Ana səhifə »  Müəlliflər »  Azərbaycanda belə layihələr keçməz
A+   Yenilə  A-
Azərbaycanda belə layihələr keçməz
Yazdı: Nardar Bayramlı

Yaxud dəfələrlə sübut olunub ki, ölkəmizdə gəncləri yolundan azdıraraq dövlətə qarşı yönəldə biləcək planlar öncədən fiaskoya məhkumdur
Radikal müxalifətin hər zaman xaricdəki anti-Azərbaycan dairələrin əlində alət olması heç kimə sirr deyil. İndiyə qədər radikallar həmin dairələrin müəyyən layihələrində iştirak etsələr də, məqsədlərinə nail ola bilməyiblər. Bununla belə, deyəsən, həmin dairələr yeni layihələr üzərində işləyirlər. Hər halda, “Yeni Müsavat” qəzetində iddia edilir ki, prezident seçkilərindən sonra dağınıq və vahid komanda halında formalaşa bilməyən ənənəvi müxalifətin hakimiyyətə gəlmək şanslarının xeyli aşağı olduğunu analiz edən Qərbin güc mərkəzləri Azərbaycanda yeni müxalifət formalaşdırmağa başlayıblar. Bu müxalifətin mərkəzi qüvvəsi isə gənclərdir.
Qəzet yazır ki, artıq ABŞ-ın USAİD təşkilatının başçılığı ilə Qərb ölkələrində təhsil alan azərbaycanlı tələbələrin dosyeləri hazırlanır. Bu iş üçün USAİD-ə 20 milyon dollar ayrıldığı bildirilir: “İlkin olaraq Gənc Demokratlar Hərəkatı kimi tanınacaq bu təşkilatlanma prosesinin ilk anonsu seçkidən dərhal sonra, təxminən oktyabrın axırlarında keçiriləcək bir beynəlxalq toplantıda verilməlidir. İddia edilir ki, dünyanın bir sıra ölkələrindən gələcək gənclərin toplantısının Bakıda keçirilməsinə hakimiyyət də ilkin razılığını verib. Qərbin yeni müxalifəti tam bir güc kimi 2015-ci ildə-parlament seçkilərində ortaya çıxarmaq planı var”.
Ümumiyyətlə, siyasi partiyaların funksiyalarından biri ictimai-siyasi inkişafın strategiyasını hazırlamaq, siyasi sistemin ümumi prinsiplərini formalaşdırmaq və həyata keçirmək, böyük sosial qrupların maraqlarını üzə çıxarmaq, onları fəallaşdırmaq və konkret ideologiya ətrafında birləşdirərək millətin və dövlətin inkişafını təmin etməkdir. Bu gün Azərbaycanda hakimiyyətə iddialı olan “Milli şura”da birləşən radikal müxalifət isə heç bir halda bu işlərlə məşğul olmur. Son dövrlərdə baş verənlər isə bir daha onu göstərdi ki, radikal düşərgə təmsilçiləri sadəcə xaricdəki anti-azərbaycançı mərkəzlərin yerlərdəki aləti funksiyasını yerinə yetirirlər.
Əslində, bir müddət öncə Azərbaycan ictimai, siyasi fikrinin məhsulu olmayan “Milli şura” adlandırılan qondarma qurumun yaradılması anormal bir hal idi. O mənada ki, əgər bir ölkədə siyasi sistem varsa, 40-dan artıq siyasi partiya fəaliyyət göstərirsə, bir ölkənin parlamentində 11-dən artıq partiyanın nümayəndəsi, bir ölkənin yerli idarəetmə orqanlarında daha çox siyasi partiyanın nümayəndəsi təmsil olunursa, deməli, bu ölkədə demokratik siyasi sistem var. Ona görə də, “Milli şura” anti-azərbaycançı mərkəzlərin Azərbaycana ixrac etdiyi yad ünsür olduğu üçün ölkəmizdə təşəkkül tapa bilməzdi və bilmədi də. Yəni, uzun müddətdir ki, Azərbaycan ictimai fikrini məşğul etməyə çalışan, əslində, heç bir proqressiv, rasional məqsədi olmayan, demokratiyanın yolunda bir əngələ çevrilən bu qurumun nəhayət, ölkədə hakimiyyətə təzyiq vasitəsi kimi xalis anti-azərbaycançı mərkəzlər tərəfindən təşkil olunduğu ifşa edildi.
Bu məqamda onu da bildirək ki, Qərbin Azərbaycanda “5-ci kolon” formalaşdırmaq niyyəti, buna konkret cəhdlər olunduğu heç kimə sirr deyil. Və AXCP, “Müsavat” kimi partiyalar zaman-zaman bu layihəyə cəlb olunublar. Eyni zamanda, “OL”, “Nida”, RATİ, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi və digər bu kimi QHT-lər, “Turan” İA, “Azadlıq” radiosu və s. KİV-lər bu şəbəkəyə məxsus təşkilatlardır. Yəni, Anar Məmmədli, Adnan Hacızadə, Emin Milli, Emin Hüseynov, Xədicə İsmayıl, Bəxtiyar Hacıyev və s. “5-ci kolonun” fəalları kimi tanınırlar. “Yeni Müsavat”da dərc olunan yazıya gəlincə ehtimal ki, Qərbin müəyyən dairələri yeni layihələr hazırlayır və qarşıdakı dövrdə onların reallaşdırılması istiqamətində addımların atılması nəzərdə tutulur. Amma bir həqiqət var ki, Azərbaycanı Cənubi və Mərkəzi Amerika dövlətləri, ərəb ölkələri ilə dəyişik salmaq qüsurlu yanaşmadır. Təcrübə də dəfələrlə sübut edib ki, burada belə layihələr keçməz. 2005-ci ildə Azərbaycanda “rəngli inqilab” ssenarisinin reallaşdırılması planı iflasa uğradı. Həmçinin, bu seçkilər dövründə də gənclərin təşkilatlandırılması və onların hakimiyyətə qarşı aqressiv fəaliyyətinin stimullaşdırılması layihəsi heç bir səmərə vermədi. Bir daha sübut olundu ki, Azərbaycan gəncliyini yolundan azdıraraq dövlətə qarşı yönəldə biləcək planlar öncədən fiaskoya məhkumdur.

 
  • Oxunub:  26880  |  
  • Tarix:  12-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA