Ana səhifə »  Müəlliflər »  Radikallar bir-birilərini xaricdəki anti-Azərbaycan dairələrə işləməkdə ittiham edirlər
A+   Yenilə  A-
Radikallar bir-birilərini xaricdəki anti-Azərbaycan dairələrə işləməkdə ittiham edirlər
Yazdı: Mübariz Abdullayev

Əgər bir gün onların dilindən “Cəmil Həsənov xarici dairələrə işləyir” açıqlamasını eşitsək, gərək, təəccüblənməyək. Çünki xaricdəki anti-Azərbaycan mərkəzlərlə əlaqələr qurmaq radikallar üçün “ölüm, ya qalım” məsələsidir...
Azərbaycan müxalifətinin radikal qanadının xaricdəki antimilli mərkəzlərlə əməkdaşlığı heç kəsə sirr deyil. Radikal düşərgədə cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər öz mövcudluqlarını qoruyub saxlamaq, korporativ maraqlarını daha gen-bol təmin etmək məqsədilə əsasən beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan həmin mərkəzlərlə müxtəlif xarakterli sövdələşmələrə girərək, onların təlimatlarına uyğun pozuculuq əməllərinə rəvac verirlər.
Radikal müxalifət təmsilçilərinin Azərbaycana qərəzli münasibət bəsləyən xarici qüvvələrlə əməkdaşlığına son nümunələrdən biri Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” layihəsidir. Adına saxtakarcasına “milli” sözü yapışdırılan bu qondarma qurumun nə meydana çıxmasının, nə də sonradan səsləndirdiyi çağırışların Azərbaycan cəmiyyətinə hər hansı bir aidiyyəti yoxdur. Qondarma qurumun ideya müəllifi, sədri və sabiq qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov kosmopolit və qatı ermənipərəstdir. O, daim torpaqlarımızı işğala məruz qoyan, soydaşlarımızı doğma ev-eşiklərindən didərgin salan ermənilərə rəğbət ifadə edən, milli-dini dəyərlərimizlə bir araya sığmayan fikirlər səsləndirib. Elə bu cəhət də “Milli şura”nın ruhuna, mahiyyətinə hakim kəsilib.
Təsadüfi deyil ki, “Milli şura”nın Azərbaycan cəmiyyəti tərəfindən qətiyyətlə rədd edilməsinin fərqində olan radikallar ona dəstəyi daim xaricdəki antimilli dairələrdə axtarırlar. Qurumun sədri Rüstəm İbrahimbəyov Rusiya paytaxtında “lövbər” salıb, tez-tez ABŞ-a, Avropa ölkələrinə səfərlərə çıxır. Qoca kinodramaturq bu səfərlərdə kimlərlə görüşür? Əlbəttə ki, AŞ PA-nın qış sessiyasına Azərbaycanla bağlı qərəzli məruzə təqdim edən, “Eurovision-2013” mahnı yarışmasının Bakıda keçirilməsinə qısqanclıqla yanaşan bədxah Ştrasser və bu qəbildən olan digər şəxslərlə Rüstəm İbrahimbəyovun ermənipərəstliyini və Ştrasserin qərəzkarlığını qeyd etmək kifayətdir ki, bu görüşlərdə söhbətin hansı səpkidə və əhval-ruhiyyədə getdiyi barədə konkret təsəvvür yaransın. Qoca kinodramaturq açıqlamalarında tez-tez məhz xaricdə “Milli şura” üçün vəsait topladığını vurğulayır. Havayı pendir yalnız tələdə olur. Rüstəm İbrahimbəyov və radikal düşərgənin digər təmsilçiləri də xaricdəki məlum dairələrdən aldıqları qrantların, ianələrin əvəzini Azərbaycanın milli maraqlarına yönəlik arzuolunmaz fəaliyyətləri ilə ödəyirlər.
Yeri gəlmişkən, “Milli şura”nın təmsilçisi Eldar Namazovun ABŞ konqresində təşkil olunan brifinqə qatılmasını xatırlayaq. Gözləmək olardı ki, Eldar Namazov yaranmış fürsətdən istifadə edərək ölkəmizin əsas problemi barədə brifinq iştirakçılarına məlumat verəcək. Biz əvəzində nə gördük? Reneqat məlum mərkəzlərin cızdığı dairədən kənara çıxmadı və qısa çıxışını ölkəmizin imicinə xələl gətirəcək notlar üstündə köklədi.
Azərbaycan cəmiyyəti “Milli şura” üzvlərinin, o cümlədən də, bütövlükdə radikal düşərgə təmsilçilərinin xaricdəki anti-azərbaycançı dairələrlə açıq və gizli əlaqələr qurmalarını qətiyyətlə pisləyir və bunu milli maraqlarımıza xələl gətirmək cəhdləri kimi dəyərləndirirlər. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, radikalların ciddi-cəhdlə ört-basdır etmələrinə rəğmən, onların bu yöndə ikrah doğuran “fəaliyyətləri” elə düşərgə təmsilçilərinin özlər tərəfindən də dilə gətirilir. Məsələn, bir qədər bundan əvvəl qondarma “El” hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov qurumda hərəkatın rəhbəri Eldar Namazovun “sağ əli” sayılan Eldəniz Quliyevin xarici qüvvələrə işləməsi ilə bağlı fikirlər səsləndirdi.
“El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə Əflan İbrahimovun onun xarici dairələrlə əlaqələr qurduğu haqqında dediklərini təkzib etməyə tələsmir. Bunun ardınca isə reneqat Eldar Namazovun rəhbəri olduğu “El” hərəkatı ilə bağlı, oxşar açıqlama “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan gəldi. “El” hərəkatını və Eldəniz Quliyevi Azərbaycan siyasətinin faciəsi adlandıran baş redaktor yazır: “El” hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri ilə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic, tənəzzül prosesi başlayıb. Bu gün “Milli şura”nın da, müxalifətin birliyinin də ayağından çəkən “El” hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır”.
Bundan başqa, R.Arifoğlu “musavat.com” saytında yer alan “Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi?” yazısında da “El” hərəkatının bostanına daş atıb. O bildirib ki, “Milli şura” “El” hərəkatını tezliklə sıralarından xaric etməlidir: “İçəridə ilk gündən konflikt yaradan “El” hərəkatı kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır”.
“Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi?” məqaləsinə cavab olaraq isə “Azadlıq” qəzeti R.Arifoğluna qarşı kampaniya təşkil edib. Əvəz Temirxan, Sülhəddin Əkbər, Eldəniz Quliyev və digərləri R.Arifoğlunu “Milli şura”nı parçalamaqda, iqtidarın sifarişini yerinə yetirməkdə və s. ittiham ediblər. R.Arifoğlu da buna cavabında yazıb: “Rəsul Quliyev “vahid namizəd” haqqında “heç bir şansı yoxdur” deyə bilər, “El” hərəkatı və ALP Cəmil Həsənlinin “vahid namizəd” kimi qatıldığı “Milli şura”nın ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, “El” liderlərindən biri “Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram” kimi bəyanat verə bilər; amma biz “bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək” yazanda, hədəf Rauf Arifoğlu olacaq?... Bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq “Azadlıq”a xas hərəkətdir. Onamı, yoxsa arxasındakı hörmətli dostumuzamı...”.
R.Arifoğlu səhv edib. Guya, o, bilmir ki, xarici dairələrə işləyən bir nömrəli təşkilat AXCP-dir? Axı, bir neçə il bundan qabaq “Azadlıq”ın hücumlarından təngə gələn R.Arifoğlu “Yeni Müsavat”da Ə.Kərimlinin Rusiyanın müəyyən dairələri ilə işbirliyi, o vaxt AzerRos-un sədri olan S.Sadıqovla birləşərək Gürcüstan azərbaycanlılarını Saakaşviliyə qarşı qaldırmaq cəhdləri barədə tutarlı material vermişdi.
Bir sözlə, radikal müxalifətçilərin özləri bir-birini xarici dairələrə işləməkdə ittiham edirlər. R.Arifoğlunun açıqlaması İ.Qəmbərin bir müddət əvvəl “xarici dairələrə işləyən partiyalar var” qalmaqallı fikrinin konkretləşdirilməsi məqsədi daşıyır. Sadəcə, problem ondadır ki, bir müxalifət partiyası Qərbə, biri Şərqə, digəri kim pul versə ona işləyir. Elə “Müsavat”ın özü, guya, xaricdən pul almır? Almırsa qərargahı, partiya aparatını, yerli təşkilatları, başqanın cangüdənlərini və s. hansı pulla saxlayırlar? Həmin xarici dairələrin də maraqları ziddiyyətlidir. Buna görə də, onların Azərbaycandakı vassallarının ağızı bir yerə yığılmır.
Rauf Arifoğlunun fikirləri eyni zamanda, “Milli şura”nın miskin durumunu bir daha çılpaqlığı ilə nümayiş etdirir. Axır ki, “Milli şura”nın yaramaz, antimilli bir qurum olduğunu özləri də etiraf etməyə məcbur oldular. Daha heç kim deyə bilməz ki, iqtidaryönlü mətbuat “Milli şura” barədə qərəzli yazır. Məlum oldu ki, bu amorf qurumda, Rusiyaya, İrana, Turana, Qərbə, Şərqə və daha hara desən, işləyən “siyasətçi”lər toplaşıb. Lakin qurumda bir nəfər də olsun Azərbaycana işləyən, onun üçün çalışan adam tapmaq mümkün deyil.
Bu deyilənlərdən sonra, əgər bir gün radikalların dilindən “Milli şura”nın sədri Cəmil Həsənov xarici dairələrə işləyir” açıqlamasını eşitsək, gərək, təəccüblənməyək. Çünki xarici anti-Azərbaycan dairələrə işləmək radikallar üçün bir mövcudluq, “olum, ya qalım” məsələsidir...

 
  • Oxunub:  24150  |  
  • Tarix:  07-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA