görə radikallara ən yaxşı halda “2” düşür. Çünki 20 il siyasət meydanında olan bir neçə partiyanın çağırışlarına rəğmən, həmin mitinqə barmaqla sayılası qədər az adam toplaşmışdı. Onların da əksəriyyəti bu və ya digər partiya rəhbərinin cangüdənləri, qohumları, muzdla tutulan mitinqçilər idi. İndi Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun, Sülhəddin Əkbərin və digərlərinin “avqust mitinqlər keçirmək üçün münasib ay deyil” demələrinə və bu kimi başqa bəhanələr gətirmələrinə baxmayaraq, əslində, haqqında bəhs edilən aksiya radikalların Azərbaycan xalqı tərəfindən dəstəklənmədiyinin, onların sosial dayaqdan məhrum qaldıqlarının bir barometri kimi dəyərləndirilir.
Burada, təbii ki, ortaya “nə üçün” sualı çıxır. Məntiqi sualdır, ancaq onu cavablandırmaq üçün bəhanələr axtarmağa nə hacət var? Sualın cavabı elə radikalların 20 illik qaraguruh “fəaliyyətlərində”dir.
Dağıdıcı düşərgə təmsilçiləri xalqla öz aralarında böyük bir uçurum yaradıblar. Onlar daim Azərbaycanda hakimiyyətə gəlmək iddiaları sərgiləyirlər. Ancaq əməllərində, səsləndirdikləri fikirlərdə hansı cəmiyyəti təmsil etdiklərini sanki “unudurlar”. Ölkəmizdə hakimiyyətə gəlməyin yeganə yolu xalqın iradəsindən keçir. AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının cəmləşdiyi dağıdıcı düşərgənin, o cümlədən də radikalların yeni “birlik” formatı kimi təqdim olunan qondarma “Milli şura”nın təmsilçiləri isə xalqa üz tutmaq, Azərbaycan cəmiyyətinin inamını qazanmaq əvəzinə, öz dəstəyini daim xaricdə axtarır. Buradan da radikalların uğursuzluqları şərtlənir.
Buna son nümunə kimi radikalların ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla keçirdikləri görüş ətrafında yaratdıqları süni ajiotajı göstərmək olar. Qeyd edək ki, sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qondarma “Milli şura”nın prezidentliyə “vahid namizəd”i Cəmil Həsənov, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, “El” hərəkatının rəhbəri Eldar Namazov, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və REAL hərəkatının Məclis sədri Erkin Qədirli ilə görüşüb.
Əlbəttə, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın kiminlə görüşməsi müzakirə predmeti deyil. Azərbaycan demokratik ölkədir və burada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri müxalifət nümayəndələri, o cümlədən də “Milli şura” üzvləri ilə görüş keçirməkdə tam sərbəstdirlər. Sual doğuran isə məsələnin başqa tərəfidir. Nə üçün belə bir görüş qapalı keçirilməli və yaxud radikallar orada nələrin müzakirə edildiyini sirr kimi saxlamalıdırlar? “Görüş barəsində ABŞ səfirliyi məlumat verəcək. Mən danışa bilmərəm”. Bunu mətbuata açıqlamasında qondarma “Milli şura”nın prezidentliyə “vahid namizəd”i Cəmil Həsənov deyib. Radikalların nəzarətində olan mətbuat orqanları isə sözügedən görüş barədə materialı belə bir sərlövhə altında dərc edib: “Riçard Morninqstar müxalifəti yenidən topladı”. Buradan belə çıxır ki, radikalların iradəsi öz əllərində deyil, onlar siyasi kuklalardır, iplərini də xarici qüvvələr çəkib buraxırlar.
Özünü ziyalı adlandıran “vahid namizəd” Cəmil Həsənovun radikalların xarici ölkənin səfiri ilə görüşdə nədən danışdıqlarını ciddi-cəhdlə gizlətməsi ikiqat təəccüb doğurur. Hər halda, bu görüşdə hansısa başqa bir ölkə deyil, məhz Azərbaycanla bağlı məsələlərdən danışıldığı şəksizdir. Elə isə hansı əlahiddə səbəblərdəndir ki, radikallar bu məsələlərin nədən ibarət olduğunu ciddi-cəhdlə xalqdan gizlədirlər? Cəmil Həsənovun açıqlaması “Milli şura”nın “vahid namizəd”inin müti buyruq qulu olduğunu, çərçivədən, onun üçün cızılan dairədən kənara çıxmağa cəsarət etmədiyini ortaya qoyur.
Radikal müxalifət təmsilçilərinin bu düşərgənin “vahid namizəd”inin dəstəyini Azərbaycan cəmiyyətində deyil, xarici dairələrdə axtarması, ilk növbədə “tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun özü üçün utancverici bir haldır. Radikalların sırasında heç kim olmasa da, o, bu məmləkətin tarixini, zəngin dövlətçilik ənənələrini bilməmiş deyil. Şair demiş, böyük bir keçmişi olan xalqın “ziyalı”sının bu gün məhdud qrup maraqları naminə yad qapılar döyməsinə heç nə ilə haqq qazandırmaq olmur. Cəmil Həsənov “vahid namizəd” müəyyənləşdiriləndən sonra nə üçün ilk təmaslarını xarici ölkə səfirlikləri ilə qurur, Londona yenə də məramı, məqsədi gizli saxlanılan görüşə gedir, ancaq ondan Azərbaycan cəmiyyəti ilə təmasların zəruriliyi barədə mesajlar eşidilmir? “Milli şura” “bizim layihədir” deyənlərdən soruşuruq: Biz xarici ölkə səfirliyində baş tutan görüşün, London səfərinin mahiyyətini xalqdan, cəmiyyətdən gizlədən Cəmil Həsənovu necə “tarixçi alim”, “ziyalı” adlandıraq?
Yeri gəlmişkən, sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarla görüşən “Milli şura” təmsilçiləri görüşdən razı qalıblar. “El” hərəkatının rəhbəri Eldar Namazov vurğulayıb ki, görüşdə qarşıdan gələn prezident seçkilərinin bütün mərhələləri müzakirə edildi: “Çox açıq və səmərəli müzakirələr oldu”.
Dünyanın heç bir ölkəsində bu qədər rəzil, miskin, mənliyi, qüruru olmayan, millilikdən uzaq müxalifət yoxdur. Xarici ölkənin səfiri qarşısında farağat dayanmaları bəs deyil, hələ bir utanmadan məmnunluq da ifadə edirlər. Hansı ölkənin hakimiyyətə iddialı müxalifəti xarici ölkənin diplomatının qəbuluna gedə bilər? Onu siyasi səhnədən dərhal silərlər.
Görəsən, bu dəfə nə vəd olundu onlara: pul, yoxsa dəstək? Amma heç nə də ola bilər. Ötən dəfəki kimi onlara səmimi şəkildə “gedin, işinizlə məşğul olun” deyə də bilərlər. Yəqin buna görə də görüşün “səmimi” atmosferdə keçdiyini deyirlər.
Onu da deyək ki, radikal müxalifətin, o cümlədən də “Milli şura”nın özünə dəstəyi xaricdə axtarması təzə hal deyil, bu artıq bir ənənəyə çevrilib. Radikalları istədiklərini onlara verəcəyinə özünəməxsus məharətlə inandıran “Milli şura”nın sədri və sabiq qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətindən qaçaq düşüb, onun bir ayağı Moskvada, digər ayağı isə Vaşinqtonda, Brüsseldə və yaxud Londondadır. Qoca kinodramaturq “Milli şura” adından xaricdəki anti-Azərbaycan dairələrin təmsilçiləri ilə görüşlərə qatılır, onlara ölkəmizlə bağlı donos xarakterli məlumatlar verir, əvəzində isə pul dilənir. Necə deyərlər, əl əli, əl də qayıdıb üzü yuyar. Rüstəm İbrahimbəyovun donosları sözügedən dairələrə “milli mənbə” kimi çox lazımdırsa, onların verdikləri paralar üçün də qoca kinodramaturq lap “sinoy” gedir. Və yaxud “Milli şura”nın digər bir üzvü reneqat Eldar Namazovun ABŞ Konqresində təşkil olunan brifinqdə nümayiş etdirdiyi rəzaləti yada salaq. Reneqat həmin tədbirdə Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən, məsələn, Dağlıq Qarabağ münaqişəsindən heç bir kəlmə də danışmadı, bunun əvəzində çıxışında aldığı təlimatlara uyğun olaraq ölkəmizin imicinə xələl gətirəcək fikirlərə geniş yer ayırdı.
Radikallar çox tez-tez Azərbaycan cəmiyyətinin onları dəstəkləməməsindən şikayətlənirlər. Sizlər daim xaricdəki antimilli mərkəzlərin ətəyindən yapışırsınızsa, Azərbaycan cəmiyyətini yalnız seçkidən-seçkiyə yada salırsınızsa, onda xalq sizə niyə dəstək verməlidir, cənablar?

 
  • Oxunub:  24600  |  
  • Tarix:  13-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA