Ana səhifə »  Müəlliflər »  Dublyor Cəmil Həsənov seçki qanunvericiliyini pozur
A+   Yenilə  A-
Dublyor Cəmil Həsənov seçki qanunvericiliyini pozur
Yazdı: Nardar Bayramlı

Azərbaycan dövlətinin həyata keçirdiyi böyük işləri görməmək üçün, gərək, ya kor olasan, ya da kinoçıxaranın dublyoru
Radikal müxalifətin birləşdiyi “Milli şura”nın qanunazidd fəaliyyət göstərməsi cəmiyyətimizə məlumdur. Çünki istənilən təşkilatın qanuni fəaliyyət göstərməsi üçün onun qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçməsi vacib olduğu halda, qondarma “şura” bu addımı atmayıb. Buna görə də, “Milli şura”nın fəaliyyətini qanuni hesab etmək mümkün deyil. Bütün bunlara baxmayaraq, “Milli şura” qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak etməyə qərar verib. Bu namizəd kosmopolit, ermənipərəst Rüstəm İbrahimbəyovun dublyoru Cəmil Həsənovdur.
Təəccüblüdür ki, həmişə qanunçuluqdan danışan “Milli şura” və onun dublyor namizədi C.Həsənov seçki qanunvericiliyini kobud surətdə pozur. Belə ki, “Milli şura”nın namizədi C.Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində faktiki olaraq seçki platformasını açıqlayıb, Azərbaycanda müxtəlif sahələrdə vəziyyəti özünəməxsus şəkildə qiymətləndirməklə tənqid edib və görəcəyi işlər barədə danışıb. Təbii ki, bu, qeyd etdiyimiz kimi, kobud seçki pozuntusu hesab olunur. C.Həsənov prezidentliyə namizədliyini irəli sürüb, hələ imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməyib və qeydə alınmayıb, amma indidən seçki təşviqatına başlayıb. Əlbəttə ki, MSK bu kobud seçki pozuntusuna qiymət verməlidir.
C.Həsənovun təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə vəziyyətlə bağlı fikirləri heç bir ölçüyə sığmır. Son illərdə ən müasir tələblərə uyğun yenidən tikilmiş sosial infrastruktur obyektlərinin açılış mərasimində kəsilən lentlərin ağırlığını hesablamaq üçün, “Milli şura”nın kəmsavad üzvlərinə Rafiq Əliyevin məntiq nəzəriyyəsi də kömək etməz. Ölkəmizdə yüzlərlə xəstəxana, poliklinika, 2500-dən artıq məktəb, magistral yollar, kənd və qəsəbələrarası yolları tikilib istifadəyə verilib. Eləcə də, su təchizatı, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi təminatı, ərzaq təhlükəsizliyi probleminin həlli, minlərlə istehsal obyektlərinin, böyük zavod və fabriklərin, texnoparkların yaradılması, hava limanlarının, logistika obyektlərinin tikintisi, mədəniyyət sahəsində görülən işləri də buraya daxil etsək bu işlərin miqyasının çox nəhəng olduğu aydın şəkildə görünür. Bütün bunları görməmək üçün gərək ya kor olasan, ya da kinoçıxardanın dublyoru. Yəqin ki, C.Həsənov bu mənada yaxşı dublyorluq edə bilir. Yəni R.İbrahimbəyovun dublyoru kimi o, bu yöndə fəaliyyətini göstərməkdədir. Yeri gəlmişkən, müsahibəsində C.Həsənov R.İbrahimbəyov haqqında da fikirlərini bildirib: “Milli şura” modeli Rüstəm bəyin şəxsiyyəti üzərində qurulmuşdu. Bu, uğurlu bir model idi... Lakin məlum prosedur çətinlikləri Rüstəm bəyin namizədliyi üçün əlavə problemlər yaratdı. Nəticədə “Milli şura” ciddi bir böhranla qarşılaşdı”.
Dublyorun dediyinə görə, bu halda, həm R.İbrahimbəyovun, həm də “Milli şura”da təmsil olunan aparıcı partiyaların xahişi əsasında namizəd olmağa razılıq verib. “Baxmayaraq ki, mən əvvəl bu yükü üzərimə götürməkdən imtina etmişdim, yaranmış böhranlı vəziyyəti və qeyd etdiyim rəhbər siyasi xadimlərin xahişlərini nəzərə alaraq, “Milli şura”nın yeni namizədi olmağa razılıq verdim” - deyə, o bildirib.
Göründüyü kimi, “Milli şura”dakılar R.İbrahimbəyov haqqında artıq keçmiş zamanda danışırlar. Yəni qoca kinodramaturqun kitabı bağlanıb. O, “Milli şura”nın “vahid namizəd”i olmadığı kimi faktiki olaraq sədri də deyil. Sadəcə, arada bir hansısa qəzetə müsahibə verməklə işini bitmiş hesab edən R.İbrahimbəyov namizəd ola bilmədikdən sonra təşkilatla bağlılığını aradan qaldırır. Əgər xatirinizdədirsə, R.İbrahimbəyov da deyirdi ki, “Milli şura”nın sədri olmaq istəmirdi. Guya “vahid namizəd”i isə heç olmaq niyyətində deyildi. Onun dediklərindən belə qənaətə gəlmək olurdu ki, sanki zor, təzyiq, təkidlərdən sonra dözə bilməyərək bu ağır yükün altına girib, “Milli şura”ya sədr olub. İndi də eyni hərəkəti dublyor C.Həsənov etməkdədir. Belə ki, bu şəxs də özünü naza çəkir, deyir ki, əvvəlcə istəmədim, amma çoxsaylı xahişləri nəzərə alaraq razılıq verdim. Bir sözlə, bunların hamısı minnətlə danışır. Amma nəzərə almırlar ki, bu qeyri-səmimilik onlara heç bir başucalığı gətirmir, əksinə onların gerçək mahiyyətini bir daha aşkar edir.

 
  • Oxunub:  27240  |  
  • Tarix:  07-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA