Ana səhifə »  Müəlliflər »  Lalə Şövkət “Müsavat” rəhbərliyini mənəviyyatsızlıqda ittiham etdi
A+   Yenilə  A-
Lalə Şövkət “Müsavat” rəhbərliyini mənəviyyatsızlıqda ittiham etdi
Yazdı: Nardar Bayramlı

ALP lideri bu partiyaya etiraz olaraq “Milli şura”dan üz döndərib
Radikal müxalifət təmsilçilərinin cəmləşdiyi “Milli şura” daxilində növbəti qalmaqal baş qaldırıb. Həmin qalmaqala səbəb isə ALP lideri Lalə Şövkətin bu qondarma qurumu tərk etmək haqqında qərarı olub. Belə ki, mətbuata açıqlamasında L.Şövkət “Milli şura”ya Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşulduğunu deyib. ALP liderinin sözlərinə görə, hələ o zaman R.İbrahimbəyova deyib ki, “Milli şura”da onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir.
Yeri gəlmişkən, bu məsələdə diqqətçəkən əsas məqam L.Şövkətin Müsavat Partiyası və onun rəhbəri ilə bağlı verdiyi açıqlamadır. Belə ki, “Yeni Müsavat” qəzetinə və Müsavat Partiyasına qarşı ittihamlar səsləndirən ALP lideri ona qarşı kampaniya aparanları mənəviyyatsızlıqda ittiham edib: “R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar. Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirirlərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb”.
Beləliklə, bu bir həqiqətdir ki, Ümummilli lider Heydər Əliyevlə bir komandada işləyən, Onunla təmasda olan, hətta həyatında bir dəfə görüşən insanlar həmişə Ulu öndərin dahiliyi, vətənpərvərliyi, milliliyi, təkrarolunmazlığı haqqında danışıblar. Odur ki, radikallar nəinki heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər, hətta bu müqayisəni aparmaq belə kobud səhvdir. Müstəqilliyimizin ilk illərində ölkəni dağıdıb bərbad hala salanlar bilirdilər ki, Heydər Əliyevin simasında xilaskar bir qüvvə var. Ən kritik vəziyyətdə belə O, düzgün yol tapa və siyasi uzaqgörənliyi sayəsində xalqı, ölkəni ağır durumdan çıxara bilər. Buna görə də, ağır durumda Ulu öndər Heydər Əliyevə müraciət etdilər, Onun ardınca təyyarə göndərdilər. Sonrakı dövrdə isə bunu inkar yolunu tutdular, hər vəchlə sübut etməyə çalışdılar ki, guya belə bir addım atmayıblar. Amma xalq hər şeyi bilir, həmin dövrün canlı şahidləri durur və zaman-zaman öz açıqlamaları ilə radikal müxalifət təmsilçilərinin kim olduqlarını, ölkəni necə acınacaqlı vəziyyətə saldıqlarını və bugünkü varlıqlarına görə kimə borclu olduqlarını xatırladırlar.
Lalə Şövkət onu da xatırladıb ki, həmin şəxslər 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. “Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü “elçibəyçilər” adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?” - deyə, L.Şövkət sözlərinə əlavə edib.
Əslində, İ.Qəmbər özünü heç vaxt elçibəyçi saymayıb. AXC-ni parçalayıb “Müsavat”ı yaradan, hakimiyyətdə olduqları dövrdə bütün icra strukturlarına rəhbər vəzifələrə öz adamlarını təyin edən, Elçibəylə mübarizə aparan birisi nəyə görə 1998-ci ildə ona güzəştə getməliydi? İ.Qəmbər hər gecə yuxusunda prezident kreslosu görür. Bu ideya onu yatanda da rahat buraxmır və öz məqsədinə çatmaq üçün hər bir addıma əl atar. Bu mənada İ.Qəmbərin kiməsə güzəştə getməməsi anlaşılandır.
Qeyd edək ki, ALP liderinin bu açıqlaması radikal düşərgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. Və hazırda tərəflər arasında qarşılıqlı ittihamların səsləndirilməsi davam edir. Yəni, Lalə Şövkətin açıqlamasından sonra eynilə Müsavat Partiyasından da ALP liderinə qarşı cavablar gəlməkdədir. “Müsavat”çılar başqanlarına qarşı ittihamları həzm edə bilmir. Belə ki, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı özünün “Facebook” statusunda bildirib ki, guya “Milli şura” prezident seçkilərində demokratik düşərgənin birgə fəaliyyətinə nail olmaq, müxalifətin “vahid namizəd”ini müəyyənləşdirmək məqsədi ilə yaradılıb. Amma görünən odur ki, bu qondarma qurumun özündə demokratiklikdən heç bir əlamət yoxdur. Üstəlik, fərqli fikirə qarşı burada çox sərt münasibət mövcuddur. Bunu A.Hacılının fikirləri də təsdiqləyir. Məsələn, o, “Milli şura” yarandığı vaxtdan Lalə Şövkətin bu qondarma quruma heç bir dəstək vermədiyini, əksinə pozuculuqla məşğul olduğunu iddia edib: “Hansı haqla “Müsavat” “Milli şura”nı dağıtmaq istəyir” deyirsiniz? “Müsavat” olmasa, bütün bunlar, nə “Milli şura”, nə müxalifət? Ya ortaya siz də bir şey qoyun, ya az, ya çox nəsə dəstək verin, ya da susun, pozuculuğa son verin!!!”.
Göründüyü kimi, burada A.Hacılı birbaşa iddia edir ki, “Müsavat” guya bu qondarma qurumda əsas güc mənbəyidir və bu partiya olmasa “Milli şura”nın fəaliyyəti mümkün deyil. Təbii ki, bu yanaşma “Milli şura”nın digər üzvlərini qıcıqlandırmaya bilməz. Bu səbəbdəndir ki, qondarma qurumda absurd bir vəziyyət yaranıb. Hətta “Milli şura”nın sədri olan qoca kinodramaturq Rüstəm İbrahimbəyov, qondarma qurumda qalanın yox, onu tərk edən şəxsin müdafiəsinə qalxıb. Belə ki, “Milli şura”nı tərk edən Lalə Şövkəti müdafiə edən Rüstəm İbrahimbəyov da “Müsavat”a qarşı çıxıb. Qoca kinodramaturq mətbuata açıqlamasında Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti ilə ALP lideri və onun tərəfdarları arasında yaranan ixtilafdan, daha doğrusu, Lalə Şövkətin “Milli şura”nı tərk etməsindən xəbərsiz olduğunu iddia etsə də, sonuncu şəxsin tərəfində olduğunu da gizlətməyib: “Dəqiq informasiyam yoxdur. Lalə Şövkətin də müəyyən narazılığı var, bunu bilirəm”.
“Lalə Şövkətin narazılığı nə ilə əlaqəlidir” sualına cavabında isə R.İbrahimbəyov qeyd edib ki, L.Şövkətin narazılığı çox əsaslıdır, köklü səbəbləri var. “Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm” - deyə, o, sözlərinə əlavə edib.
Ümumiyyətlə, təcrübə də göstərir ki, radikal düşərgədə narazılıq ya pul, ya da status üstündə olur. Mənəviyyat, təhqir, mənlik və s. məsələlər onlar üçün əhəmiyyət kəsb etmir. L.Şövkətin tərəfində olduğunu bildirən İbrahimbəyov bununla İ.Qəmbərə və Ə.Kərimliyə mesaj göndərir ki, özünüzü yığışdırın, pulları yağmalamısınız, indi də qurumu parçalayıb mənim “liderlik missiyama” təcavüz edirsiniz. Yeri gəlmişkən, Rüstəm İbrahimbəyov “Lalə Şövkət “Müsavat” rəhbərliyinə ünvanlı ittihamlar səsləndirib...” sualına cavab olaraq deyib: “Onlar 20 ildir bir-birinə qarşı ittihamlarla çıxış edirlər. Bunlar 20 ildir bir-birilərini didirlər, onların öz işləridir. Mənim tarixi addımım odur ki, mən bunları birləşdirdim. İndi bunların nə qədər imkanı olacaq ki, bir-biri ilə iş görsünlər, bu, məndən asılı deyil, xalqın xüsusiyyətlərindən, bizim tariximizdən, ərazimizdən asılıdır”.
Maraqlıdır, görəsən, Rüstəm İbrahimbəyov Rusiya tarixindən niyə misallar gətirmir? Hər halda Azərbaycan tarixindən bixəbər olsa da, Rusiyanın tarixini yaxşı bilir. Özünü az qala rus torpaqlarını birləşdirən Vladimir knyazı İvan Kalitaya bənzədir, “Milli şura”nın digər üzvlərini də bir-birini qıran boyarlara. Yəqin, bununla demək istəyir ki, onlardan bir baş yuxarıda dayanıb, onun “şəxsiyyəti” qarşısında digərləri heç nədir. Burada atalar məsəli yada düşür: utanmasan, oynamağa nə var ki. Qoca kinodramaturq “tarixi addımım” deyəndə özünü gülünc vəziyyətə salmağın fərqindədirmi? Hanı o “birlik”? Axı özün deyirsən ki, bir-birini didirlər. Az-çox məntiqi olan insanların fikirlərində də ziddiyyət tapmaq olar. Amma “dünyada məşhur ziyalı” kimi təqdim edilən İbrahimbəyovun cümləsinin başı ilə ayağı ziddiyyət təşkil edir. R.İbrahimbəyovun fikirləri də onu təsdiq edir ki, bu düşərgədə xanlıq dövrünün üsul-idarəsi ilə yaşayırlar.
Bütün bu ziddiyyətlərin fonunda, “Milli şura”nın seçkilərdəki namizədi dublyor Cəmil Həsənov özünü növbəti dəfə gülünc vəziyyətə qoyub. Belə ki, o, “Müsavat” və Liberal Partiyası arasında ciddi ittihamların olmadığını deyib. C.Həsənov bildirib ki, “Milli şura”ya daxil olan təşkilatlar arasında narazılığı aradan qaldırmaq üçün sözügedən təşkilatların rəhbərliyi ilə görüşlər keçirib. Onun sözlərinə görə, yaxın vaxtlarda ALP rəhbərliyi ilə də bu tip görüşlərin keçirilməsi nəzərdə tutulur: “Dünən “El” hərəkatının rəhbərliyi ilə, bundan əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşümüz olub. Yaxın vaxtlarda isə ALP rəhbərliyi ilə görüşəcəyəm. Bu barədə partiya rəhbərliyini məlumatlandırmışam. Görüşdə seçkiqabağı vəziyyətlə yanaşı, “Milli şura”dakı məsələlər barədə də müzakirə aparacağıq”.
Lakin dublyorun nə deməsindən asılı olmayaraq, artıq reallıq göz qabağındadır. “Milli şura” deyilən qondarma qurumda gərginlik səngimək bilmir. Məhz bu səbəbdəndir ki, qondarma qurumun namizədi də tərəflərə minnətçi düşüb. Lalə Şövkətlə “Müsavat”ın davasına gəlincə isə, atalar demişkən, deyəsən, bu xəmir hələ çox su aparacaq.

 
  • Oxunub:  27870  |  
  • Tarix:  10-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA