Ana səhifə »  Müəlliflər »  Ermənipərəst Rüstəm İbrahimbəyov hər sözündə özünü daha çox ifşa edir
A+   Yenilə  A-
Ermənipərəst Rüstəm İbrahimbəyov hər sözündə özünü daha çox ifşa edir
Yazdı: Mübariz Abdullayev

Qoca kinodramaturqun son müsahibəsində onun siyasətdə diletantlığı, korporativ maraqları naminə xaricdəki antimilli dairələrin ruporuna çevrildiyi aydın görünür
Qondarma “Milli şura”nın sədri və sabiq qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov səsləndirdiyi hər fikirdə siyasətdə çox “piyada” olduğunu qabarıq şəkildə büruzə verir. Bu cəhətdən 20 ildir ki, özlərini radikal düşərgənin əsas güc mərkəzləri kimi təqdim edən AXCP sədri Əli Kərimlinin, “Müsavat” başqanı İsa Qəmbərin baş qaxıncına çevrilən Rüstəm İbrahimbəyovun son müsahibəsi istisna deyil. Müsahibədə qoca kinodramaturqun siyasətdə diletantlığı, korporativ maraqları naminə xaricdəki antimilli dairələrin ruporuna çevrildiyi aydın görünür.
Rüstəm İbrahimbəyov deyib ki, “mənə Azərbaycanda cinayət işi açılır, “Milli şura”nı hansısa təxribat törətməkdə günahlandırırlar, bu vəziyyətdə heç Rusiya vətəndaşlığından çıxmağımın da bir əhəmiyyəti yoxdur. Sənədlərim oradadır, nə zaman istəsələr baxacaqlar... Müraciətimi geri götürə bilərəm, amma etməmişəm, sənədlərim oradadır... Rusiya vətəndaşlığından çıxıb bir müddət sonra yenidən bərpa da edə bilərəm”.
Qoca kinodramaturq ay yarım “Milli şura”nın başını aldadaraq Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini dedi, sonra da məlum oldu ki, Federal Miqrasiya Xidmətinə yalnız avqustun 13-də müraciət edib. İndi də deyir ki, müraciətini geri götürməyib. Yalan danışır. Sənədlərini təqdim edəndən bir-iki gün sonra geri götürüb. O, heç vaxt Rusiya vətəndaşlığından imtina etməyəcək, heç belə niyyətdə olmayıb da. Məgər bu, onun danışığından, tonundan görünmür?
Rüstəm İbrahimbəyov müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına qoşulub-qoşulmaması, Avropa İttifaqına assosiativ üzvlüklə bağlı fikir səsləndirib: “Bu, çox mühüm məsələdir. Avrasiya İttifaqının məqsəd və məramını, planlarını, niyyətini və ora daxil olacağımız halda bunun nəticələrini təhlil etmək lazımdır. Fakt odur ki, hazırda Avropa İttifaqı çox çətin vəziyyətdədir, böhran keçirir. Yeni birliklər yarananda şərtləri, tələbləri dərindən təhlil edilməlidir. Təhlilsiz belə suallara cavab vermək olmaz”.
Bəlkə, Rüstəm İbrahimbəyov “təhlilsiz” deyəndə çaşıb, elə “təlimatsız” demək istəyirmiş? Onun sözündən belə çıxır ki, Avrasiya İttifaqını qiymətləndirmək lazımdır, Avropa İttifaqında isə böhrandır, ora getmək lazım deyil. Bu, dolayısı ilə Avrasiya İttifaqı ideyasına dəstək deyil? Digər tərəfdən, yada R.İbrahimbəyovun “Milli şura”nın sənədlərinə avrointeqrasiya ideyasının daxil edilməsinə qarşı çıxması düşür. Bu adam açıq-aydın Rusiyanın müəyyən dairələrinin layihəsidir və onların ruporu rolunda çıxış edir. Sabah o, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ideyasını təbliğ etsə, bu, heç də təəccüblü görünməməlidir. Çünki o, təlimatlandığı, sifariş aldığı dairələrin çaldığı havaya həmişə çox böyük məmnuniyyətlə qol götürüb oynayır.
Qoca kinodramaturq müsahibəsində bildirib: “Demokratik mətbuatın əsas işi “Milli şura”nı qaldırmaq, qurumun “vahid namizəd”inə seçkilərdə kömək etmək, iqtidarı tənqid etməkdir... Siz “Milli şura”nı dəstəkləməlisiniz...
Müxbirin “Siz hazırda müstəqil mətbuatın “Milli şura” ilə bağlı fəaliyyətini necə dəyərləndirirsiniz” sualına cavab olaraq o, deyib: “Bu qəzetlər olmasa, onda kitabımız bağlanar da..”.
Bu fikirdə Rüstəm İbrahimbəyovun azad mətbuatla bağlı təsəvvürləri aydın görünür. Qoca kinodramaturq mətbuata nəyi necə yazmağa göstəriş verir. Jurnalistlərin ağzına vurmağa hazırlaşan “Milli şura”nın sədri antidemokratik təfəkkürün daşıyıcısı, azad sözün düşmənidir. O, hətta özündən çıxaraq jurnalisti ittiham etməyə çalışır. Onun söylədikləri bir daha təsdiq edər ki, “Milli şura” yalnız mətbuat səhifələrində mövcuddur. Qəzetlər bir-iki gün bu qurum haqqında yazmasa, o, məhvə məhkumdur. Yəni, Rüstəm İbrahimbəyov göylərə qaldırdığı “Milli şura”nın, əslində boş bir şey olduğunu təsdiq edir.
Rüstəm İbrahimbəyov daha sonra iddia edib ki, “Rəsul Quliyevin gələcəyə baxışı mənimlə bağlı idi. O istəyirdi ki, “vahid namizəd” mən olum. İqtidar isə buna imkan vermədi. Bunu iqtidar elədi, nə Lalə Şövkət, nə “Müsavat”, nə Xalq Cəbhəsi eləmədi”.
Deyəsən, qoca kinodramaturq yenə nağıl danışmaq həvəsinə düşüb. Məgər, Rusiya Federal Miqrasiya Xidməti Azərbaycan hakimiyyətinə tabedir? A kişi, sənin vətəndaşlığını Rusiya istədiyin vaxtda ləğv etmədi. Bunun Azərbaycan hakimiyyətinə nə aidiyyəti?!
R.İbrahimbəyov özünün Rusiyadakı bəzi dairələrin layihəsi olması fikrini təkzib etmək üçün günahı yenə Azərbaycan hakimiyyətinin üzərinə atmağa çalışır. Amma inandırıcı deyil. Sual olunur: Nə üçün “vahid namizəd”lik iddialarında bulunan R.İbrahimbəyov ikili vətəndaşlıq probleminin həlli ilə vaxtında məşğul olmayıb?.
Rüstəm İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib: “Mənim seçkilərdə iştirak edə bilməməyim Rusiya vətəndaşlığımla bağlı deyil. Mən onları məhkəməyə də vermişəm. Çünki Azərbaycan qanunlarında ikili vətəndaşlıqdan söhbət gedir. Təəssüf ki, bizim hüquqşünasların bir qisminin səviyyəsi o qədər də yüksək deyil. Digərləri də bunu qəsdən ört-basdır edirlər. Mənim ikinci vətəndaşlığım olub, ikili yox. Bunların arasında böyük fərq var. Bizim Konstitusiyada ikili vətəndaşlıq haqqında yazılıb. İkinci vətəndaşlıq haqda bir kəlmə də yoxdur”.
Filmlərdən birində deyildiyi kimi “söz güləşdirirsən ha, qardaş oğlu. Nə fərqi var keçəl Həsən, Həsən keçəl”. Rüstəm İbrahimbəyov hüquq nəzəriyyəsində yeni kəşf edib. Deyir ki, ikili vətəndaşlıqla, ikinci vətəndaşlıq başqa-başqa şeylərdir. O, özü “ikinci vətəndaşlığı olanlar” kateqoriyasına aiddir. Fuad Ağayev, Aslan İsmayılov, Nemət Kərimov və s. bu qəbildən olan hüquqşünaslar bunu MSK-ya başa sala bilməyiblər. Amma Rüstəm İbrahimbəyov cığallıq üçün başqa addım da ata bilərdi. Məsələn, deyə bilərdi ki, mən həm də ABŞ vətəndaşıyam (Qrin kartı da var). Yəni üçlü vətəndaşlığım var. Azərbaycan Konstitusiyasında ikili vətəndaşlıqdan söhbət gedir. Üçlü vətəndaşlıqdan yox. Ona görə də mənim namizədliyimi qeydə almalısınız. Təəssüf ki, bisavad hüquqşünaslar belə gözəl imkandan istifadə etməyi ona məsləhət görməyiblər. Daha doğrusu, onların buna biliyi çatmayıb.
Yeri gəlmişkən, jurnalist Nazim Sabiroğlunun “Rüstəm İbrahimbəyov və göydən düşən iki alma...” sərlövhəli məqaləsində bildirilir: “Rüstəm İbrahimbəyov bircə kəlmə “ay camaat, bu, mən çəkəsi yük deyil, üstəlik də Rusiya vətəndaşlığım var” desəydi, onu məcbur namizəd etməyəcəkdilər ki. Bax, hamıya “yox” deyilən yerdə, gərək İbrahimbəyov da özünə “yox” deyəydi. Bu prosesdə əgər oyuna salınmışdısa, onlara etiraz edəydi. “Həvəsdi bəsdi, mənimki bura qədər” deyib onu seçənlərə təşəkkür edərək, xalqdan da “mən qəhrəman deyiləm” deyib üzr istəyəydi. Lap gəlib oturub sədrliyin edəydi, lap “seçkini boykot edirəm” deyəydi. Amma gərək belə etməyəydi. Bu, onun nə yaşına, nə adına, nə statusuna yaraşardı... Bu film deyildi ki, istədiyin dublu kəsib çıxarasan. Bu tarix qarşısında çiyninə götürdüyün məsuliyyət idi. Bunun məsuliyyətini dərk edən və mübarizədə hara kimi gedə biləcəyini bilən adam deyilsənsə, nəyə lazım idi bu həngamə? Əslində, İbrahimbəyovun bu davranışı topluma ciddi zərbə, psixoloji və mənəvi travmadır. Hələ başı daxili dartışmalara qarışmış müxalifət bu zərbənin ağırlığının fərqində deyil. Bədəlini onlar çəkəcək, İbrahimbəyova nə var ki? Artıq Rusiya vətəndaşlığından çıxmaq üçün verdiyi ərizəyə də peşmandır və son müsahibəsində “çıxıb-qayıtmaq mümkündür” deyib, gələcək üçün plan da qurub. “Alın a, yana-yana, qalın a, mən Rusiya vətəndaşıyam...” Aman Allah! “Bəs, sənin vətəndaşlığın, bəs sənin vətənin, bəs sənin vətəndaşlarının taleyi, yoldaş İbrahimbəyov” soruşmağın anlamı varmı? Yox! Gecdir”.
Bəs “tarixi addım”, bəs şan-şöhrət, bəs kürsü... Bunlar vazkeçilməyəcək qədər şirin şeylərdir. Özü də İbrahimbəyov kimi şöhrətpərəst üçün.
Əşi, o kino çəkməyə gəlmişdi. Çəkdi, indi də montajla məşğuldur. Nə Vətən, nə xalq? Vətəni, xalqı düşünənin, gərək, vicdanı olsun. Əyilməz vicdanın böyük heykəli!
Xarici dairələr atdılar Rüstəm İbrahimbəyovu ortaya, onun vasitəsilə radikal müxalifətlə məzələndilər, sonra da işə xitam verdilər. Altda qalanın canı çıxsın.
Daha bir məsələ barədə. Gəlin, 20 ildir özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan Əli Kərimlinin, İsa Qəmbərin siyasi iddialarını Rüstəm İbrahimbəyovun şirin vədlərinə qurban verdiklərini də unutmayaq. Qoca kinodramaturqun ifşasından sonra cütlük cəmiyyət içinə necə çıxacaq, insanlara bunun izahını necə verəcək? Bax, sual budur, bu!

 
  • Oxunub:  25500  |  
  • Tarix:  10-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA