Ana səhifə »  Müəlliflər »  “Milli şura” “İctimai palata”nın kiçik formatına qayıdır
A+   Yenilə  A-
“Milli şura” “İctimai palata”nın kiçik formatına qayıdır
Yazdı: Mübariz Abdullayev

Saxta qurumda baş verənlər bütövlükdə radikal müxalifət düşərgəsinin mahiyyətini, burada cəm olan partiyalar arasında antaqonist ziddiyyətləri bir daha açıb ortaya qoyur
Son günlərdə radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura” daxilində sağlam məntiqlə izahı mümkün olmayan proseslər müşahidə edilir. Saxta qurumda baş verənlər bütövlükdə radikal müxalifət düşərgəsinin mahiyyətini, burada cəm olan partiyalar arasında antaqonist ziddiyyətləri bir daha açıb ortaya qoyur.
“Milli şura” “İctimai palata”nın kiçik formatına qayıdır
Aralarında uzun illərin ədavəti olsa da, müəyyən gözləntilərin, korporativ maraqların müqabilində qondarma qurumda bir araya gələn AXCP, “Müsavat”, ACP, KXCP, ALP kimi partiyaların, “El” hərəkatının təmsilçilərinin səsləndirdikləri açıqlamalara, sərgilədikləri əməllərə diqqət yetirdikdə belə qənaət hasil olur ki, radikallar qeyri-müəyyənlik burulğanına düşüblər. Onlardan biri qara dərədən danışır, digəri ala dərədən. Bu gün bəh-bəhlə dediklərini sabah dönməz inadkarlıqla inkar edirlər. Gah yaxınlaşıb “müttəfiq” olurlar, gah da aralarından qara pişik keçir, dalaşıb-küsüşüb düşmənə çevrilirlər. Bir sözlə, “Milli şura”da həftəbecər bir mənzərə hökm sürür, qurum “birlik” formatı kimi təqdim olunsa da, bura subyektiv amillərə görə üz tutan partiyalar, qruplar, ayrı-ayrı şəxslər arasında ümumi hədəflərdən, çəkici bir zindana vurmaqdan söhbət belə gedə bilməz. Hər bir partiya funksioneri “demokratiya” sözünü başı üstünə çətir tutaraq özünü külli-ixtiyar sahibi kimi aparır, “Milli şura”da mənəm, Bağdadda kor xəlifə” deyir.
“Milli şura” iki yerə parçalanıb. İndi faktiki olaraq qurum “İctimai palata”dan gələn AXCP-”Müsavat” və Rüstəm İbrahimbəyovla gələnlər arasında bölünüb.
Guya, birləşmişdilər ki? Süni izdivacın eybəcər törəmələridir bunlar. Bir çanağı İbrahimbəyovun başında çatladıb onu biabır etdilər. İndi də növbə Cəmil Həsənovundur. Rəsul Quliyev demişkən, “Milli şura” “İctimai palata”nın kiçik formatına qayıdır.
Qondarma qurumda AXCP və “Müsavat” “biz əsas partiyalarıq” görüntüsü yaratmaq istəyirlər, digər təmsilçilər isə yedəkdə getmək istəmədiklərini nümayiş etdirirlər
Qondarma qurumda “ermənipərəst Rüstəm İbrahimbəyov erası” bitəndən sonra burada hərki-hərkilik, başıpozuqluq, saymazlıq daha da güclənib. Əgər “Milli şura”da məlum “vahid namizəd” dəyişikliyi baş verənədək partiyalar, o cümlədən də 20 ildir özlərini radikal düşərgənin əsas güc mərkəzləri sanan AXCP və “Müsavat” qoca kinodramaturqun pul vədlərinə görə öz iddialarından geri çəkilən kimi görünürdülərsə, indi daha bu vədlər yoxdur, qoca kinodramaturqun özü “gəlin, seçkiləri keçirmək üçün 1 manatdan pul yığaq” deyir. Belə olan halda ambisiyaları yerə-göyə sığmayan AXCP-nin, “Müsavat”ın, onların ardınca isə digər partiyaların qarşısını kəsəcək, onları, necə deyərlər, çarəsiz-çarəsiz əl-qollarını yanlarına salmağa vadar edəcək bir qüvvə qalmır. İndi AXCP ilə “Müsavat” “Milli şura”nı tam nəzarətə götürərək burada öz hegemonluqlarını diktə etməyə çalışırlar və belə görünür ki, buna nail olublar. “Milli şura”nın yeni “vahid namizəd”i Cəmil Həsənovun seçki qərargahının ikibaşlı rəhbərliyi AXCP və “Müsavat” təmsilçilərindən formalaşıb. Bu faktın özü bir tərəfdən bu iki partiyanın qondarma qurumu ələ aldıqlarını təsdiqləyirsə, digər tərəfdən də onların arasında illərdir ki, qısqanclıq zəminində səngimək bilməyən çəkişmələrini bir daha nümayiş etdirir.
Qondarma qurum daxilində hegemonluq iddiaları sərgiləyən “cəbhəçi”lər və “Müsavat”çılar bir tərəfdən yeni “vahid namizəd”ə yarınmaq, onu “öz adamları etmək” (ifadə radikallarındır-M. A.), digər tərəfdən isə ACP, ALP, KXCP kimi partiyalara, “El” hərəkatına saymazlıq jesti etmək üçün “imza toplamaq məsuliyyətli işdir” deyərək” onları imzatoplama kampaniyasından kənarda saxlayıblar. Xatırladaq ki, “vahid namizəd” üçün imzalarının toplanması AXCP ilə “Müsavat” arasında bölüşdürülüb (hər partiyaya 21 min imza). Kvota cədvəlində ACP-nin, ALP-nin, “El” hərəkatının qarşısına “sıfır” işarəsi qoyulub. KXCP-nın, VHP-nın hər birinə isə cəmi 1000 imza toplamaq tapşırılıb.
Sonuncular isə Əli Kərimli ilə İsa Qəmbərin “İctimai palata”dan “Milli şura”ya keçirdikləri hegemonluqlarını qəbul etmək, ümumiyyətlə, qurumda yaranan yeni situasiya ilə barışmaq istəmirlər.
KXCP-nın sədri M.Mirəlioğlu 1000 imzalıq kvotanı partiyası üçün həqarət adlandıraraq bunun suçunun seçki qərargahında olduğunu deyib. ACP-nin sədri S.Əkbər seçki qərargahına “ikibaşlı rəhbərliyin nə məna daşıdığını anlamadığını” dilə gətirib. Göünən odur ki, “Milli şura”dakı çoxsaylı çəkişmələrə indi də “əsas və yedək partiyalar” mübahisələri əlavə olunub.
Eldar Namazov “Milli şura”dan uzaq və incik düşüb
Bir vaxtlar qoca kinodramaturqun qeyri-rəsmi “prinsi” statusunu qazanan reneqat qondarma qurumda layiq olmadığı mərtəbəyə yüksəlmişdi, siyasətdə “bığ yeri tərləməsə də” “saqqallı” müxalifətçilər sayılan Əli Kərimli və İsa Qəmbərlə başabaş görüşlər keçirirdi. Rüstəm İbrahimbəyovun hər ay göndərdiyi pullar da ki, öz yerində.
İndi isə onun üçün hər şey arxada qalıb. Cəmil Həsənovun “vahid namizəd” olduğu “Milli şura”da heç kəs onu “öz köynəyindən” hesab etmir, adı heç bir dəftərdə çəkilmir, qurumun icra aparatının sədri olsa da, onunla heç bir məsələ barəsində məsləhətləşmələr aparılmır.
