Reneqatın siyasi çırpınışları və ya “ziyalı” adı arxasına gizlənmiş autsayder
17.01.2013 [02:25]
Nurlan Qələndərli
Namazov və onunla eyni mövqeyi paylaşan reneqatların fəaliyyəti cəmiyyətimiz tərəfindən yolverilməz və arzuolunmaz hal kimi səciyyələndirilir
Hazırda Azərbaycanın siyasi palitrasında heç bir funksionallığa malik olmayan qüvvələr, başqa sözlə, bir qrup autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün ziyalı adından istifadə etməkdədirlər. Bir sözlə, siyasətə qarışmadıqlarını iddia edən bu şəxslərin timsalında ziyalı adı konkret korporativ maraqlar çərçivəsində siyasi manipulyasiya vasitəsi kimi istifadə edilir.
Məhz bu cür şəxslər sırasında Eldar Namazov da xüsusi fərqlənməyə çalışır. Bəhs olunan şəxsin konkret siyasi maraqları həyata keçirmək üçün bu cür fəallığa istinad etməsi ziyalı və ziyalılıq adından siyasi manipulyasiya edilməsinə dəlalət edir ki, bu, həm Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradır, həm də siyasi ekspertlər tərəfindən arzuolunmaz hal kimi dəyərləndirilir. Öz fəaliyyətləri ilə cəmiyyətdə ikrah hissi doğuran şəxsləri və bir qrup autsayderləri özündə birləşdirən “Ziyalılar forumu” vasitəsilə cəmiyyətdə “ziyalı” adını daşıdığını nümayiş etdirməyə çalışan Namazov, əslində, öz əməlləri ilə siyasətbazdan və reneqatdan başqa heç bir status daşımadığının fərqindədir.
Beləliklə, konkret olaraq xarici dairələrin göstərişləri və sifarişləri əsasında fəaliyyət göstərən, Azərbaycan cəmiyyətində reneqat, dönük və siyasi riyakar kimi tanınan bu şəxsin ziyalı adından danışması və ziyalılıq statusunu ucuz vasitəyə çevirməyə çalışması həm Azərbaycan siyasi palitrasında təşəkkül tapmış dəyərlərə, siyasi sistemin qanunauyğunluqlarına ziddir, həm də ziyalı adına və ziyalılıq statusuna təhqiramiz yanaşmadır. Çünki bu, bir gerçəklikdir ki, bir şəxsin ziyalı kimi dəyərləndirilməsinə əsas verən başlıca meyarlardan biri həmin şəxsin öz fəaliyyətini xalqının, dövlətinin mənafeyi üzərində qurması, öz əməlləri və mövqeyi ilə milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə xidmət etməsidir.
Ümumiyyətlə, hər bir cəmiyyətdə sosial statusundan asılı olmayaraq fərdlərin fəaliyyəti o zaman səmərəli və sosium üçün faydalı olur ki, o, ictimai əhəmiyyət kəsb etsin və hansısa korporativ maraqlara yox, toplumun ümumi dəyərlərinə və ali mənafeyinə tam cavab versin. Cəmiyyətşünaslıq elminin əsasları sübut edir ki, funksional vahid olan ziyalının da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsi onun ictimai dəyərlərlə və maraqlarla uzlaşmasından asılıdır. Əgər ziyalı adlandırdığımız şəxsin intellektual məhsulu fərdi və ictimai dəyərlərlə uzlaşırsa, eləcə də, innovativ səciyyə daşıyırsa, deməli, cəmiyyətin milli maraqlarına və dəyərlərinə adekvat surətdə cavab verir. Bu isə cəmiyyətdə fərdlərin və institutların fəaliyyətinə yeni istiqamət və təkan verməklə stimulverici xarakter daşıyır.
Lakin təəssüf ki, ziyalı adından korporativ maraqlara və siyasi ambisiyalara müvafiq surətdə istifadə olunması cəmiyyətdə təşəkkül tapmış normalara aşındırıcı təsir göstərir, eləcə də, sosiumun nümayəndələri üçün mənfi presedent qismində çıxış edir. Məhz bu baxımdan, Namazov və onunla eyni mövqeyi paylaşan reneqatların fəaliyyəti cəmiyyətimiz tərəfindən yolverilməz və arzuolunmaz hal kimi səciyyələndirilir.
NURLAN
Müəllifin digər məqalələri:
Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi
Vaxtilə özünü “siyasi...
20.03.2021 [08:57]
“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”
Azərbaycan Dağlıq Qarabağ...
19.02.2021 [09:30]
Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...
Yaxud qələbənin əhəmiyyətini...
13.01.2021 [09:44]
Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?
Adı işğalçı siyasət və...
01.09.2020 [08:50]
Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...
Təcavüzkarlıq ritorikasını və...
28.07.2020 [12:36]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39