Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Kinorejissor falçı çıxdı...

Kinorejissor falçı çıxdı...

09.01.2013 [02:44]

Pərviz Sadayoğlu

Bu falçılıq ki, var, dünyanın bəlkə də ən asan və maraqlı peşələrindən biridir. Düzdür, bəziləri bunun adını “ekstrasenslik” qoyub qəlizləşdirməyə çalışır, amma bu sənətin dədə-baba adı falçılıqdır. Qabağına bir xalı sərib, əlinə bir cüt zər alıb, silkələyib “ya hu” deyib zəri dığırladırsan xalçanın üstünə. Və ya kartı elədən-belə, belədən-elə düzürsən ağlına gəldiyi kimi... Pəh... Ondan sonra ağlına gələni, ağzına gələni danış, desinlər ki, kişi öncəgörücüdür, falçıdır. 
Özü də bu falçılıq istedadı insanda “resqi” yaranır. Çünki bunun bir məktəbi, universiteti yoxdur. İşin-gücün yoxdursa, ver özünü zərə-karta. Budey..... Niyə uzağa gedək ki, elə Rüstəm İbrahimbəyov. Gördü ki, kinorejissorluq bir az rəqabət-filan tələb edir, keçdi siyasətə, bir az oralarda qurdalandı, gördü bura da onluq deyil, indi başlayıb falçılığa. Deyir ki, 2013-cü ildə başqa adam prezident olacaq. O günü də İbrahimbəyovu əlində yanan süpürgə ilə görüblər deyirlər...
Hətta deyirlər ki, İbrahimbəyov falçıların reytinq cədvəlində ötən ilin son ayında “dünyanın dağılacağı” ilə bağlı nağıllarıyla hamının əsəblərini korlayan Dalay Lamanı da qabaqlayır. Həm də onun falçılıqla məşğul olmasına da münbit şərait var. Bildiyiniz kimi, adı cahanişümul olan, hər yerdə tanınan “bərkgedən” falçıların bir ayağı buradadır, o biri ayağı Rusiyada. Məsələn, Zirəddin ayın yarısını orada olur, yarısını burada. İndi yəqin ki, İbrahimbəyovun arealı bir az geniş olacaq, çünki arada-bərədə ABŞ-a da getməlidir. Sem qağası ondan başqa kimsəyə fal açdırmaz.
Bəs, görəsən, Rüstəm İbrahimbəyov bu “möhtəşəm”, “dahiyanə”, “əvəzolunmaz”, odda yanmaz, suda batmaz fikrə necə gəlib? Deməli Rusiyadan Bakıya uçanda “samalyotda” yaman yatıbmış. Yuxusuna bir ağsaqqall kişi girib, başlayıb İbrahimbəyovla söhbət eləməyə. Bu kişi də kim ola, kim ola, bizim bu Şaxta baba. “Podarka”sı qurtardığı üçün İbrahimbəyova layiqli bir “podarka” verə bilməyən Şaxta baba onun əvəzinə bərkdən bir “sən öl” vurub ki, bəs, sənə vergi verirəm. İbrahimbəyov da vergi adını eşidib, başlayıb qışqırmağa ki, bəs o torpaqlar mənim deyil, sadəcə o vaxtı qohum-əqrəbama almışdım, üstü açıldı. Elə bu dəmdə öz qışqırığına özü ayılıb, görüb göydədir (yəni “samalyotda”)...
Ha oturub fikirləşib ki, bu Şaxta baba hardan gəlib mənim yuxuma girdi, birdən barmağını dişləyib. Özü də necə dişləyibsə, qanını stüardessalar bir saata iki flakon “yod”la zornan dayandırıblar. Deyib, sən öləsən keçən dəfə İsa Qəmbər də “Şaxta baba” söhbəti eləmişdi, indi də mənim yuxuma girib, burada nəsə var. Təyyarədən düşər-düşməz başlayıb müsahibə verməyə ki, bəs mütləq Şaxta babanı vahid namizəd düzüb-qoşmalıyıq. Hətta bu yöndə beynəlxalq miqyaslı işlərə də başlayıb. İlk növbədə Şaxta babanın ən böyük rəqibi olan mister Santa Klausa cadu-piti eləyib onun dilini ağzını bağlayıb. Daha sonra, ABŞ-dakı pul mənbələrinə Şaxta babanın tərcümeyi-halını səhv göndərib və bildirib ki, Şaxta baba hələ Sovet dövründən dissidend olub, təqiblərə məruz qalıb. “Jingle bells” mahnısını yeni aranjımanda seçki marşı şəklinə salıb. İndi isə oturub Şaxta babaya torba tikməklə məşğuldur. Pis başa düşülməsin, yəni seçkidə torbanın iri olması üçün təzə torba tikir.
Hə... Rüstəm İbrahimbəyovun dedikləri əslində onun siyasətdə nə qədər qeyri-ciddi olduğunun göstəricisidir. Onsuz da bu falçılığı hər ilin əvvəlində İsa Qəmbər də edir. Hər ilin əvvəlində nəzarətində olan qəzetdə dahiyanə “poza” alıb qarşıdan gələn il üçün başlayır “siyasi fallar” açmağa. Bu dəfə İbrahimbəyov onu qabaqlayıb. Deyəsən, elə bu səbəbdəndir ki, İsa Qəmbər də Şaxta babaya güzəştə getmədi, seçkidə iştirak edəcəyini açıqladı...
Deməli belə... Kinorejissorun falçılığı da elə bu qədər olurmuş. Bunu İbrahimbəyov nümunəsində bir daha görmüş olduq... “Rəml atıram, fala baxıram”...
P.S. Son bir neçə gündə özləri özlərini ittiham edir, özləri cavab qaytarır, özləri bəyanat verir, özləri küsür, özləri inciyir, özləri dağılır, özləri dağıdır. Əslində dağıldıqca və dağıtdıqca baxırlar ki, hər şey əvvəlki kimi qalır. Bu isə xırda bir məntiqi ortaya çıxarır. Deməli, əvvəldən orada heç nə yox imiş ki, birləşdirələr. Heç nə olmadığı üçün də dağılandan sonra da yerində bir şey qalmır...

Paylaş:
Baxılıb: 1262 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30