Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın Yusif Sərracı-Cəmil Həsənli
A+   Yenilə  A-
“Milli şura”nın Yusif Sərracı-Cəmil Həsənli
Yazdı: Mübariz Abdullayev

Məlum olduğu kimi, bu günlərdə qondarma “Milli şura” sədr və əsas “vahid namizəd”i Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq probleminin həllinin gecikməsi, daha dəqiq desək, vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən qorxan qoca kinodramaturqun özünün bu məsələni məqsədli şəkildə yubatması üzündən seçki prosesindən kənarda qalma ehtimalını əsas gətirərək ehtiyat “vahid namizəd” müəyyənləşdirib. Qondarma qurumun ehtiyat “vahid namizəd”i Cəmil Həsənlidir. Bəri başdan deyək ki, Cəmil Həsənlinin indi radikalların güvənc yerinə çevrilməsi heç də onun bir siyasətçi kimi “əvəzolunmaz” fərdi keyfiyyətləri ilə bağlı deyildir. İndiyədək Cəmil Həsənli radikal düşərgədə ancaq partiyalar və siyasi qruplar arasında yerdəyişmələr etməsi, yəni, bir yerə kül tökməməsi ilə tanınıb. Tarixçi alim olmasına rəğmən, o, hətta tarixi faktlar mübahisə predmetinə çevriləndə belə, prinsipiallıq yox, loyallıq nümayiş etdirir. Azərbaycan cəmiyyəti Cəmil Həsənlinin xarakterinin bu “üstün” keyfiyyətini onun bədnam yazıçı Əkrəm Naibovun tarixi faktların təhrif olunduğu “Daş yuxular” romanına münasibətində bir daha gördü. Cəmil Həsənli tarixi həqiqətləri təhrif edəndə “əsərə” münasibətdə nəinki geniş ictimaiyyətin narahatlığına dəstək nümayiş etdirmədi, hətta xəyanətkar yazıçını və onun yalanla dolu “Daş yuxular”ını müdafiə edən fikirlər səsləndirdi.
Belə birisinin “Milli şura”nın “vahid namizəd”i kimi müəyyənləşdirilməsi ilk növbədə qondarma qurumda təmsil olunan iddialı siyasi partiyaların rəhbərlərinin, o cümlədən də, Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin, Eldar Namazovun bir-birlərinə olan qısqanclıq hisslərinin qarşıdan gələn seçkilər ərəfəsində daha da şiddətlənməsi ilə bağlıdır. AXCP, “Müsavat”, ACP kimi siyasi partiyaların, “El” hərəkatının rəhbərləri qarşı tərəfin düşərgə daxilində hansısa üstünlüyünü önləməkdən ötrü hər cür sövdələşməyə getməyə razıdırlar. Radikallar Cəmil Həsənli kimi “hər kəsə təbəssüm nümayiş etdirən” birisini “Milli şura”ya ehtiyat “vahid namizəd” seçməklə yenə qurum daxilində öz iddialarını sərgiləmək niyyətindədirlər. Yəni, radikallar “konkret mövqeyi” olmayan, arxasındakı konkret elektorata söykənməyən Cəmil Həsənliyə istədiklərini diqtə edəcəkləri qənaətindədirlər. Təsadüfi deyil ki, hətta qondarma qurumun ayrı-ayrı üzvləri belə, Cəmil Həsənlinin heç bir nöqteyi-nəzərdən “vahid namizəd” statusuna uyğun gəlmədiyini dilə gətirirlər. Məsələn, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədri, “Milli şura”nın üzvü Zəminə Dünyamalıyeva təəssüflə bildirib ki, “Cəmil Həsənli onların (radikalların-M.A.) qurbanına çevrildi, onun fikrini oğurladılar, namizədliyə düçar etdilər”.
ACP lideri Rəsul Quliyev modern.az saytına açıqlamasında bildirib ki, o, ilk gündən Cəmil Həsənlinin namizədliyinə qarşı olub. R.Quliyev C.Həsənlinin seçkilərdə heç bir faiz də səs toplaya bilməyəcəyini deyib: “Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri boykota çağırsın. Yeganə bir şəxsin qələbə şansı var idi, o da Rüstəm İbrahimbəyov idi. Onu da “Milli şura” qeydiyyat uğrunda mübarizədən uzaqlaşdırdı”.
R.Quliyevin sözlərinə görə, “C.Həsənlinin əsas güvəndiyi qüvvə “Milli şura” yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. “Cəbhəçi”lərin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməmələri göstərir ki, bir ay müddətində hansısa bir gücə çevriləcəklərinə inanmaq çətindir”.
R.Quliyevin dediklərinə “Müsavat”la AXCP-nin Cəmil Həsənli üstündə davasını da əlavə etsək, mənzərə tam aydınlaşar. “Müsavat” C.Həsənlini öz tərəfinə çəkmək üçün bütün vasitələrə əl atır. Arif Hacılı C.Həsənlinin onların adamı olduğunu bildirir və “Müsavat”ın qərargahındakı otağını böyük məmnuniyyətlə ona verdiyini bəyan edir. Hətta “Yeni Müsavat” qəzeti xüsusi qeyd edir ki, C.Həsənli ilk müsahibəsini məhz bu qəzetə verib. Ə.Kərimli də C.Həsənlinin daha çox AXCP-nin adamı olduğunu vurğulayır. O, KİV-ə böyük canfəşanlıqla bəyan edir ki, C.Həsənli AXCP-nin sədr müavini olub, yəni, bizim adamdır. Amma Ə.Kərimlidən soruşan lazımdır ki, C.Həsənli “cəbhənin” adamıdırsa, niyə vaxtilə o, AXCP-nin sədr müavinliyindən istefa verib partiyadan qovuldu?
“Milli şura”da böhran çoxdan yaranıb və bu böhrandan çıxmaq üçün ağıllı bir yol seçmək əvəzinə ən ağılsız və uğursuz yolu seçdilər. Cəmil Həsənli variantı “Milli şura”nın daha ciddi böhranıdır. Cəmil Həsənlinin heç bir kriteriyası prezidentliyə namizəd üçün yetərli deyil: “O nə natiqdir, nə xalqa ünvanlanan siyasi platforması var. Namizədin özünün də müəyyən ideyası, proqramı olmalıdır. Əslində, bu, “Milli şura”nın iflasıdır”.
Bu açıqlamanı isə mətbuata Cəmil Həsənlinin “Milli şura”nın ehtiyat “vahid namizəd”i seçilməsinə münasibət ifadə edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib.
Bir çox siyasi müşahidəçilər Cəmil Həsənlini “Milli şura”nın Yusif Sərracına bənzədirlər. Tarixçi alimin Yusif Sərrac obrazı, onun qondarma qurumun prinsipsiz, “küləyin səmtinə əyilən” “vahid namizəd”i olacağı bu günlərdə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qarşıdan gələn seçkilərdə ölkə Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəyi ilə bağlı yayılan müraciətinə münasibətində də aydın görünür. Cəmil Həsənlinin dilucu “Fərhad Əliyevin seçiminə hörmət edirəm” səslənməsində inciklik notları aydın hiss olunur: “Nə üçün öz həmyerlini, qohumunu, sənin hüquqların müdafiə edəni, vaxtilə səninlə müxalifət arasında körpü yaradanı dəstəkləmirsən?”
Xatırladaq ki, vəkil Elton Quliyevin mətbuata təqdim etdiyi müraciətdə sabiq nazir həmyerlisi, uzaq qohumu, hüquqlarını müdafiə komitəsinin sədri Cəmil Həsənlinin “Milli şura”nın “vahid namizəd”i olmasına rəğmən, seçkilərdə Prezident İlham Əliyevə səs verəcəyini vurğulayıb. F.Əliyev müraciətində bildirib: “Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində “Milli şura”nın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda, hüquqlarımı müdafiə komitəsinin sədridir. Ona çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram. Azərbaycan prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və Onu dəstəkləyirəm. Bu səbəblərə görə də, prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”.
Əslində, Fərhad Əliyevin fikirlərini bu cür deşifrə etmək olar - Ay Cəmil müəllim, qohumuq, münasibətimiz var, mənim müdafiəmi təşkil etmisən, çox sağ ol. Alimsən, tarixçisən, sənin bu avantüristlərin yanında nə işin var? 2005-ci ildə parlamentə getdiyinə görə Əli Kərimli, onun dəstəsi, qəzeti sənə qarşı kampaniya təşkil etmədilərmi? Rüstəm İbrahimbəyovun 75 yaşında özünü biabır etməsindən ibrət götür. Onun ünvanına nə qədər mədhiyyə desən də, bir xeyri olmadı. Əkrəm Naibovu müdafiə etdin, səni tanıyanlar da “tfu cəmdəyinə” dedilər. Haqları var, bu günə kimi yazdıqlarının üstündən niyə xətt çəkdin. 60-dan artıq yaşın var. Bu ahıl vaxtında özünü niyə bataqlığa salıb biabır edirsən? Bax, bu günə kimi 5-10 manat göndərirdim, sən də dolanırdın. Daha məndən heç nə gözləmə.

 
  • Oxunub:  26010  |  
  • Tarix:  27-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA