Ana səhifə »  Müəlliflər »  Anarxiya, xaos yaratmaq, təxribatlar törətmək radikal müxalifətin siyasi stilidir
A+   Yenilə  A-
Anarxiya, xaos yaratmaq, təxribatlar törətmək radikal müxalifətin siyasi stilidir
Yazdı: Aqşin Şahinoğlu

Qondarma “Milli şura”nın Azərbaycanı Suriyaya çevirmək üçün qurduğu planlar fiaskoya məhkumdur
“El” hərəkatının Ali Məclisinin keçmiş sədr müavini Əflan İbrahimovun “Milli şura”nın Azərbaycanda sabitliyi pozmaq və iğtişaş törətməyə hazırlıq görməsi ilə bağlı açıqlamaları hazırda siyasi gündəmin əsas müzakirə olunan mövzularından biridir. Ə.İbrahimovun bu açıqlamalarından və irəli sürdüyü arqumentlərindən sonra ciddi çaşqınlıq və narahatçılıq içərisində olan radikallar absurd fikirlərlə sözügedən məsələni inkar etməyə çalışsalar da, əslində, onların hər bir fikri özlərini ifşa etməkdən başqa bir effekt vermir. Məsələn, Ə.İbrahimovun faktları ölkə ictimaiyyətinə təqdim etdiyi ilk gündə “El” hərəkatının sədri reneqat Eldar Namazov ümumiyyətlə, belə bir adamın varlığından xəbərsiz olduğunu, rəhbərlik etdiyi təşkilatda Ə.İbrahimov adında heç kəsin təmsil olunmadığını iddia etsə də, ölkə KİV-lərinin bu məsələ ilə bağlı təqdim etdiyi faktlar Eldar Namazovun yalanlarını ifşa edib. Belə olduqda isə, Eldar Namazov guya qaş düzəltdiyi yerdə, vurub göz çıxardıb. Belə ki, o, səhv etdiyini və seçdiyi taktikanın işləmədiyini görüb bəhanələrlə bir az “əl gəzdirib”. İndi də deyir ki, Ə.İbrahimov “El” hərəkatında olub, amma “Milli şura”da təmsil olunmayıb. Beləliklə, E.Namazovun və onun təlimatlarının icraçısı Eldəniz Quliyevin ziddiyyətli açıqlamaları bir daha təsdiq edir ki, Ə.İbrahimovun çaldığı həyəcan təbili ciddidir və diqqətlə araşdırılmalıdır.
Əslində, təxribat törətmək, ölkədə xaos və anarxiya yaratmaq bugünkü radikal müxalifət partiyalarının və onların rəhbərlərinin siyasi stili, yeganə istinad nöqtəsidir. Qısa bir tarixi arayış da bunu təsdiq edir. Hələ müstəqilliyin ilk illərində ölkədə yaranan hakimiyyət boşluğu, xaos və anarxiyadan istifadə edərək idarəçilik sükanına yiyələnən bugünkü radikal qruplar o zamandan bəri şakərlərini əllərindən yerə qoymurlar. Onların siyasi fəaliyyətinin başlıca qayəsi dağıdıcılıq, təxribat törətmək, ölkədə çaxnaşma yaratmaq və bu kimi mənfi tendensiyalardan bəslənərək müəyyən imtiyazlara nail olmaqdır. Elə buna görədir ki, bir sıra anti-azərbaycançı mərkəzlərin ölkəmizdə sabitliyə qarşı yönəlmiş planlarında məharətlə rol alırlar. Ötən 20 ildə dəfələrlə bunun əyani sübutunu görmüşük.
2003-cü ilin oktyabr hadisələri, 2005-ci ildə AXCP-nin o zamankı Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin Əli Kərimlinin tapşırığı ilə Gürcüstanda ermənilərlə görüşməsi və onlardan aldığı maliyyə dəstəyi ilə ölkədə sabitliyə qarşı yönələcək təxribatlar hazırlamağa dair öhdəlik götürməsi, həmin ilin parlament seçkiləri ərəfəsində yenə də müəyyən təxribat iddialarında bu siyasətbazların adlarının da hallanması bu faktlardan sadəcə bir neçəsidir. Ölkəmizdə seçki proseslərinə start verildikdən sonra isə bu kimi cəhdlərin artdığını müşahidə etməkdəyik. Bir neçə ay əvvəl radikalların təsiri altında olan bir qrup gəncin evində aparılan araşdırmalar zamanı bəzi yanıcı, partlayıcı maddələrin aşkarlanması, daha sonra İsmayıllıda baş verən təxribat xarakterli və dağıdıcı hadisələr zamanı birdən-birə radikalların yaxın ətraflarının orada “zühr etməsi” də antimilli ünsürlərin seçki ilində hansı proseslərə hazırlaşdığını aydınlaşdırmaq üçün ilkin işartı idi. 10-12 gün öncə isə ortaya çıxan Azərbaycanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün ayrılmış 20 milyon dolların hələ də hara və hansı məqsədlə xərclənməsi ilə bağlı müəmmalar, eyni zamanda, radikalların bu iddialar qarşısında susqunluq nümayiş etdirməsi həyəcan təbilinin ciddiliyini ortaya qoyur. Son olaraq isə bəlli olub ki, radikallar növbəti dəfə ölkəmizdə sabitliyi pozmağa yönəlmiş təxribatlara hazırlaşırlarmış. “El” hərəkatından istefa vermiş Əflan İbrahimovun sözlərinə görə, dağıdıcı müxalifət ərəb ölkələrində - Misirdə, Liviyada, Suriyada baş verən qanlı hadisələrin Azərbaycanda təkrarlanmasına çalışır. O deyib ki, Rüstəm İbrahimbəyov hər ay Eldar Namazova 20 min manat göndərib. Soros Fondu da müəyyən məqsədlər üçün “Milli şura”da təmsil olunan bəzi partiyalara vəsait ayırır: “Üstəlik, Əli Kərimli və Eldar Namazov ölkədə sabitliyi pozmaq və qarşıdurma yaratmaq, Azərbaycanı Suriyaya çevirmək üçün planlar qururlar”.
Təbii ki, Eldar Namazova göndərilən pulların izini tapmaq üçün onu endoskopiya əməliyyatından keçirmək lazımdır ki, görək, mədəsində nə var? Çünki “Milli şura”nın 18 avqust mitinqi biabırçı vəziyyətdə keçdi. Etiraf etdilər ki, mitinqçilərin taksi pullarını da, mitinqə iştiraka görə muzdlarını da mənimsəyiblər. Eldəniz Quliyev də ağlayır ki, bir qəpiyimiz yoxdur. O ki qaldı, Sorosun pullarına və Əli Kərimli ilə Eldar Namazovun niyyətlərinə, Baş Prokurorluğun araşdırmasından sonra hər şeyə aydınlıq gətiriləcək. Eyni zamanda, Quba və İsmayıllı hadisələri göstərdi ki, əhali, vətəndaşlar heç vaxt Azərbaycanın Liviya, Suriya, Misirə çevrilməsinə imkan verməyəcəklər. Əli Kərimli və Eldar Namazovun məkrli, dağıdıcı planları, İlqar Məmmədov və Tofiq Yaqublu kimi təxribatçı emissarların canfəşanlığı da əbəsdir.
Yeri gəlmişkən, Ə.İbrahimov mətbuata açıqlamasında “Milli şura”da davam edən digər proseslərə də münasibət bildirib. O, qondarma qurumun seçkilərdə iştirak etmək üçün ehtiyat namizəd kimi Cəmil Həsənlinin namizədliyini irəli sürməsinə toxunaraq deyib ki, Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub: “Bu o deməkdir ki, “Milli şura”da Xalq Cəbhəsi Partiyasının namizədi irəli verilib. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm. Çünki bu adamı Biləcəridən o tərəfə heç kim tanımır, bu necə prezident ola bilər? Nə Rusiya, nə ABŞ, nə Avropa tanıyır. Bu adam 20 il cəbhəçi olub. Onun təsəvvürü nə ola bilər? Ancaq cəbhə ideyası”.
Bu Biləcəri məsələsi bir qədər şübhəli görünür. Çünki Cəlilabadda da bir-iki kənddə onu tanıyırlar. Bir də ki, radikal müxalifətin başbilənlərinin C.Həsənliyə “stavka” etmələrinə inanmaq, sadəlövhlük olardı. O, sadəcə qurbanlıqdır. Bu radikal müxalifət ziyalı kimi qələmə verdiyi hər bir kəsi palçığa batırmağı qarşısına məqsəd qoyub. Bunlar elə bu il təsdiq edəcəklər ki, kənardan kiməsə ümid bağlamaq, onu irəli çəkib liderə çevirmək və bununla da Azərbaycanda “Koştunitsa variantı”nı həyata keçirmək boş və mənasız ideyadır.

 
  • Oxunub:  31320  |  
  • Tarix:  27-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib
18 İyul 14:21
Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər
18 İyul 13:57
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
18 İyul 13:51
FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25