Bu ögeyliyi hər addımda hiss edən reneqat da öz növbəsində “Milli şura”dan küsüb. Bunun nümayişi kimi, o və başının dəstəsi-”El”in təmsilçiləri “Milli şura”nın son iclasına qatılmayıblar. Reneqatın özü və çiyindaşları “El”in “Milli şura”nın iclasını baykot etməsinin adı iğtişaşlar hazırlamaq ittihamlarından keçən Eldar Namazovun qurum tərəfindən müdafiə edilməməsi ilə bağlı olduğunu söyləyirlər. Siyasi müşahidəçilər isə bunun reneqatın “Milli şura”dan uzaq və incik düşməsinin yeganə səbəb olmadığını bildirirlər. Elə “El” hərəkatında Eldar Namazovun “sağ əli” hesab edilən Eldəniz Quliyev də “inciklik üçün daha fundamental səbəblər olduğunu və bununla bağlı açıqlama veriləcəyini” dilə gətirib. O bildirib: “Milli şura”da təmsil olunan partiyalar bizə qarşı olan ittihamlarla bağlı mövqesizlik nümayiş etdirirlər... Burada əsas gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq... Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı açıqlama veriləcək”.
“Milli şura”da bir narazılıq dalğası yatırılmamış o biri daha güclü şəkildə başlayır. Gah Rəsul Quliyev, gah Mirmahmud Mirəlioğlu, indi də Eldar Namazov inciklər sırasındadırlar. Arada bir İbrahimbəyov da küsmüşdü ki, mətbuat onun xoşuna gələn tərzdə yazmır. Əvəz Ternirxan da deyib ki, “voobşe” danışmaq istəmir. Maşallah, göz dəyməsin, çox “monolit” qurumdur. Kartdan düzəldilmiş və bir üfürməyə bənd olan evcik “Milli şura”dan daha möhkəmdir.
Eldəniz Quliyev də “nə yardan doyur, nə əldən qoyur”. Uçulub-dağılmış bir qurumun “monolitliyindən” danışır, həm də deyir, ordakılar kişi deyil. Bizim (“El” hərəkatının-M. A.) başımıza itin oyununu açırlar, amma “şura”dakılar cınqırlarını da çıxarmırlar. Öz aramızda, “Milli şura”nın kimin projesi olduğunu onlara başa salırıq, sabahısı qəzetlərində “açırlar sandığı, tökürlər pambığı”... Sonra da qayıdır ki, nə olsun, “şura”dakılar belədi. Onlar kişi olmasalar belə, biz qardaşıq. Bu da Eldəniz Quliyev xisləti.
ADP sədri Sərdar Cəlaloğlu “Milli şura” ilə “El” hərəkatı arasında yaranan qarşıdurmanın əvvəlcədən gözlənilən olduğunu bildirib: “Bir-biriləri ilə siyasi və başqa münasibətləri olmamasına baxmayaraq, Rüstəm İbrahimbəyova görə birləşmişdilər. İbrahimbəyov gəlməyəndən sonra “Milli şura”dakı adamlar arasında ziddiyyətlər ortaya çıxmalı idi... “Milli şura”ya təsadüfi adamları doldurmuşdular və millətə təqdim edirdilər ki, guya ən “qaymaqlar” burdadı, amma sonradan o adamların əksəriyyəti “Milli şura”ya qarşı ağır ittihamlar sürməyə başladılar. Yəni “Milli şura” haqqında ictimai rəydə başqa təəssürat yaratmaq istəyirdilər. Əslində, “Milli şura” elə indiki “İctimai Palata”dır. AXCP, “Müsavat” və onlara yaxın olan adamlardır”.
Eldar Namazov və onun dəstəsi “Milli şura”dan ayrılmaq üçün müxtəlif bəhanələr axtarırlar. Bildirirlər ki, guya Əflan İbrahimovun çıxışlarından sonra onların Respublika Prokurorluğuna çağırılmalarına “Milli şura” etiraz əlaməti olaraq münasibətini bildirməyib. Amma əslində, “El” Hərəkatının “Milli şura”dan narazılığının iki əsas ciddi səbəbi vardır. Birincisi, E.Namazovun “Milli şura”nın “vahid namizəd”i ola bilməməsi, ikincisi, isə Cəmil Həsənovun seçki qərargahına sədrlərin seçilməsi məsələsində “El” hərəkatının kənarda qalmasıdır. E.Namazov və onun tərəfdarları Cəmil Həsənovun seçki qərargahına AXCP-dən Həsən Kərimovun və “Müsavat”dan Arif Hacılının sədrlik etməsi, özlərinin isə kənarda qalması ilə barışa bilmirlər.
Yeri gəlmişkən, “Milli şura” “El” hərəkatına qarşı başlanan təzyiqlərlə bağlı bəyanat yayıb.
İctimai-siyasi sabitliyin pozulması, iğtişaşların törədilməsi, terror və bu kimi digər məlumatların operativ yoxlanması və zərurət yarandığı təqdirdə preventiv tədbirlərin həyata keçirilməsi hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. Bununla əlaqədar məlumatların həqiqiliyini yoxlamaq üçün vəzifəsindən, sosial statusundan, siyasi, dini baxışlarından və millətindən asılı olmayaraq aidiyyəti şəxslər hüquq-mühafizə orqanlarına dəvət edilə və sorğulana bilərlər. “Milli şura” populist bəyanatlar verməkdənsə, öz fəaliyyətinə nəzər yetirsin və onu milli qanunvericilik çərçivəsində qurmağı öyrənsin.
Amma başa düşmək olmur ki, nəyə görə materiala “Əli Kərimli xalqa səsləndi” başlığı qoyublar? Yoxsa “Partiya-Lenin” məsələsidir?
Bu bəyanat Tıq-Tıq xanımın nağılını xatırladır: “Əlini mənə bəstərəcik”. Amma arxadan atılan daş topuğa dəyər: “Yox, yox mən sizdən küstərəcik”.
“Milli şura”dakı yeni situasiyadan narazı qalanlardan biri də Rəsul Quliyevdir
Son günlərdə “Milli şura” ilə bağlı diqqəti çəkən məqamlardan biri də okeanın o tayından Rəsul Quliyevin və onun lideri olduğu ACP funksionerlərinin quruma yönəlik sərt ittihamlar səsləndirmələridir. ACP təmsilçiləri Cəmil Həsənlinin “Milli şura”nın yeni “vahid namizəd”i müəyyənləşdirilməsinə qarşı fikirlər ifadə edirlər. Bu xüsusda bəyanatlar səsləndirən Sülhəddin Əkbər, Zəminə Dünyamalıyeva sərt notlarla danışaraq “əslində, “tarixçi alim”in oyuna salındığını” vurğulayıblar. ACP-nin lideri Rəsul Quliyev isə Cəmil Həsənovun imzatoplama kampaniyasını AXCP ilə “Müsavat”ın öz üzərlərinə götürmələrini, digər partiyaları bu prosesdən kənarda qoymalarını tənqid edib və bunu “Milli şura”nı parçalamaq kimi dəyərləndirib.
“Milli şura”da söz sahibinə çevrilən AXCP və “Müsavat”da Rəsul Quliyevin açıqlamasına etinasız yanaşılıb və ona ironik cavablar verilib. Cəmil Həsənovun seçki qərargahının rəhbəri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov mətbuata açıqlamasında Rəsul Quliyevin iradlarının yersiz olduğunu bildirib. Müsavat Partiyası isə ACP liderinin iradlarına fikir bildirmək niyyətində olmadığını açıqlayıb. Partiyanın başqan müavini Gülağa Aslanlı Rəsul Quliyevə baş qoşmaq istəmədiklərini deyib.

 
  • Oxunub:  24960  |  
  • Tarix:  06-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA