Ana səhifə »  Müəlliflər »  Özünə umac ova bilmir, başqasına əriştə kəsir
A+   Yenilə  A-
Özünə umac ova bilmir, başqasına əriştə kəsir
Yazdı: Mübariz Abdullayev

Və yaxud “Azadlıq”ın dublyor Cəmil Həsənov ətrafında süni ajiotaj yaratmaq cəhdi
Məlumdur ki, “Azadlıq” qəzeti tez-tez redaksiyanın ciddi maliyyə çətinlikləri ilə üzləşməsindən şikayətlənir. Elə bu günlərdə qəzet “Azərbaycan” nəşriyyatına olan borc üzündən nəşrini dayandırmaq təhlükəsi qarşısında qaldığı barədə anons tirajladı. Lakin həmin anonsun mürəkkəbi qurumamış xəbər gəldi ki, “Azadlıq” qəzetinin kollektivi “Milli şura”nın seçki fonduna yardım edib. Qəzetdə dərc olunmuş materialda “Azadlıq” əməkdaşlarının bunu özlərinə mənəvi borc bildikləri və onların “dar günün dostları olduqları” bildirilir.
Yaxşı deyiblər ki, “özünə umac ova bilmirsən, başqasına əriştə kəsirsən”. “Azadlıq” qəzeti əməkdaşlarının belə imkanları var idisə, elə “Azərbaycan” nəşriyyatına borclarını ödəyəydilər. 40 min manat borc yığıblar və iddia edirlər ki, “Qasid” yayım şirkəti onlara borclu olduğuna görə bu vəsaiti ödəyə bilmirlər. Qəzetin 10.09.13 tarixli sayında Rahim Hacıyev əməkdaşlara maaş verə bilmədiklərini, qəzetdə acınacaqlı maliyyə durumunun olduğunu iddia edir. Bəs, necə olur ki, “acından köpük qusan” “Azadlıq” əməkdaşları hərəsi 50, 20 manat məbləğində C.Həsənovun seçki hesabına pul köçürürlər?
Qəzetə sponsorluq edən ağa icazə versə, bütün borcu ödəyərlər. Maaş almamaq barədə sözlər, sadəcə, cəfəngiyyatdır.
“Azadlıq” qəzeti bir nömrəsində “Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək”, “Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək”, “Xalqın Cəmil Həsənli kimi rəhbərə ehtiyacı var” başlıqlı üç materialda prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənovun təbliğatını aparır.
Bu, kobud seçki pozuntusudur. Öz səlahiyyətlərini icra edən dövlət başçısının cari fəaliyyəti haqqında KİV-lərdə gedən materialları qərəzli şəkildə seçki təbliğatı kimi qələmə verən “Milli şura” öz namizədinin qanunazidd təbliğinə niyə reaksiya vermir? Yoxsa onlar bu dəfə də özlərini “seçilmişlər” hesab edərək xüsusi imtiyazlar umurlar?
“Azadlığın və Sülhün Müdafiəsi” təşkilatının sədri, sabiq deputat Mətləb Mütəllimli deyib: “Cəmil bəy həmişə xalqın haqq səsini çatdırıb, beynəlxalq səviyyədə Azərbaycanı tanıdan çıxışları olub. Cəmil Həsənov Azərbaycanın dünyada tanınan, seçilən ziyalılarından biridir. Xalqın hazırda Cəmil Həsənov kimi ədalətli dövlət başçısına böyük ehtiyacı var”.
Mətləb Mütəllimli kimilərinin və onların iddialarına yer verən nəşrlərin “ədalət” anlayışı haqqında boğazdan yuxarı cızmaqaraları adamda ikrah doğurur. Gündə bir mövqe dəyişən birisi xalqa hansı ədaləti vəd edə bilər? Bütün yaşayış məntəqələrinin abadlaşdırıldığı, sosial-iqtisadi infrastrukturun yeniləşdiyi, iş yerlərinin açıldığı, yoxsulluğun, işsizliyin səviyyəsinin minimuma endirildiyi, həyat səviyyəsinin günü-gündən yüksəldiyi bir cəmiyyətdə ədaləti yalnız siyasi degeneratlar və ya daltoniklər axtara bilərlər. Müxalifət ona görə cəmiyyət tərəfindən qəbul olunmur ki, tam inkarçılıq mövqeyi tutub və cəmiyyətə yeni heç nə vəd edə bilmir. Bir gözünüzü açıb televizora baxın, mətbuat oxuyun. Görün, son bir həftədə neçə rayonun su, yol, yanacaq, kommunal problemi həll olunub. Neçə məktəb, poliklinika, xəstəxana, olimpiya mərkəzi, gənclər evi, mədəniyyət ocağı tikilib istifadəyə verilib, neçə qaçqın və məcburi köçkün müasir evlərlə təmin olunub. İnsanlara aldıqları şeyi almadıqlarını necə sübut etmək olar?
Digər tərəfdən, radikal düşərgəyə yaxın KİV-in məlumatına görə bir qrup hüquqşünas “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənovla bağlı bəyanat verib və bildiriblər ki, “onu xalqın etimadını doğruldacaq şəxs kimi tam dəstəkləyir, seçki prosesində, eləcə də seçkilərdən sonra ona zəruri hüquqi dəstək göstərməyi özümüzə şərəfli borc hesab edirik”.
Bəyanata imza atanlar özlərini “müstəqil hüquqşünaslar” adlandırırlar. Lakin onların nədən və ya kimdən müstəqil olduqları aydın deyil. Bu 16 nəfərdən 4-ü (Vidadi Mirkamal, Ənnağı Hacıbəyli, Namizəd Səfərov, Qurban Məmmədov) elə həmin “Milli şura”nın üzvləridir. Onlar onsuz da irəli sürdükləri namizədi dəstəkləməyə borcludurlar. Vidadi İskəndərli isə “Milli şura”nın “bacısı” “İctimai palata”nın üzvüdür və həmişə də müxalifətçiliyi ilə tanınıb. Siyasi meyit Mətləb Mütəllimli guya partiya sədridir. AXC-”Müsavat” hakimiyyəti dövründə baş prokurorun müavini idi. Sonralar müxalifətdən də qovuldu, iqtidardan da. Ona daha çox marginal hüquqşünas statusu uyğun gəlir. Aslan İsmayılovun, Əlövsət Əliyevin müxalif siyasi mövqeyi hamıya məlumdur. Mənsur Bayramov AXCP funksioneridir. Ataxan Əbilov və Elşad Abdullayev iqtidara qarşı narazı olan və fəal mübarizə aparan adamlardır. Onların müxalifətlə əlaqələri göz qabağındadır. Amma maraqlısı odur ki, hər ikisi xaricdə yaşadığı halda sözügedən bəyanatı necə imzalayıblar. QHT fəalı, ekoloq-hüquqşünas kimi tanınan Samir İsayev həm də prokurorluq tərəfindən fəaliyyəti dayandırılmış, xarici ölkələrin xüsusi xidmət orqanlarının layihəsi olan Azad Fikir Universiteti deyilən qurumun pərdəarxası şeflərindən biridir. Tofiq Ağacanov 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən və 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Fərda Qədirovun qohumudur. Onunla qohumluq münasibətlərində olduğuna və əlaqədar səlahiyyətli orqanlara cinayətkarın şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin, istintaqa müvafiq köməklik göstərmədiyinə görə prokurorluq orqanlarından xaric edilib. İndi fikirləşir ki, Cəmil Həsənov seçilsə, onu yenidən prokurorluğa bərpa edəcək. Qalır Cəmal Əhmədov və Eldar Qurbanov. Onların da müstəqil, yaxud qeyri-müstəqil olması heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, həmin bəyanatı imzalayanların özləri də bu iki nəfəri tanımırlar.
Müxalifət düşərgəsində kim gündəmdə qalmaq və ya özü üçün “klient” yığmaq istəyirsə, dərhal “Milli şura”nın namizədi ilə bağlı bəyanat verir, fikirlərini bölüşür. İndi də bu hüquqşünaslar düşüb meydana, vəkillik xidmətləri üçün müştəri yığırlar. Sonra da müştəri məhkəmədə uduzanda deyirlər ki, mənim siyasi baxışlarıma görə nəticə belə oldu. Faktiki olaraq bunlar müştərilərini aldatmaqla məşğul olurlar. Hələ seçkilərə qədər belələri çox olacaq.
Həmin hüquqşünasların tərcümeyi-halını araşdırsan, ya müxalifət partiyalarının üzvləri, ya müxalifət funksionerlərinin qohumları, ya da onların əlindən dolanan adamlar olduğu müəyyənləşəcək. Bunlar yolda axsaq bir it hürəndə də, hansısa ağac başını sallayanda da flora və faunanın müxalifəti dəstəklədiyini bəyan edirlər.

 
  • Oxunub:  28170  |  
  • Tarix:  12-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA